Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə9/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

 20
d)
 
Təcvid qaydalarına uyğun oxunmalıdır. 
e)
 
 Oxuduğunun Allahü kəlamı olduğunu düşünməlidir. 
f)
 
 Qurani-Kərimin əmr və qadağalarına uymalıdır.  
 
 
DÖRDÜNCÜ ŞƏRT 
 
PEYĞƏMBƏRLƏRƏ İNANMAQ 
Və rüsulihi: Allahü təalanın peyğəmbərlərinə inandım deməkdir. Peyğəm-
bərlər Allahü təalanın bəyəndiyi yola qovuşdurmaq, doğru yolu göstərmək üçün 
seçilmişlər. Bütün peyğəmbərlər həmişə eyni imanı söyləmişlər. Peyğəmbərlərdə 
yeddi xüsusiyyətin olmasına inanmaq lazımdır. Bunlar aşağıdakılardır: 
1.
 
İsmət: Günah işləməmək. Peyğəmbərlər hər hansı bir dində haram olmuş 
və olacaq kiçik və böyük heç bir günah işləməzlər. 
2.
 
Əmanət: Peyğəmbərlər hər baxımdan etibarlı kimsələrdir. Əsla əmanətə 
xəyanət etməzlər.  
3.
 
Sıdq: Peyğəmbərlər sözlərində, işlərində və hər cür davranışlarında doğ-
ru, dürüst insanlardır. Əsla yalan danışmazlar. 
4.
 
Fətanət: Peyğəmbərlər çox ağıllı  və anlayışlı insanlardır. Kor, şikəstlik 
kimi qüsurları olanlardan və qadınlardan peyğəmbər gəlməmişdir. 
5.
 
Təbliğ: Peyğəmbərlər insanlara bildirib açıqladıqlarının hamısını Allahü 
təaladan gələn vəhy ilə öyrənmişlər. Bildirdikləri əmr və qadağaların heç biri öz 
fikirləri deyildir. Əmr olunanların hamınısı bildirmişlər.  
6.
 
Ədalət: Peyğəmbərlər heç zülm və haqsızlıq etməzlər. Heç kəsin xətrinə 
görə ədalətdən ayrılmazlar. 
7.
 
Əmnül-azl: Peyğəmbərlikdən atılmazlar. Dünyada və axirətdə  həmişə 
Peyğəmbərdirlər.  
Yeni din və Əhkam gətirən Peyğəmbərlərə Rəsul deyilir. Yeni bir din gətir-
məyib, insanları  əvvəlki dinə  dəvət edən Peyğəmbərlərə  Nəbi deyilir. Peyğəm-
bərlərə iman etmək, aralarında heç bir fərq görməyərək hamısının Allahü təala 
tərəfindən seçilmiş sadiq, doğru sözlü olduqlarına inanmaq deməkdir. Onlardan 
birinə inanmayan, heç birinə inanmamış sayılır.  
Peyğəmbərlik çalışmaqla, çox ibadət etməklə, aclıq və  ələm çəkməklə  əldə 
edilməz. Yalnız Allahü təalanın ehsanı, seçməsi ilə olar. Sayları müəyyən deyildir. 
Yüz iyirmi dörd mindən çox olduqları məşhurdur. Bunlardan üç yüz on üç və ya üç 
yüz on beşi Rəsuldur. Bunlardan altısı daha yüksəkdir. Bunlara Ülül-azm Peyğəm-
bərlər deyilir. Bunlar: Adəm, Nuh, İbrahim, Musa, İsa və Muhamməd Mustafa 
əleyhimüssəlamdır. Peyğəmbərlərin otuz üçünün adları məşhurdur. Bunlar: Adəm, 
İdris,  Şit, Nuh, Hud, Saleh, İbrahim, Lut, İsmail,  İshaq, Yaqub, Yusüf, 
Əyyub,  Şuayb, Musa, Harun, Xızır, Yuşa bin Nun, İlyas,  Əlyəsa, Zülkifl, 
Şəmun,  İsmoil, Yunus bin Məta, Davud, Süleyman, Loğman, Zəkəriyya, 
Yəhya, Üzeyir, İsa bin Məryəm, Zülkarneyn və Muhamməd “aləyhi və əleyhi-
müssalatü vəssəlam”dır.  Bunlardan yalnız iyirmi səkkizinin adı Qurani-Kərimdə 


 21
bildirilmişdir.  Zülkarneyn, Loğman, Üzeyir və Xızırın, Peyğəmbər olub olma-
dıqlarında ixtilaf vardır. Muhamməd Masum həzrətləri 2-ci cild, 36-cı məktubda, 
Xızır əleyhissəlamın Peyğəmbər olduğunu bildirən xəbərin qüvvətli olduğunu yaz-
maqdadır. 182-ci məktubda, Xızır əleyhissəlamın insan şəklində görülməsi və bəzi 
işlər etməsi, Onun həyatda olduğunu göstərməz. Allahü təala, Onun və bir çox 
Peyğəmbərlərin və vəlilərin ruhlarının insan şəklində görülməsinə icazə vermişdir. 
Onları görmək həyatda olduqlarını göstərməz demişdir.  
 
