41
Buratinodan Elçin müəllimə qədər
Teatrda yaratdığı obrazlar, aktyor oyunu barədə teatrşünas
İlham Rəhimli belə deyir: “Səhnəyə gəlməyini xəbər vermək kimi
bir fənd var. Bu, milli dramaturgiyamızda ən məşhur fənddir.
Azərbaycan milli teatrı peşəkarlaşandan sonra aktyor teatrı olub.
Seyrçi teatra ilk növbədə aktyora baxmağa gəlir. Bunu yaxşı bilən,
bütün hüceyrələri ilə hiss edən aktyor da oynadığı epizodun
səhnəyə çıxma vaxtı yetişəndə, qabaqcadan seyrçilərini xəbərdar
eləyir ki, bəs, arxayın olun, bu gün mən sizinləyəm. Aktyor tam
əmin olmalıdır ki, tamaşaçı səsini eşitcək, məhz onu-sevimli və
istəkli sənətçisini, anların intizarıyla gözləyir.
Yaşar Nuri bu fənddən 25 ildən çoxdur ki, istifadə edir.
Epizodun vaxtı yetişəndə aktyor həməncə səhnəyə çıxmır, bir-iki
saniyə ləngiyir, pauza verir. Elə həmin məqamda səhnə arxasından
həssaslıqla salonu dinləyir. Yalnız özünə bəlli olan hüdudacan
gözləyir. Sonra ilk replikasını-sözünü ucadan deyir və yenə bir
neçə saniyə salonu dinləyir. Həm də salonun psixoloji reaksiyasını
bütün oynaqları ilə duyur. Tamaşaçılar arasındakı canlanma
qulağına, hisslərinə çatar-çatmaz sözün əsl mənasında, səhnəyə
şığıyıb yerində "donur".
Sürəkli alqışlar! Seyrçilər rəğbətlə, sevimli aktyorunu salam-
layır. O isə "obrazdan çıxmadan" donmağıyla pərəstişkarlarının
salamlarını alır. Alqış qoparıb, səhnədən getmək də Yaşara xas
fənddir. Açığını desək, bu, ən çətin fəndlərdən biridir. Bir çox
pyeslərdə, ələlxüsus, çağdaş komediya və dramlarda müəlliflər
fikri daha çox ansamblın hərəkət quruluşuna yönəldirlər. Səhnə-
dən gediş üçün öncədən personaja vurğulu, nidalı, mənalı, part-
layıcı qüvvəyə malik kəlmə, yaxud ifadə, cümlə vermirlər. Daha
doğrusu, heç bu təmənnada olmurlar da. Yaşar bu "əngəl"i asan-
lıqla aşır, bu "maneə"ni ustalıqla adlayır. Həmin işdə onun dadına
parlaq improvizə qabiliyyəti yetişir. Yaşarın rol üzərindəki iş
prosesi məşqlərdə bitmir. Bəzi "bombalar" tamaşa zamanı bəda-
hətən partlayır, bəziləri isə vəziyyətə cavab olaraq.