50
Prototip onu ölümlə hədələdi
Məlik Dadaşov 100-dən çox tamaşada, 50-dən çox filmdə
müxtəlif çalarlı obrazlar yaradıb. Filmdə ilk rolu 1961-ci ildə Lətif
Səfərovun Ənvər Məmmədxanlının ssenarisi əsasında çəkdiyi
“Leyli və Məcnun”da olur. “Axırıncı aşırım”da Qəmlo ilə kino
tarixinə adını qızıl həriflərlə yazıb Məlik Dadaşov. “Dəli Kür”də
Molla Sadıq, “Koroğlu”da Bolu bəy, “O dünyadan salam”da Şeyx
Nəsrullah, “Birisi gün gecə yarısı”nda Nəriman Nərimanov, “Bir
məhəlləli iki oğlan”da Nazif, “Ulduzlar sönmür”də general Meh-
mandarov, “26 Bakı komissarı”nda Əzizbəyov, “Müharibəni görən
adam”da Niyazxan, “Fəryad”da Aram Xaçaturyan Məlik Dada-
şovun içindən keçirdiyi – yaratdığı obrazlardır.
1985-ci ildə Məlik Dadaşov “Azərbaycanfilm” və “Belorus-
film”in birgə istehsal etdiyi “Müsahibə götürən adam” filminə çə-
kilir. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kava-
leznik haqqında olan filmdə Məlik Dadaşov bu ölkənin əks-kəş-
fiyyat komissarı Niyaz xan obrazını yaradır. Film çəkilən zaman
sağ olan Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq
aktyoru öldürəcəyi ilə hədələyir. Buna görə də filmin Pakistanda
aparılmalı olan çəkilişləri təxirə salınır. Məlik Dadaşovu da Pa-
kistana qoymurlar. Filmin çəkilişləri İçərişəhərdə aparılır.
Məlik Dadaşov başqa rollara görə də hədə-qorxu ilə üzləşib.
“Axırıncı aşırım”da Qəmlonu, “Fəryad”da erməni obrazını , “Dəli
Kür”də mollanı, “Ölülər”də Şeyx Nəsrullanı oynayanda.
“Atam o rolu ifa etmək istəmirdi.
Ümumiyyətlə, atam yaradı-
cılığı boyu iki rolu ifa etmək istəməyib. Erməni rolunu, bir də
“Ölülər”də Şeyx Nəsrullahı. Şeyx Nəsrullahı ona görə oynamaq
istəmirdi ki, özü axır vaxtlar namaz qılırdı. Deyirdi, mən Allaha
ibadət eləyirəm, amma “Ölülər”də Allaha qarşı çıxıram. “Fəryad”
filmində isə düşmən obrazı yaratmalı idi. Bu rolu heç oynamaq
istəmirdi. Yadımdadır ki, Ceyhun Mirzəyev yalvarırdı atama, de-
yirdi ki, bu rol sizə yazılıb. Atam onun sözündən çıxmadı, yaratdı
o obrazı. Əslində, bu tipaj sovet dövründə general Baqramyan var