67
ciət edirmiş. Bəzən onun “sənə”sini də demirdi, elə “qurban” for-
masında qalmışdı dilində.
Azərbaycan mədəniyyətində ən əxlaqlı adam olub
Yaxın dostu kino adamı Şeyx Əbdül Mahmudov deyir: “O
vaxt kinoya Gürcüstandan, Orta Asiyadan, Baltik yanı respublika-
lardan aktyorlar dəvət olunardı. Hər biri Həsənlə bir kadra çəkil-
disə heyrətə gəlirdilər. Çəkilib kənara onun ustalığına tamaşa
edirdilər. Həsən indi sağ olsaydı, dünya kinosu ondan əl çəkməzdi.
Sovet məkanında onun kimi ikinci aktyor Tixonov hesab olunurdu.
Bir onu soruşurdu ki, filmi hansı planda çəkirsən? Qalanını özü bi-
lirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə elə-
məlisən. “Kapriz” deyilən bir şey onda yox idi. Çəkilişi qurtarırdı,
meydançadan getmirdi ki, birdən rejissorun ağlına nə isə gələr la-
zım olaram, bir də niyə arxamca maşın göndərib axtarsın məni. İşə
gəlmişəm, çəkilişim qurtarsa da çəkiliş boyu burda olmalıyam.
Onun qədər ikinci əxlaqlı aktyor yoxdur, içi mən qarışıq. Zarafatı-
mız vardı, bir dəfə qastrolda gördüm ki, ətrafda nə qədər qadın,
qız var hamısı bunun əsiridir, bunun heç eyninə deyil. Eyham vur-
dum ki, adə, hərəkət elə, mənə elə acığı tutdu ki, olmayan kimi”.
Bütün fəxri adları almışdı
Kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə
Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə isə xalq
artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki
Murad roluna görə SSRİ, “Birisi gün gecə yarısı” kino lentindəki
Baba Əliyev obrazı üçün Azərbaycan SSR dövlət mükafatları ilə
təltif edilib. 1970-ci ildə “7 oğul istərəm”
filmindəki Bəxtiyar roluna
görə Respublika Lenin komsomolu mükafatı laureatı olub. Bütün