60
aktyor tapıntılarıdır. Operator Kənan Məmmədov həmişə Rasim
Ocaqov məktəbindən bəhrələndiyini deyir.
Sonuncu filmi “Otel otağı” oldu. Yenə insan mənəviyyatı, in-
sanın iç dünyası filmin əsasını təşkil etdi.
Hər filmin bütöv bir fikir,
tutarlı söz olması Rasim Ocaqov yaradıcılığının məğzi idi.
Azərbaycanın (1967), Çeçen-İnquş Respublikasının əməkdar
incəsənət xadimi (1964), xalq artisti (1982), Azərbaycanın (1980) və
SSRİ-nin (1981) dövlət mükafatları laureatı Rasim Ocaqov 7 iyul
2006-cı ildə 73 yaşında ürək çatışmazlığından dünyasını dəyişdi.
"Bu gün Azərbaycan kinosundan Rasim Ocaqovun filmlərini
götürsək, canlı varlıq olan kino yarıçılpaq qalar”.
Bu onun filmlərində çəkilən rusiyalı aktyor A.Kalyaginin
fikridir.
63
2003-cü il fevral ayının 23-də Milli Dram Teatrının səhnəsində
Həsən Turabovla vida mərasimi idi. Səhər hələ adamlar toplaşmamışdı.
Turabovun cənazəsi vida üçün səhnəyə qoyulmuşdu. Zalın düz ortasında
Həsən Məmmədov əyləşmişdi. Səssiz-səmirsiz gözlərini son dəfə sevimli
səhnəyə “çıxan” həmkarına zilləmişdi, onun “son roluna” baxırdı.
Baxırdı və eynəyinin altından dağdan səssiz-səssiz qaynayıb aşağı yol
alan bulaq suyu kimi yanaqları boyu göz yaşları axırdı. Və elə bil deyirdi,
məni də apar, nə xoşbəxtsən, gedirsən, çox çəkməz, gələrəm arxanca.
Çox qəribədir, Turabov özü də getməyə çox böyük yanğı ilə
tələsirdi, Həsən Məmmədov da göz yaşları ilə bunu deyirdi. Həm dostuna,
həm də özünə ağlayırdı elə bil. Cəmi altı ay sonra avqust istisində səhnədə
o, özü “son rolunu” oynadı...
Əli qabarlı atanın oğlu “qoltuğu papkalı”
olmaq istəmədi
Sadə bir ailədə dünyaya göz açıb. 1938-ci il noyabrın 22-də
Salyan rayonunda doğulub. Sovet vaxtı bu rayona “Azərbaycanın
Sibiri” deyirmişlər. Hökumət kimi cəzalandırmaq istəsə, bu rayona
işləməyə, ən yaxşı halda uzun müddətli ezamiyyətə göndərərmiş.
Sonralar bu rayon Azərbaycan elminə, mədəniyyətinə çox
görkəmli şəxsiyyətlər bəxş etdi. O cümlədən Həsən Məmmədovu.
Həsən Məmmədov Salyanda 2 saylı orta məktəbi 1956-cı ildə
bitirib. Sovet dövrünün bütün nümunəvi gəncləri kimi valideyn-
lərinin istəyinə rəğmən Azərbaycan Dövlət Universitetinin (indiki
Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub.
Əlləri qabarlı atası oğlunu ali təhsilli müəllim görmək istəyirdi.
Düşünürdü ki, oğlu ali təhsil almaqla onun da yarımçıq qalan
arzularını həyata keçirər. “Əynində kostyum, qoltuğu qovluqlu”