PEYĞƏMBƏRİMİZ MUHAMMƏD-ƏLEYHİSSƏLAM 
Allahü təalanın Rəsuludur, Həbibidir (sevgili). Peyğəmbərlərin  ən üstünü və 
sonuncusudur. Atası Abdullahdır. Miladın beş yüz yetmiş birinci [571] ili aprel ayı-
nın iyirmisinə təsadüf edən, Rəbiül-əvvəl ayının on ikinci bazar ertəsi gecəsi, səhərə 
yaxın, Məkkədə  təvəllüd etdi. Atası daha öncə  vəfat etmişdi. Altı yaşında ikən 
anası, səkkiz yaşında ikən babası öldü. Sonra əmisi Əbu Talibin yanında böyüdü. 
İyirmi beş yaşında ikən Xədicə-tül-kübra ilə evləndi. Bundan dörd qızı, iki oğlu 
oldu. İlk oğlunun adı Qasım idi. Buna görə Ona “Əbül-Qasım” (Qasımın atası) da 
deyilir. Qırx yaşında ikən bütün insanlara və cinlərə Peyğəmbər olduğu bildirildi. 
Üç il sonra hər kəsi imana çağırmağa başladı.  Əlli iki yaşında ikən bir gecə 
Məkkədən Qüdsə və oradan göylərə aparılıb gətirildi. Bu səfərinə “Mirac” deyilir. 
Miracda Cənnətləri, Cəhənnəmləri və Allahü təalanı gördü. Beş vaxt namaz bu gecə 
fərz oldu. Tarixçilərə görə miladın 622-ci ilində, Allahü təalanın əmri ilə Məkkədən 
Mədinəyə getdi. Bu səfərinə “Hicrət” deyilir. Mədinə şəhərinin Kuba kəndinə gəl-
diyi Rəbiüləvvəl ayının səkkizinci bazar ertəsi gününə təsadüf edən sentyabr ayının 
iyirminci günü müsəlmanların “Hicri şəmsi” tarix başlanğıcı oldu. Müsəlmanların 
“Hicri qəməri” illəri də o ilin Məhərrəm ayından başlayar və göydəki ayın dünya 
ətrafında on iki dəfə dönməsi ilə bir qəməri il olar. Hicri 11 (m. 632) ildə, Rəbiül-
əvvəl ayının on ikinci bazar ertəsi günü, günortadan əvvəl vəfat etdi. Çərşənbə 
axşamını  çərşənbəyə bağlayan gecə (Çərşənbə gecəsi) yarısı, vəfat etdiyi otaqda 
dəfn edildi. Vəfat etdiyi zaman qəməri 63, şəmsi ilə görə 61 yaşında idi. 
 Muhamməd-əleyhissəlam ağbəniz idi. Bütün insanların ən gözəli idi. Gözəl-
liyini hər kəsə bildirməzdi. Onun gözəlliyini bir dəfə görən, hətta yuxuda görən 
kimsənin ömrü ləzzət və sevinc ilə keçər. O, hər zamanda, dünyanın hər yerində 
olan və gələcək olan hər insandan hər baxımdan üstündür. Ağlı, fikri, gözəl xasiy-
yətləri, bütün orqanlarının qüvvəti hər insandan üstün idi. Uşaq ikən iki dəfə ticarət 
edənlərlə Şam tərəfə getdi və Busra deyilən yerdən geri döndülər. Başqa heç bir 
zaman heç bir yerə getmədi. Ümmi idi. Yəni heç məktəbə getmədi, heç kimdən 
dərs almadı. Lakin hər şeyi bilirdi. Yəni hər nəyi düşünsə, hər nəyi bilmək istəsə, 
Allahü təala Ona bildirirdi. Cəbrail-əleyhissəlam adlı mələk gəlib Ona hər istədiyi-
ni söyləyirdi. Mübarək qəlbi günəş kimi nur saçırdı. Onun saçdığı elm, mərifət nur-
ları radio dalğaları kimi yerlərə, göylərə, hər yerə saçılırdı. İndi qəbrindən də yay-
maqdadır. Yayma qüvvəti hər an artmaqdadır. Elektromaqnit dalğaları almaq üçün 
radio lazım olduğu kimi, Onun nurlarını almaq üçün də, Ona inanan və sevən, gös-
tərdiyi yolda gedərək təmizlənən qəlb lazımdır. Belə  qəlbi olan insan, bu nurları 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə