32
Nabat müəllimənin ona əruzu gözəl öyrətməsi, qiraəti sev-
məsi də Rasimin köməyinə çatmışdı, hər məşqdən, çəkilişdən sonra
Rasimin özünə inamı daha da artırdı, bütün vücudu ilə Nəsimi ola
bilirdi. Buna görə də həmin il Beynəlxalq Kino Festivalının tapıntısı
Rasim Balayev oldu. Elə Azərbaycan kinosunun da.
Bir dəfə Moskvada, kino festivalı vaxtı Rasim Balayev köşk-
lərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbay-
candan gedən başqa sənətkarlar da görüb Rasimə deyirlər ki, öz
şəklindən birini də özün al. Rasim elə bilir zarafat eləyirlər onunla,
cavab verir ki, hə, mənə yaman oxşayır. Yaxınlaşıb köşkdən şəkli
alır və baxır ki, arxasında Rasim Balayev və onun haqqında
məlumat yazılıb. O vaxt aktyor hələ öz məşhurluğunun fərqində
belə deyilmiş. Bəlkə heç sonralar da.
Ümumittifaq, beynəlxalq kino festivallarının iştirakçısı kimi
Rasim Balayev az qala dünyanın yarısını gəzdi. Uşaqlıq kumiri Rac
Kapurla bir səhnədə mükafat aldı.
Ən yaxşı kişi roluna görə nominasiyanın qalibi oldu. Ömür
boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi
roluna görə aldı.
O vaxt cəmi 25-26 yaşı vardı. 31 yaşında isə Babəki oynadı.
Ardıcıl 70 filmdə sanballı rollara çəkildi. Almaniyada, Tür-
kiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda,
Özbəkistanda, Moskvada, Gürcüstanda.
Onu yalnız müsbət qəhrəman kimi sevmədik, həm də cə-
miyyətdəki mənfi tipləri gözlərimiz qarşısında bütün çılpaqlığı ilə
canlandırdı, məsələn elə “Həm ticarət, həm ziyarət” filmindəki ob-
razı ilə. İnanıram ki, o obraza tamaşaçı Babəki, Nəsimini, Beyrəyi
sevdiyi qədər nifrət edirdi.
Daha rollarını sadalamayacağam, kinoşünas deyiləm, həm də
o rolları hamımız görmüşük, məndən eşitməyiniz yenilik olma-
yacaq.
Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq Artisti idi.
Çünki Nəsiminin dərisi soyulanda o əzabı simasında verə
bilsin deyə ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb
33
ətinə pərçimləyəcək qədər sənətini sevirdi. Mismar onun ovcunu
parçaladıqca Nəsimi dərisi soyularkən yaşadığı cismani əzabı
yaşayır və bu, onda təbii alınır. Yaxud “Qatır Məmməd” filmində
Göyüş onu vurarkən çəmənliyə yıxılır və çabalamaq istəyir ki, bu
vaxta qədərki filmlərdə güllə dəyən kimi yıxılıb ölmək olmasın.
Axı insan yerə yıxılır, çabalayır və canını tapşırır. Rasim özünü
çəmənliyə çırpanda bilməyib ki, otların arasındakı çapıq daş onu
necə yaralayacaqsa çabalamağa taqəti qalmayacaq ağrıdan.
Ömür boyu qəhrəmanları oynayıb, amma bu o demək deyil
ki, biz ondan qəhrəmanlıq gözləyək, umaq. Bu barədə özü də
deyib:
“Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”.
Biz ondan umaq ki, nə qədər damarında qan, canında can
var, gözəl obrazlar yaratsın və bunun üçün ona şərait yaradılsın.
Yoxsa xalqın sevimli, xalqı öz arxasınca aparmağa qadir sənətkarı-
nı məqsədli şəkildə gözdən salmayaq. Kinonun daha bir peşəkar
aktyorunu xatırladım – Həsən Məmmədovu. O, da belə bir tale ya-
şadı, çox sevildi, ömrünün sonlarında isə məhrumiyyətlər ucba-
tından hakim partiyaya sığınmalı oldu və bəziləri buna görə onu
qınadı.
“Mən Qazandan dönmərəm, istər məni, iki parça et”-deyən
Beyrək, “Mən sizinləyəm, insanlar” deyən sərkərdə Babək deyil
Rasim Balayev, “ədalətli olmağa, hamıya kömək etməyə çalışan,
yalana, ikiüzlülüyə, riyakarlığa və lovğalığa nifrət edən” bir sənət-
kardır sadəcə.
Dostların əhatəsində pəsdən səslə oxumağı var, xüsusən
onun ifasında “Arxadan zərbə” filmində zümzümə etdiyi mahnı
çox gözəl alınır. Oğlunun toyunda isə məxsusi onun üçün yazılıb,
bəstələnmiş mahnı ifa edib.
Gözəl qəzəl deməyini, Alim Qasımovla duetini bir neçə dəfə
görmüşük.
Kiminsə siyasi oyununda piyada olacaq qədər sadəlövh de-
yil, amma sadə adamdır.
34
Xanımı Sevil deyir ki, Rasimdə məni hər şeydən çox ağır tə-
biəti, mərdliyi və yaratdığı fövqəladə rollar heyran edir.
Son illər çəkildiyi “Sübhün səfiri” filminin çəkilişlərində bir
daha əmin oldum ki, Rasim Balayev çox peşəkar kino aktyordur.
Elə bir aktyor ki, hələ 100 il bundan sonra da kino tariximizdə izi
qalacaq.
Çəkilmədiyi rollar isə onu gözləyir, qabaqdadır hələ.
Bu gün onun həyatında daha bir qara zolaq keçir, lap 70-ci
illərin əvvəlində olduğu kimi. Yenə Rasim Balayev depressiya-
dadır. Günlərlə evə qapanır, içki ilə əsəblərini sakitləşdirməyə
çalışır. Dostları, heç Alim Qasımov belə Nəsimi qəzəllərindən zövq
almaq üçün çağırdığı məclislərə onu apara bilmir.
İki dəfə yıxılıb, birində ayağı, ikincisində qolu qırılıb. Hərə-
sində bir-iki ay gipsdə və müalicələrdə olub. Ayağının baş barma-
ğının ustufca yerə toxunmasından başına gəlməyən oyun qalmadı,
barmaq kəsilməsinə qədər gəlib çıxdı, onu da şükür atlatdı. Şəkəri
var. Bu yaxınlarda mədəsindəki daxili qanaxmadan hemoqlobini
30-a düşüb. Məlum olub ki, mədəsində xora əmələ gəlib.
Bütün bunların hamısı stress və əsəb gərginliyinin nəticə-
sidir.
“İttifaqdan istefa verməyimi çox ağır yaşadım. Heç nə ilə
təsəlli tapa bilmirdim. Özümü artıq yararsız hiss edirdim. Bəlkə də
səhhətimdə problemlər yaranmasaydı, o dərd məni öldürərdi, elə
bil başım qarışdı səhhətimə, canımın hayına qaldım və zaman
keçdi”.
Mən şəxsən Rasim Balayevi yalan, riyakar sifətdə görmədim.
İstər zarafatla, istər ciddi-ciddi nə dedisə, düz dediyini gördüm.
Nə yazıq ki, qəribə bir şakərimiz var. Birinin üstündən dərhal
xətt çəkməyə hazırıq- şəxsiyyətsiz, simasız damğası da vururuq-
heç ağlımıza da gəlmir ki, o xətt çəkdiyimiz qələmi əlimizin
üstündən başqa əl tutur, çəkdirir bizə xətti öz bildiyi istiqamətdə.
Rasim Balayev bu gün aşağı düşmüş qanın, hemoqlobinin və
mədə xorasının müalicəsi ilə məşğuldur. Hemoqlobini qaldırmaq
üçün ürəyi istədiyi kimi qidalanmağa mədəsindəki yara imkan
Dostları ilə paylaş: |