Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə29/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   25   26   27   28   29   30   31   32   ...   56

 70
9. Son rükətdə oturarkən “Əttəhiyyatu” duasını oxumaq.  
10. Namazda tadili-ərkana riayət etmək.  
11. Namazın sonunda “Əssəlamü aləyküm və rəhmətullah” , demək.  
12. Vitr namazının üçüncü rükətinin sonunda kunut duası oxumaq.  
13. Bayram namazlarında təkbir gətirmək.  
14. İmamın sübh, cümə, bayram, təravih, vitr namazlarında və şam ilə işa ilk 
iki rükətində yüksək səslə oxuması.  
15. İmamın və yalnız qılanın zöhr və əsr fərzlərində və şamın üçüncü, işanın 
üçüncü və dördüncü rükətlərində yavaş  səslə oxuması vacibdir. İmamın yüksək 
səslə oxuması vacib olan yerləri, yalnız qılanın, yüksək səs ilə də, yavaş səslə də 
oxuması caizdir.  
Qurban bayramının ərəfəsinin sübh namazından, dördüncü günün əsr namazı-
na qədər 23 fərz namazının arxasınca, “Təkbiri təşrik” oxumaq vacibdir.  
 
SƏHV “Yanılma və Unutma” SƏCDƏSİ: 
Namaz qılan namazda fərz olan bir şeyi bilərək və ya unudaraq tərk edərsə, 
namazı pozulur. Əgər bir vacibi unudaraq tərk edərsə, namazı pozulmaz. Lakin 
səhv səcdəsi etməsi lazım olar. Səcdəi-səhvi bilə-bilə etməyən və ya namazın 
vaciblərindən birini bilərək tərk edən kimsənin o namazı yenidən qılması vacib 
olar. Qılmazsa, günahkar olar. Sünnətin tərkində səcdəi-səhv lazım olmaz. Səcdəi-
səhv bir fərzin gecikməsində və ya bir vacibin tərk və gecikməsində edilir.  
Namazda bir neçə  dəfə  səcdəi-səhvi lazım etsə, bir dəfə etmək kifayət edər. 
İmamın çaşması ona uyanların da səcdəi-səhv etməsi lazımdır. İmama tabe olan səhv 
edərsə, özü imamdan ayrı  səcdəi-səhv etməz. Səcdəi-səhvi etmək üçün təhiyyat 
oxunub, bir tərəfə salam verildikdən sonra iki səcdə edib oturulur və  “Təhiyyat”, 
Salli  və barik”, “Rabbəna”  duaları oxunaraq namaz tamamlanır. Bir  və ya iki 
tərəfə salam verdikdən sonra və ya heç salam vermədən də səcdəi-səhv edilə bilər.  
 
SƏCDƏİ-SƏHVİ ZƏRURƏT ETDİRƏN XÜSUSLAR: 
Oturması lazım olan yerdə qalxmaq, qalxması lazım olan yerdə oturmaq, səsli 
oxuması zərurət edən yerdə yavaş oxumaq, yavas oxuması lazım olan yerdə səsli 
oxumaq, dua oxunacaq yerdə Qurani-Kərimdən oxumaq, Qurani-Kərimdən oxuna-
caq yerdə dua oxumaq, (məsələn, Fatihə surəsi yerinə Əttəhiyyatu duasını oxumaq, 
Əttəhiyyatu oxunacaq yerdə Fatihə oxumaq kimi. Burada Fatihə tərk edilmiş olur) 
namazı tamamlamadan salam vermək, fərz namazların üçüncü və dördüncü rükət-
lərində Fatihədan sonra zammı-surə oxumaq, ilk iki rükətdə, Fatihədən sonra 
zammı-surə oxumamaq, bayram namazı təkbirlərini tərk etmək, vitr namazında ku-
nut duasını tərk etmək.  
 
TİLAVƏT SƏCDƏSİ: 
Qurani-Kərimdə 14 yerdə səcdə ayəti vardır. Bunlardan birisini oxuyanın və 
ya eşidənin mənasını anlamasa da, bir səcdə etməsi vacibdir. Səcdə ayətlərini ya-


 71
zan, hecalayan səcdə etməz. Dağlardan, çöllərdən və başqa yerlərdən əks edib geri 
gələn sədanı eşidənlərin və quşdan eşidənlərin səcdə etməsi vacib olmaz. İnsan səsi 
olması lazımdır. Radiodan, mikrofondan eşidilən səsin insan səsi olmadığı, hafizin 
səsinə bənzəyən, cansız alət səsi olduğu daha əvvəl bildirilmişdi. Bunun üçün radi-
odan və maqnitafondan oxunan səcdə ayətlərini eşidənin tilavət səcdəsi etməsi va-
cib olmaz. Tilavət səcdəsi etmək üçün dəstəmazlı olaraq, qibləyə qarşı ayaq üstə 
durub,  əlləri qulaqlara qaldırmadan “Allahü-əkbər” deyərək səcdəyə gedilir. Üç 
dəfə “Sübhanə rabbiyəl alə” deyilir. Sonra “Allahü-əkbərdeyib səcdədən qal-
xınca səcdəi- tilavət tamamlanmış olur. Öncə niyyət etmək lazımdır. Niyyətsiz qə-
bul olmaz. Namazda oxuyunca, həmən ayrıca rükü və bir səcdə edib ayağa qalxar. 
Oxumasına davam edər. Səcdə ayətini oxuduqdan iki-üç ayət sonra namazın rükü-
suna əyilərsə və tilavət səcdəsinə niyyət edərsə, namazın rüküsu və ya səcdələri, 
tilavət səcdəsi yerinə keçər. Camaat ilə qılan imam səcdə ayətini oxuyunca imamın 
oxuduğunu eşitməsə  də, imamla birlikdə ayrıca bir rükü və iki səcdə edər. 
Camaatın rüküdə niyyət etməsi lazımdır. Namaz xaricində, sonra da edə bilər.  
 
