Kitabüs-salat namaz kitabi


“Cümə ertəsi günləri yəhudilərə, bazar günləri nasaraya



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə33/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

 81
“Cümə ertəsi günləri yəhudilərə, bazar günləri nasaraya [xristianlara] ve-
rildiyi kimi, cümə günü də müsəlmanlara verildi. Bu gün müsəlmanlara xeyir, 
bərəkət, yaxşılıq vardır”.  
Cümə günü edilən ibadətlərə başqa gündə edilənlərin, ən az iki qatı savab ve-
rilir. Cümə günü işlənən günahlar da iki qat yazılır.  
Cümə günü ruhlar toplaşır və bir-biri ilə danışırlar. Qəbirlər ziyarət edilir. Bu 
gündə qəbir əzabı dayandırılır. Bəzi alimlərə görə, möminın əzabı artıq başlamaz. 
Kafirin Cümə və Ramazandan başqa əzabı qiyamətə qədər davam edər. Bu gün və 
gecəsində ölən möminlər qəbir əzabı çəkməz. Cəhənnəm Cümə günü çox isti ol-
maz. Adəm -əleyhissəlam Cümə günü yaradıldı. Cümə günü Cənnətdən çıxarıldı. 
Cənnətdəkilər Allahü təalanı Cümə günləri görəcəklər.  
 
 
CÜMƏ NAMAZININ FƏRZLƏRİ 
 
Cümə günü on altı rükət namaz qılınır. Bunun iki rükətini qılmaq fərzdir. 
Zöhr namazından daha qüvvətli fərzdir. Cümə namazı  fərz olmaq üçün iki cür 
şərti vardır:  
1. Əda şərtləri.  
2. Vücub şərtləri.  
Əda  şərtlərindən biri nöqsan olarsa, namaz qəbul olmaz. Vücub şərtləri ol-
mazsa, qəbul olar.  
Əda, yəni Cümə namazının səhih olması üçün şərtləri yeddidir:  
1. Namazı şəhərdə qılmaq (Şəhər: Camaatı ən böyük məscidə sığmayan yer 
deməkdir).  
2. Dövlət rəisinin və ya valinin icazəsi ilə qılmaq. Bunların təyin etdiyi xatib 
öz yerinə başqasını vəkil edə bilər.  
3. Zöhr namazı vaxtında qılmaq.  
4.Vaxt içində xütbə oxumaq. [Alimlər, Cümə xütbəsini oxumaq, namaza du-
rarkən “Allahü-əkbərdemək kimidir, dedi. Yəni iki xütbəni də yalnız  ərəbcə 
oxumaq lazımdır. Xatib əfəndi səssizcə Əuzu oxuyub, sonra yüksək səslə həmd və 
səna və kəlmeyi-şəhadət, salatü-səlam oxuyur. Sonra savaba, əzaba səbəb olan şey-
ləri xatırladır və ayəti-kərimə oxuyur. Oturub qalxır. İkinci xütbəni oxuyub moizə 
yerinə möminlərə dua edir. Dörd xəlifənin adını söyləməsi müstəhəbdir. Xütbəyə 
dünya sözü qarışdırmaq haramdır. Xütbəni nitq və konfrans şəklinə salmamalıdır. 
Xütbəni qısa oxumaq sünnətdir. Uzun oxumaq məkruhdur.]  
5. Xütbəni namazdan əvvəl oxumaq.  
6. Cümə namazını camaat ilə qılmaq.  
7. Məscid qapılarını hər kəsə açıq saxlamaq.  
 
CÜMƏ NAMAZININ VÜCUB ŞƏRTLƏRİ DOQQUZDUR: 
1. Şəhərdə, qəsəbədə yaşamaq. Səfərilərə fərz deyildir.  


 82
2. Sağlam olmaq, xəstəyə, xəstəni buraxa bilməyən baxıcıya və qocalara fərz 
deyildir.  
3. Azad olmaq.  
4. Kişi olmaq. Qadınlara fərz deyildir.  
5. Həddi-büluğ olmaq. Yəni “Mükəlləf” olmaq.  
6. Kor olmamaq. Yolda aparan olsa belə kor olana fərz deyildir.  
7. Yeriyə bilməkdir. Nəqliyyat vasitəsi olsa belə, iflicə, ayaqsıza fərz deyildir.  
8. Həbs edilmiş olmamaq və düşmən qorxusu, hökumətdən, zalımdan qorxu-
su olmamaq.  
9. Çox yağış, qar, fırtına, palçıq və soyuq olmamaq.  
 
CÜMƏ NAMAZI NECƏ QILINIR? 
Cümə günü, zöhr azanı oxunduqdan sonra on altı rükət Cümə namazı qılınır. 
Bunların sırası belədir:  
1. Əvvəl Cümə namazının dörd rükətlik “ilk sünnəti” qılınır. Bu sünnət zöhr 
namazının ilk sünnəti kimi qılınır. Bunun üçün “Niyyət etdim, Allah rizası üçün 
Cümə namazının ilk sünnətini qılmağa, döndüm qibləyə” deyə niyyət edilir.  
2. Sonra məscid içində ikinci azan və xütbə oxunur.  
3. Xütbə oxunduqdan sonra iqamət oxunub, camaat ilə Cümə namazının iki 
rükətlik “fərz” qılınır.  
4. Cümə namazının fərzi qılındıqdan sonra dörd rükətlik “son sünnət” qılınır. 
Bunun qılınması zöhr namazının ilk sünnəti kimidir.  
5. Bundan sonra “üzərimə fərz olan qıla bilmədiyim son zöhr namazının 
fərzini qılmağa” deyə niyyət edərək, “axır zuhur” namazı qılınır. Dörd rükətlik 
bu namazın qılınması zöhr namazının fərzinin qılınması kimidir.  
6. Sonra da, iki rükət “vaxtın sünnəti” qılınır. Qılınması sübh namazının sün-
nətinin qılınması kimidir.  
7. Bundan sonra Ayətəl-kürsü və təsbehlər oxunub, dua edilir.  
 
CÜMƏ GÜNÜNÜN SÜNNƏT VƏ ƏDƏBLƏRİ: 
1. Cüməni cümə axşamından qarşılamaq.  
2. Cümə günü qüsl almaq.  
3. Başı taraş etmək. Saqqalın bir tutamdan artığını və dırnaqları kəsmək. Tə-
miz paltar geyinmək.  
4. Cümə namazına mümkün olduğu qədər erkən getmək.  
5. Ön sıraya keçmək üçün camaatın çiyinlərindən aşmamalıdır.  
6. Məsciddə namaz qılanın önündən keçməmək.  
7. Xatib əfəndi minbərə  çıxdıqdan sonra heç bir şey söyləməmək, danışana 
işarət ilə belə cavab verməmək və azanı təkrarlamamaq.  
8. Cümə namazından sonra Fatihə, Kafirun, İxlas, Fəlaq və Nas surələrini 
yeddi dəfə oxumaq 
9. Əsr qədər məsciddə qalıb ibadət etmək.  


 83
10.Əhli-sünnət alimlərinin kitablarından anladılan alimlərin dərsində, vazında 
olmaq.  
11. Cümə gününü həmişə ibadət ilə keçirmək.  
12. Cümə günü salavatı-şərifə gətirmək.  
13. Qurani-Kərim oxumaq. “Kəhf” surəsini oxumalıdır.  
14. Sədəqə vermək.  
15. Ana-atanı və ya qəbrlərini ziyarət etmək.  
16. Evin yeməklərini bol və şirin etmək.  
17. Çox namaz qılmaq. Qəzaya qalmış namazı olanlar qəza namazı qılmalıdır.  
 
 
BAYRAM NAMAZLARI 
 
Şəvval ayının birinci günü fıtr, yəni Ramazan bayramının, Zilhiccənin onuncu 
günü isə, Qurban bayramının birinci günləridir. Bu iki gündə günəş doğduqdan və 
kərahət vaxtı (haram vaxt) çıxdıqdan sonra iki rükət bayram namazı qılmaq kişilərə 
vacibdir. Bayram namazlarının şərtləri Cümə namazının şərtləri kimidir. Lakin bura-
da xütbə sünnətdir və namazdan sonra oxunur. Ramazan bayramında namazdan öncə 
şirin [xurma və ya şəkər] yemək, qüsl etmək, misvak istifadə etmək, ən yaxşı paltar-
ları geyinmək, fitrəni namazdan əvvəl vermək, yolda yavasça təkbir oxumaq müs-
təhəbdir. Qurban bayramı namazından əvvəl bir sey yeməmək, namazdan sonra ilk 
olaraq qurban əti yemək, namaza gedərkən yüksək səslə, üzrü olan yavasça təkbir gə-
tirmək müstəhəbdir. Bayram namazları iki rükətdir. Camaat ilə qılınır, tək qılınmaz.  
 
BAYRAM NAMAZI NECƏ QILINIR? 
1- İlk əvvəl “Niyyət etdim vacib olan bayram namazını qılmağa, uydum hazır 
olan imama” deyə niyyət edərək, namaza durulur. Sonra “Sübhanəkə” oxunur.  
2- Sübhanəkədən sonra əllər üç dəfə təkbir gətirərək qulaqlara qaldırılıb birin-
ci və ikincisində iki yana buraxılır. Üçüncüsündə göbək altına bağlanır. İmam öncə 
Fatihə, sonra bir surə oxuyur və birlikdə rüküyə əyilirlər.  
3- İkinci rükətdə imam əvvəl Fatihə və bir surə oxuyur. Sonra iki əl üç dəfə 
təkbir gətirərək qaldırılır. Hər üçündə də əllər yanlara buraxılır. Dördüncü təkbirdə 
əlləri qulaqlara qaldırmayıb, rüküyə  əyilir. Qısa olaraq: İki salla, bir bağla, Üç 
salla, bir əyil! deyə əzbərlənir.  
 
TƏŞRIK TƏKBİRLƏRİ: 
Qurban bayramının ərəfəsi günü, sübh namazından dördüncü günü əsr nama-
zına qədər, hacıların və həccə getməyənlərin, kişi, qadın hər kəsin camaat ilə qılsın, 
tək qılsın, fərz namazından sonra salam verər-verməz, bir dəfə “Təşrik təkbir”ini 
oxuması vacibdir. Cənazə namazından sonra oxunmaz. Məsciddən çıxdıqdan sonra 
və ya danışdıqdan sonra oxumaq lazım deyildir. İmam təkbiri unudarsa, camaat 
tərk etməz. Kişilər, yüksək səslə oxuya bilər. Qadınlar yavaş söyləyər.  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə