45
sevgisini qazanmaq çox çətin məsələdir. Mən bu sevgini hiss edi-
rəm. Teatrın açılışında mən salona daxil olanda o cür alqışlandım.
Gəldim evə, amma yenə özümü səhnədə hiss edirdim. Mən bildim
ki, səhnəyə çıxanda, sənə əl çalırlarsa, səni öpürlərsə, sənə növbəsiz
yer verirlərsə, deməli tamaşaçı məhəbbətini qazanmısan. Özümə
qarşı tamaşaçı sevgisini hiss etdiyim üçün çox xoşbəxtəm.
Bəzən dost-tanışlarım məni danlayır, deyirlər: “Əşşi elədiyini
eləmisən, bu yaşda sən elədiyini heç kim eləməyib”. Bəzi dostlarım
isə “Yaşar, bu yaşa qədər sən nələr eləməmisən, bəsdir də” –
deyirlər. Deyirəm, yox bəs deyil, imkan olar işləyərəm, olmaz da
ki... Amma yenə gələcəyəm, yenə baxacağam. O əzmlə çalışıram ki,
səhnəyə çıxım və çıxacağam. Nəinki burada, hələ Musiqili Kome-
diyada, Gənc Tamaşaçılar Teatrında, Kukla Teatrında da işlərim
var”.
60 illiyi birtəhər xəstəlikdən imkan tapıb qeyd olundu. Də-
fələrlə xəstəliyi səbəbindən təxirə salınmışdı. Yorulmadan çalışdığı
səhnəyə hələ qayıdacağını, müxtəlif teatrlarda, müxtəlif obrazlar
oynayacağını düşünürdü. Necə ki, Opera və Balet teatrında, Mu-
siqili Komediyada, hətta Kukla Teatrının səhnəsində oynamışdı,
yenə oynamaq arzusunda idi. Bu arzunu reallaşdırmaq üçün isə,
ya iradəsi çatmırdı ki, səhhətini də qorusun, ya da… sadəcə, həm
də nə isə istəmirdi.
2012-ci ilin noyabrında növbəti ölüm xəbəri düz oldu. Getdi
bu dünyadan səhnəmizin Yaşar Nurisi, Nurlu Yaşarı, həmişə Ya-
şarı. Özündən sonra rolları, təbəssümü, bir də qəlblərdəki sevgisi
qaldı. Bu gəlişi gözəl sözlər deyil, reallıqda belədir, hər birimizn
içində bir Yaşar Nuri sevgisi var…
46
M
M
M
ə
ə
ə
l
l
l
i
i
i
k
k
k
D
D
D
a
a
a
d
d
d
a
a
a
ş
ş
ş
o
o
o
v
v
v
u
u
u
n
n
n
h
h
h
ə
ə
ə
y
y
y
a
a
a
t
t
t
h
h
h
e
e
e
k
k
k
a
a
a
y
y
y
ə
ə
ə
t
t
t
i
i
i
47
Bir vaxtlar müəllimi, Adil İsgəndərov “Axırıncı aşırım” filmində
Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək “Bu mükafat
Məlik Dadaşova düşür, Qəmlonu yaratdığına görə” demişdi.
İnsan taleyi belədir, hansı məqamdasa qədri bilinir, qiymətləndi-
rilir, hansı məqamdasa çox ucuz tutulur. Əsas odur özündən sonra xəyal-
larda, düşüncələrdə qala biləsən. Məlik Dadaşov xəyalarda, düşüncələrdə
qala bilənlərdəndir. Bu gün onun adını çox övladlar daşıyır, onlardan biri
də öz nəvəsidir, Gülnarə Dadaşovanın oğlu Məlik.
Şöklü Məliyin adını daşıyan uşaq
İstedadlı adamları heç vaxt ətrafdakılar, mühit birmənalı
qarşılamır. Onlar haqqında ziddiyyətli fikirlər dolaşır. Əslində
bunlar hamısı onlara qarşı ətrafındakıların-həmkarlarının qısqanc-
lığından qaynaqlanır. İstedadlı adamlara qısqanclıqdan, paxıl-
lıqdan badalaq vurulur, bu badalaqlar uğuru ləngidirsə də, qarşını
ala bilmir. Adam yaranışından istedadlıdırsa, onun gördüyü ən
xırda iş də gözə sanballı gələcək, özünü büruzə verəcək və zaman
keçdikcə o şəxs artıq heç bir iş görməsə belə adı bəs edəcək ki,
ətrafdakıların qısqanclığı birə-beş artsın. Söhbət mədəniyyət alə-
mindən gedirsə, mədəniyyətin səlahiyyətliləri də o adamın var-
lığını nə dana bilir, nə də qəbul edə, çünki bu adam özünü yoxmuş
kimi apara bilmir, hər addımında “varam” deyir. Onu həm
sevənlər çoxdur, həm də sevməyənlər, sevməyənlər əsasən onun
asılı olduğu sahədəndir.
Bu münasibət müxtəlif şəxsiyyətlərdə özünü fərqli göstərir.
Kimisi bu münasibətə - paxıllıqlara, qısqanclıqlara bir görməzlik,
yoxmuş kimi heç bir reaksiya vermədən öz yolu ilə gedir, bəzən
badalaqdan yıxılır, durub yenə irəliləyir. Kimisi isə görür və gör-
48
düklərini də car çəkir ki, görürsünüz filankəslər imkan vermir,
maneə olur. Bu adam sınır, sarsılır, aqressivləşir.
Bugünkü yazımızın qəhrəmanı ikincilərdəndir. Sənətində
misilsiz uğurları vardı, oynadığı hər bir obraz şedevr olurdu, bu
onun özündən asılı deyildi, genindən, qanından gəlirdi, istedadlı
idi adam. Amma ona veriləcək rolu əlinə çathaçatda qamarlayıb
alırdılar, yüksək bir kürsüyə gedərkən onu badalaq vurub yıxır-
dılar, başqasını göndərərdilər o yerə. Bütün bunlar onun
xarakterinə pis təsir göstərirdi...
Bakıda, neft sənayesində bir nəfər də işləyirdi. İndiyə qədər
adı neft şefləri arasında çəkilməyib, amma Sovet hökumətinin
arxivlərindən onun neft buruqlarının sənədləri çıxıb. Nobellərlə
birgə çalışırmış Yusif kişi. Xanımı evdar qadın idi, üç oğul
böyüdüb, tərbiyə edirdi. Uşaqların sonbeşiyi Məlik idi. Atası Şöklü
Məliyin şərəfinə onun adını belə qoymuşdu.
Sürgün, müharibə, kontuziya
Bu ailə də dövrünün bir çox imkanlıları kimi Sovet imperiya-
sının qurbanına çevrildi. Ailənin böyüyü, ata sürgünə göndərildi.
Yerdə qalanlar səslərini içlərinə salıb, soyadlarını belə dəyişib
yaşamağa məcbur oldular.
Çox sonralar bəraət alıb vətənə qayıdan ata 1971-ci ildə
xanımının vəfatından sonra dünyasını dəyişir. Ailənin böyük oğlu
Salman Dadaşov aktyor olub. “Onun böyük ürəyi” filmində Oqtay
rolunu canlandırıb. Sonralar Sumqayıt teatrının rəhbəri olub. İkinci
qardaş Süleyman Dadaşov - Brilyant Dadaşovanın atası riyaziyyat
müəllimi idi. Universitetdə dərs deyirdi. Süleyman müəllim həm
də qarmonda, pianoda gözəl ifa edərdi. Amma yalnız ailədaxili
məclislərdə.
Məlik Dadaşov isə uşaqlıqdan incəsənətə bağlı olub. Musi-
qiyə gedər, kontrabasda çalarmış. Bununla belə orta məktəbi qurta-
randa sənədlərini Tibb İnstitutuna verib. Qəbul olunub, amma elə
Dostları ilə paylaş: |