ŞÜKR SƏCDƏSİ: 
Tilavət səcdəsi kimidir. Özünə nemət gələn və ya bir dərddən qurtulan kimsə-
nin, Allahü təala üçün “səcdəi-şükr” etməsi müstəhəbdir. Səcdədə öncə “Əlham-
dulillah” deyər. Sonra səcdə təsbehini oxuyar. Namazdan sonra səcdə etmək mək-
ruhdur.  
Namazda tadili-ərkana riayət etməyənin bütün məxluqlara zərəri toxunur. 
Çünki o kimsənin günahı səbəbi ilə yağışlar yağmaz, yerdə əkinlər bitməz və vaxt-
sız olaraq yağış yağar, fayda yerinə zərər vermiş olar buyurulmuşdur.  
 
NAMAZIN SÜNNƏTLƏRİ: 
1. Namazda əlləri qulağa qaldırmaq.  
2. Əlin ovucunu qibləyə çevirmək.  
3. Təkbir aldıqdan sonra əl bağlamaq.  
4. Sağ əli sol əlinin üzərinə qoymaq.  
5. Kişinin əllərini göbəyindən aşağıya qoyması, qadının sinəsinə qoyması.  
6. Iftitah təkbirindən sonra “Sübhanəkə” oxumaq.  
7. İmamın və tək qılanın “Əuzu” oxuması.  
8. Bəsmələ oxumaq.  
9. Rüküdə üç dəfə “Sübhanə rabbiyəl-azım” , demək.  
10. Səcdədə üç dəfə “Sübhanə rabbiyəl-alə” , demək.  
11. Son oturuşda “Salavat” dualarını oxumaq.  
12. Salam verərkən iki yanına baxmaq.  
13. İmamın, cümə və bayram namazlarından başqa, hər namazda birinci rü-
kətdə ikinci rükətdə oxuyacağının iki misli uzun oxuması.  
14. Rüküdən qalxarkən imamın və yalnız qılanın “Səmiallahü limən hami-
dəh” deməsi.  


 72
15. Rüküdən qalxınca “Rabbəna ləkəl-həmd” demək.  
16. Səcdədə ayaq barmaqlarını bükərək uclarını qibləyə çevirmək.  
17. Rükü və  səcdələrə enərkən və  səcdələrdən qalxarkən  “Allahü-əkbər” 
demək.  
18. Əlləri və dizləri yerə qoymaq.  
19. Topuqları  kıyamda bir-birindən dörd barmaq eni qədər uzaq, rüküdə, 
kavmə və səcdədə bitişik tutmaq.  
20. Fatihədan sonra “amin” demək, rüküdən öncə təkbir almaq, rüküdə, əl-
ləri, barmaqları açıq olaraq, diz qapaqları üzərinə bağlamaq, səcdə üçün təkbir 
almaq, oturarkən sol ayağını yerə yatırıb, sağ ayağını dikib oturmaq, iki səcdə 
arasında oturmaq.  
Şam namazında qısa surələr oxunur. Sübh namazında ilk rükət, ikincisinə 
nisbətlə daha uzun edilir. İmama tabe olan, Fatihə  və zammı-surə oxumaz. 
Sübhanəkə oxuyar. Təkbirləri söyləyər. Təhiyyat və salavatı-şərifləri oxuyar.  
 
 
NAMAZIN MÜSTƏHƏBLƏRİ: 
 
1. Namaz qılarkən səcdə yerinə baxmaq.  
2. Rüküyə getdiyi zaman ayaqlarına baxmaq.  
3. Səcdədə burnunu qoyduğu yerə baxmaq.  
4. Təhiyyata oturunca dizlərinin üstünə baxmaq.  
5.Fatihədən sonra oxunacaq ayət miqdari, sübh və zöhr namazlarında uzun, 
şam namazlarında qısa olmaq.  
6 İmama tabe olan kimsə təkbiri yavaş səslə almaq.  
7. Rüküdə barmaqlarını açıb, dizi üzərinə qoymaq.  
8. Başını boyun ilə birlikdə rüküdə düz tutmaq.  
9. Səcdəyə gedərkən öncə sağ, sonra sol dizlərini yerə qoymaq.  
10. Səcdəni iki əli arasında etmək.  
11. Səcdəyə burnundan sonra alnını qoymaq.  
12. Namaz vaxtı əsnəyərsə, əlinin arxası ilə ağzını bağlamaq.  
13. Kişilərin səcdədə dirsəklərini qaldırıb, yüksəkdə tutmaq. Qadınlar isə 
qollarını yerə sərərlər.  
14. Kişilərin səcdədə qollarını və ayaqlarını qarnından ayrı tutmaq.  
15. Rükü və səcdədə üç dəfə təsbeh edəcək qədər durmaq.  
16 . Səcdədən başını qaldırdıqdan sonra əllərini yerdən qaldırmaq.  
17 . Əllərini qaldırdıqdan sonra dizlərini qaldırmaq.  
18 . Təhiyyatda  əllərini budları üzərinə qoyub, barmaqlarını qibləyə qarşı 
düz tutmaq, bükməmək və heç birini oynatmamaq.  
19 . Sağına, soluna salam verərkən başını çevirmək.  
20 . Salam verərkən çiyin başlarına baxmaq.  
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə