201
il boy-buxunum Adil İsgəndərovun xoşuna gəlmədi. İkinci il miz
üstündə ritmi tuta bilmədim, əlim əsdi. Üçüncü il Rza Təhmasib
məni qəbul elədi. O vaxt çox çətin idi o instituta girmək təsadüfən
düşə bilməzdin, gərək xüsusi istedadın olsun. Rza Təhmasib, Məlik
Dadaşov, Rza Sarabski, Nəsir Sadıqzadə müəllimlərim olublar.
Sonra bütün kursumuzu İrəvan Azərbaycan Dövlət Teatrını bərpa
etmək üçün göndərdilər. İlk rollarım orda oldu. Teatrı elə sevirdim
ki, sənət üçün özümü fəda etməyə hazır idim, pul qazanmaq
barədə düşünmürdük, yalnız sənəti düşünürdük. Ata-anam yaşlı,
mən də yeganə övlad olduğum üçün qayıtdım Bakıya. Bir il
institutda sənətdən dərs dedim, amma məni qane etmirdi, teatrda
işləmək istəyirdim. Bu arada Sumqayıt teatrı açıldı, mən orda
işləməyi seçdim. Yenə özümü yerimdə hiss etmədim, hərçənd baş
rollar oynayırdım. Nəhayət 1970-ci ilə Milli Akademik Dram teat-
rının aktyor ştatına qəbul olundum. Burda nəhəng aktyorlarla bir-
gə səhnəyə çıxıb nizə tutmağın özü bir fəxarət idi. Məsələn ilk
rollarımdan biri “Hekayəti xırs quldurbasan” tamaşasında bircə
sözü olan Kərəm olub. Bircə dəfə çıxıb səhnəyə “Qaçsa qaçar e”
deyirdim vəssalam. Daha çox səsimdən istifadə edirdi rejissorlar.
Tofiq Kazımov “Hamlet” tamaşasını hazırladı Hamletin atasının-
kölgənin səsini mən verirdim, özü də səhnənin altından. Əşrəf
Quliyev, Məmmədkamal Kazımov, Mehdi Məmmədovun tamaşa-
larında oynayırdım. Baş rol almaq üçün kiçik rollarla özünü sübut
etməli idin. Teatrdan məşqdən çıxırdım qaçırdım kinostudiyaya
məşqə, ordan çıxıb təzədən teatra axşam tamaşasına qayıdırdım. O
vaxt hər axşam tamaşa olardı. Dublyajdan tanıyıb rejissorlar ki-
noya dəvət edirdilər. Xırda rollarım çox olurdu. Kinoda ilk böyük
rolum Rasim Ocaqovun “Ad günü” filmində Mustafa oldu. Rasim
Ocaqov kinostudiyasının kafesində gördü məni sınağa çağırdı,
keçdim çəkdi. Ssenarini oxuyanda artıq rol o qədər ürəyimə, xa-
rakterimə yaxın oldu ki, ruhən dönüb oldum Mustafa.
20-ci əsrin adamıyam, 21-ci əsrdən nə yaşasam şükür
202
Artıq evli idim o filmə çəkiləndə oğlumun iki, qızımın bir ya-
şı vardı. Deyirlər qızın ayağı sayalı olar.
Yoldaşım ədəbiyyatçıdır, tələbə ikən burda teatrda dəftər-
xanada işləyirdi. Rastlaşdıq, dostlaşdıq, evləndik. Onun da həyat
yolunu, işini, fəaliyyətini mən düzüb qoşmuşam.
“Ad günü”ndən sonra Rasim Ocaqovun beş filminə çəkildim.
Axırıncı film də “Ad günü”nün ardı “Həm ticarət, həm ziyarət” ol-
du. Onun filmlərinə çəkilmək bir məktəb idi. Mənim aktyor ta-
leyimi Rasim Ocaqov müəyyən etdi, “Ad günü” filmi ilə. İndiyə
qədər məni şəkili bilirlər, adımı da küçədə Mustafa çağırırlar.
İllər keçdi Mustafanın sonrakı taleyini oynadım. Ona qədərki
zaman həm məni, həm də elə Mustafanı çox dəyişmişdi. “Ad gü-
nü”ndə Mustafa kimi özüm də saf, təmiz idim. “Həm ticarət, həm
ziyarət”ə dəvət olunanda qorxdum ki, o saf Mustafa ola bilmə-
yəcəm. Yaxşı ki, elə ssenariyə görə də Mustafa o qədər də sadəlöv
deyildi, yaxadan tutmağı da bacarırdı. Kino çox möcüzəli aləmdir,
kinoya çəkiləndə elə bil yeni nəfəs gəlir mənə. Material olsaydı,
işləyərdik. Mənə elə gəlir əsil film kinostudiyada çəkilər.
Hər halda kinoda da, teatrda da Hacı İsmayılov adı var, ta-
rixin bir küncünə düşüb. Fəaliyyətimdən narazı deyiləm, gec olub,
çətin olub, amma olub. Davam da edir bitməyib. “Xanuma” tama-
şasındakı rolum yeni bir mərhələ oldu mənə.
Xalq artistiyəm, heç vaxt hansısa əsər mənim üçün qoyulsun-
deyə xahiş etməmişəm. Nə veriblər oynamışam, bəzən heç nədən
nə isə çıxartmışam ortaya. Teatr gündəlik işimdir. Heç vaxt hansısa
rolu oynamaq iddiasında olmamışam. Heyfsləndiyim odur ki,
“Həm ticarət, həm ziyarət”dən sonra kinoya çəkilməmişəm, illər
gedir. Həyatımda qalan heç nəyi dəyişməzdim. Tamaşaçının sev-
gisini qazanmaq hər kəsə nəsib olmur.
İki nəvəm var- Ülkər, Azər, onlarla nəfəs alıram. Nəvə sev-
gisi başqadır. Dünyanın ən şirin barı nəvələrdir.
Həmyaşıdlarımdan seçildim, elə seçildim ki, indi mənimlə
fəxr edirlər ki, Hacı bizimlə bir sinifdə oxuyub. Oxuduğum 190
203
nömrəli məktəbin kollektivi də fəxrlə deyirlər ki, Hacı bizim mək-
təbdə oxuyub. Deməli boşuna yaşamamışam.
60-qədər yaşımı hiss etməmişəm. İndi yaş özünü göstərir.
Hərdən onunla təsəlli tapıram ki, elə böyük aktyorlarımız olub ki,
heç bu yaşa çatmayıblar. Şükür ki, bizə şərəf verib. Mən 20-ci əsrdə
yaşamışam, 21-ci əsrdən yaşadığım illər qənimətdir, 12 ildir qəni-
mət yaşayıram. 20-ci əsrdə nə gördümsə, gördüm 21 əsr bizim
deyil, gənclərindir.
Sabah desələr ki, get təqaüdə, təsirlənməyə təsirlənərəm, am-
ma bu həm də təbiidir, nəsillərin dəyişməsi gedir. Səhnədə yaş gö-
zümə görünmür. Hələ ki, işləyirik, bizim teatrda bu problem yox-
dur, hərənin öz rolu var. Bəyəm, rəssama demək olar ki, sənin ar-
tıq 70 yaşın var daha rəsm çəkmə, yaxud bəstəkara yazma demək
olar? Biz gənclərə nümunə olmalıyıq. Vaxtı gələndə getməyi də
bacararıq, amma vaxt tez keçdi. Heç olmasa bu ərəfədə kinoda, te-
atrda nə isə eliyək ki...
204
S
S
S
ə
ə
ə
n
n
n
ə
ə
ə
t
t
t
i
i
i
n
n
n
M
M
M
e
e
e
h
h
h
r
r
r
i
i
i
b
b
b
a
a
a
n
n
n
Z
Z
Z
ə
ə
ə
k
k
k
i
i
i
f
f
f
o
o
o
r
r
r
m
m
m
u
u
u
l
l
l
u
u
u
Dostları ilə paylaş: |