Kitabüs-salat namaz kitabi


NƏSƏB “SOY” İLƏ ƏQRƏBA OLANLAR



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə25/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

 60
NƏSƏB “SOY” İLƏ ƏQRƏBA OLANLAR 
 
 Kişilər Qadınlar 
1.
 
Ata 
2.
 
Atanın və ananın ataları 
3.
 
Oğlu və oğlunun, qızının oğulları 
4.
 
Qardaşı 
5.
 
Qardaşının oğlu 
6.
 
Bacısının oğlu 
7.
 
Əmi və dayı 
1.
 
Ana 
2.
 
Anasının və atasının anaları 
3.
 
Qızı və oğlunun, qızının qızı 
4.
 
Bacısı 
5.
 
Bacısının qızı  
6.
 
Qardaşının qızı 
7.
 
Bibi və xala 
 
 
SÜD İLƏ ƏQRƏBA OLANLAR 
 
Kişilər: Qadınlar:  
8.
 
Süd ata 
9.
 
Süd atanın və süd ananın ataları 
10.
 
Süd oğlu və süd oğlunun və süd 
qızının 
11.
 
 Oğulları 
12.
 
Süd qardaşı 
13.
 
Süd qardaşının oğlu 
14.
 
Süd bacısının oğlu 
15.
 
Süd əmi və süd dayı 
8.
 
Süd ana 
9.
 
Süd anasının və süd atasının anaları 
10.
 
Süd qızı  və süd oğlunun və süd 
qızının 
11.
 
 Qızı 
12.
 
Süd bacısı 
13.
 
Süd bacısının qızı  
14.
 
Süd qardaşının qızı 
15.
 
Süd bibi və süd xala 
 
 
NİKAH (EVLİLİK İLƏ) ƏQRƏBA OLANLAR 
 
Kişilər: Qadınlar:  
16.
 
 Qayınata 
17.
 
 Ögey oğlu 
18.
 
 Ögey ata 
19.
 
 Kürəkən 
16.
 
 Qayınana 
17.
 
 Ögey qızı 
18.
 
 Ögey ana 
19.
 
 Gəlin 
 
Övrət yeri açıq olaraq küçəyə  çıxan və başqalarının övrət yerlərinə baxan 
oğlanlar və qızlar, Cəhənnəmin çox isti alovlu atəşində yanacaqlar.  
 
 
4- İSTİQBALİ-QİBLƏ 
(Qibləyə dönmək) 
 
Namazı  Kəbəyə qarşı  qılmaqdır. Məkkəi-Mükərrəmə  şəhərində olan Kəbə 
binasının istiqamətinə “Qiblə” deyilir. Qiblə öncə “Qüds” idi. Hicrətdən 17 ay 


 61
sonra Şaban ayının ortasında çərşəmbə axşamı, Kəbəyə dönülməsi əmr olundu. 
Qiblə Kəbənin binası deyil, sahəsidir. Yəni yerdən Ərşə qədər, o boşluq qiblədir. 
Bunun üçün dəniz və quyu diblərində, yüksək dağlarda və  təyyarələrdə, bu 
cəhətə doğru namaz qılınır. Göz sinirlərinin çarpaz istiqaməti arasındakı açıqlıq 
Kəbəyə tərəf olarsa, namaz səhih olar. Lakin:  
1. Xəstəlik səbəbi, 2. Malın oğurlanmaq təhlükəsi, 3. Yırtıcı heyvan təhlü-
kəsi, 4. Düşmən görmə təhlükəsi, 5. Heyvanından enincə, təkrar yardımsız minə 
bilməyəcəksə, iki namazı [zöhr ilə  əsr və  şam ilə  işanı, malikini, şafini təqlid 
edərək] cəm edərək də qıla bilməzsə, namazını gücü çatdığı tərəfə doğru yönələ-
rək qılar. Gəmidə, qatarda və təyyarələrdə qibləyə dönmək şərtdir.  
 
 
5.
 
NAMAZ VAXTLARI 
 
Rəsuli  əkrəm “sallallahü aləyhi və  səlləm” bir Hədisi-şərifdə buyurdular ki, 
Cəbrayıl əleyhissəlam Kəbə qapısı yanında iki gün mənə imam oldu. İkimiz, 
fəcr doğarkən sübh namazını, günəş  təpədən ayrılarkən zöhrü, hər  şeyin 
kölgəsi öz boyu olunca əsri, günəş batarkən [üst kənarı qeyb olunca] şamı  və 
şəfəq qaralınca işanı  qıldıq.  İkinci günü də sübh namazını, hava işıqlanınca 
zöhrü, hər şeyin kölgəsi öz boyunun iki qatı olunca əsri, bundan sonra oruc 
pozulduğu zaman şamı, gecənin üçdə biri olunca işanı qıldıq. Sonra ey Mu-
hamməd! Sənin və keçmiş Peyğəmbərlərin namaz vaxtları budur. Ümmətin, 
beş vaxt namazın hər birini, bu qıldığımız iki vaxtın arasında qılsınlar dedi”. 
Hər gün qılınması əmr olunan namaz sayının beş olduğu buradan da aydın olur. 
Sübh namazı Vaxtı: Fəcrin doğmasından, yəni şərqdə ağarmanın başlama-
sından etibarən, günəş doğana qədərdir.  
Zöhr Namazı Vaxtı: Kölgələr qısalıb uzanmağa başlandığı  zamandan eti-
barən başlayar və kölgə bir misli və ya iki misli uzanana qədər davam edər. Bi-
rincisi iki imama, yəni İmamı Əbu Yusüf ilə İmamı Muhammədə görə, ikincisi 
isə, İmamı azam Əbu Hanifəyə “rahmətullahi aləyhim” görədir.  
Əsr Namazı Vaxtı: Zöhr vaxtı bitincə başlayar. Bu da:  
1. İmamı Əbu Yusüf və İmamı Muhammədə görə, kölgə, özünü əmələ gəti-
rən cisim qədər uzananda başlayar və günəş batana qədər davam edər.  
2.  İmamı-azam  Əbu Hanifəyə görə isə, kölgə özünü əmələ  gətirən cismin 
iki misli olunca başlayar, günəş batana qədər davam edər.  
Lakin günəş saraldıqdan sonra yəni üfüq xəttinə bir nizə boyu qədər yaxınla-
şınca hər namazı qılmaq haramdır. Yəni əsr namazını bu zaman qədər gecikdirmək 
haramdır. Lakin əsr namazını qılmamışsa, günəş batana qədər də qılmaq lazımdır.  
Şam Namazı Vaxtı: Günəş batdıqdan sonra başlayıb, şəfəq qaralana qədər, 
yəni qırmızılıq itənə qədər davam edər.  
İşa Namazı Vaxtı: Şam namazı vaxtının çıxmasından etibarən, fəcrin ağar-
masına qədər davam edər. İmamı azam Əbu Hənifəyə “rahmətullahi aləyh” görə, 


 62
yatsının vaxtı göydəki ağartı itdikdən sonra başlayar. Necə ki əsr vaxtında da be-
lə keçmişdi. Yəni iki imama görə İşa vaxtı olduqdan sonra ən az yarım saat daha 
gözləyib İşanı qılarsa, bütün imamlara görə qılmış olar. İşa namazını üzrsüz, şəri 
gecənin yarısından sonraya buraxmaq məkruhdur. Namazları vaxtlarından öncə 
və sonra qılmaq haramdır. Böyük günahdır. “Türkiyə  təqvimlərində namaz və 
imsak vaxtları doğru olaraq bildirilmişdir.  
Namaz qılması tahrimən məkruh, yəni haram olan vaxtlar üçdür. Bu üç vaxt-
da başlanan fərzlər səhih olmaz. Günəş doğarkən, batarkən, gündüzün ortasında 
ikən. Bu üç vaxtda, əvvəlcədən hazırlanmış  cənazənin namazı, səcdəi tilavət və 
səcdəi-səhv də caiz deyildir. Günəş batarkən yalnız o günün əsr namazı qılınır.  
Yalnız nafilə  qılmaq məkruh olan iki vaxt vardır. Sübh namazının fərzini 
qıldıqdan sonra günəş doğana qədər və əsrin fərzini qıldıqdan sonra şamın fər-
zindən öncə nafilə qılmaq məkruhdur.  
 
İZAH (QÜTBLƏRDƏ NAMAZ VƏ ORUC): 
Hər məmləkətin namaz vaxtı o məmləkətin ekvatordan uzaqlığı  və möv-
sümlərə görə dəyişir:  
67 dərəcədən keçən şimal qütb dairəsinin şimalında olan soyuq məmləkət-
lərdə günəşin meyli çox olduğu zamanlarda şəfəq itmədən fəcr başlayar. Bunun 
üçün Baltik dənizinin şimal ucunda yayda gecə olmayıb, İşa və sübh namazları-
nın vaxtı başlamaz.  
Hanəfi məzhəbində vaxt namazın  şərti deyil, səbəbidir. Səbəb olmazsa, 
namaz fərz olmaz. O halda, belə məmləkətlərdə olan müsəlmanlara bu iki na-
maz fərz olmaz. Cənub yarımkürəsində hər yer dəniz olduğu üçün belə məmlə-
kət yoxdur. Şabanın otuzuncu gecəsi bir şəhərdə hilal (ay) görülüncə, bütün 
dünyada oruca başlamaq lazım olar. Gündüz görülən hilal gələcək gecənin hi-
lalıdır. [Qütblərə və Aya gedən müsəlmanın da, səfəri deyilsə, bu ayda gündüz-
ləri oruc tutması lazımdır. 24 saatdan daha uzun günlərdə, oruca saatla başlayar 
və saatla pozar. Gündüzü belə uzun olmayan bir şəhərdəki müsəlmanların za-
manına tabe olar. Əgər oruc tutmazsa, gündüzləri uzun olmayan yerə  gəlincə 
qəza edər.]  
 
 
AZAN VƏ İQAMƏT 
 
Azan hər kəsə bildirmək deməkdir. Beş vaxt namaz və qəza namazları üçün 
və Cümə namazında xatibin (xütbə oxuyan) qarşısında kişilərin azan oxuması 
sünnəti müəkkədədir. Qadınların azan və iqamət oxuması məkruhdur. Azan baş-
qasına vaxtı bildirmək üçün yüksək bir yerdə oxunur. Azan oxunarkən iki əli qal-
dırıb bir barmağını iki qulağın dəliyinə qoymaq müstəhəbdır. Qamət oxumaq 
azandan daha üstündür. Azan və iqamət qibləyə qarşı oxunur. Oxunarkən danış-
maq və salama cavab vermək olmaz. 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə