68
bunlardan öndə duran bir fəxri ad hələ də yaşayır - Həsən
Məmmədov.
“Bəxtiyar rolu” dedim, bir məqam yadıma düşdü. Bir dəfə
teatrda müsahibə alırdım ondan. Qış idi, uzun qara palto
geyinmişdi, təpədən-dırnağa kino adamı olan bu şəxsdə qəribə bir
magiya vardı. O qara paltoda, iri addımlarla teatrın girişindən
keçəndə hamı kənara çəkilib yol verdi. Söhbətləşdik, sonda belə bir
fikir dedi: “İndi sən demədin, qızım, amma çox vaxt mənə deyirlər
ki, çəkildiyiniz filmlər sovet təbliğatına xidmət edib. Bəxtiyar
komsomol olub, bizə düşməndir. Bu günün nəzərləri ilə baxsaq,
Bəxtiyar sadəcə bir insan, şəxsiyyət idi ki. Xalqının əmin-aman-
lığını istəyirdi.”
Hiss etdim ki, bu mövzu Həsən müəllimin yaralı yeridir.
İllərlə yaratdığı obrazlar, çəkildiyi filmlər kimlərinsə nəzərində sən
demə, havayı atılmış güllə kimi qəbul edilir. O vaxt haqqında
yazdığım yazı ilə ona nə qədər təsəlli ola bildim, deyə bilmərəm.
Hər halda sonralar, ömrünün son günlərinə qədər zənglərimə
məmnuniyyətlə cavab verib, həmsöhbət olurdu. Bildiyim odur ki,
bəzən özləri heç bir işə qadir olmayan kəslər başqalarının gördüyü
işləri kölgələməyə çalışmaqla təsəlli tapırlar.
Axı, ürək neyləsin...
Ömrünün son illərində Azərbaycan kinosunun qızıl illəri
arxada qalmışdı. Təltifləri, fəxri adları, hörməti… Maddi cəhətdən
isə o qədər də böyük təminatı yox idi. Ailəsi də sovet vaxtı ona
verilən dar mənzilə sığmırdı. Zəmanəyə uyğunlaşa bilmədiyinə
görə Həsən Məmməfovu çox qınayırdılar və bu ona rahatlıq
vermirdi. İstədiyini ailəsinə bəxş etmək üçün fikirləşib tapdığı
yollar isə onun şəxsiyyətinə, xarakterinə yad idi.
Qatar getmişdi, arxasınca atla, ayaqla gedib çatmaq olmazdı.
Bəlkə uzaqgörən olmayıb? Niyə o, kiməsə ağız açmalıdır? Bəlkə,
düz eləmir, hamı necə, o, da elə? Niyə zəmanə adamı ola bilmir?
69
Özünə gah haqq qazandırır, gah qınayırdı. Hərdən üzv olduğu
partiyanın da qapısına qədər gedib çıxır, yenidən geri qayıdırdı.
Niyə Tanrı ona bu xarakteri verib? Başqa cür olsaydı, bəlkə
ailəsini daha yaxşı təmin edərdi? Axı, onun yerində kim olsaydı...?
Bu ağrılar onu ürək əməliyyatına qədər gətirib çıxartdı. Əməliy-
yatdan sonra rahat, qayğısız, təmin olunmuş həyat yaşamalı idi,
ürək bunu tələb edirdi. Əks halda...
Avqustun cırhacırı idi. Zəng elədim: “Həsən müəllim, necə-
siniz?” Ömür boyu şikayət etməyən adam elə bil dilə gəlmişdi:
“Əməliyyatdan sonra Allahın bir putyovkasını tapmıram ki, gedib
bu istilərdən kənarda bir az dincəlim...”
Bu həmin 2003-cü ilin avqustu idi ki, iki gün sonra əvəzsiz
aktyor, nümunəvi sovet adamı Həsən Məmmədov dünyasını
dəyişdi. Bəlkə də onunla da böyük, şaxəli bir çinarın son yarpağı
qopub düşdü. Onu II Fəxri Xiyabanda dəfn etdilər. O itkini isə,
Azərbaycan kino sənətinə geri heç bir qüvvə qaytara bilməz. Bəlkə,
nə vaxtsa haqqında böyük kitablar yazılacaq, amma o, qayıtma-
yacaq. Yenə seviləcək, yenə zəmanə adamı olmadığı, iradəsinin
ziddinə gedə bilmədiyi, şəxsiyyətli, abırlı, əxlaqlı, yalnız saf sənət-
kar olduğuna, yaşamağın başqa - ənənəvi yollarını bilmədiyinə gö-
rə qınanacaq, amma seviləcək. Seviləcək və bir də ondan olma-
yacaq.
70
"
"
"
Ö
Ö
Ö
g
g
g
e
e
e
y
y
y
a
a
a
n
n
n
a
a
a
"
"
"
d
d
d
a
a
a
b
b
b
a
a
a
ş
ş
ş
l
l
l
a
a
a
y
y
y
ı
ı
ı
b
b
b
"
"
"
F
F
F
ə
ə
ə
r
r
r
y
y
y
a
a
a
d
d
d
"
"
"
l
l
l
a
a
a
b
b
b
i
i
i
t
t
t
ə
ə
ə
n
n
n
t
t
t
a
a
a
l
l
l
e
e
e
71
Bu təsadüfdürmü, yoxsa zərurət, yəqin ki, daha çox taledir.
Sadəcə tale… İnsan dünyaya gələndə onun həyat yolu artıq
cızılmış olur, nə qədər çalışsan da o cığırdan kənara çıxa bilmirsən,
sadəcə yüngül sapmalar ola bilər, vassalam.
O, atasının ikinci evliyindən dünyaya gəlmişdi. Atası Cəmil
Mirzəyevin birinci evliliyindən övladı olmamışdı. Hamı demişdi
ki, qadınını boşa, yenidən evlən, övladın olsun, amma 17 il birgə
həyat sürdüyü ömür-gün yoldaşından ayrılmamışdı kişi. 17 ildən
sonra qadın dünyasını dəyişib, yalnız ondan sonar ikinci dəfə
evlənib. Onun anası Marqarita xanım milliyətcə gürcüdür. Xanı-
mın da ikinci evliliyi idi, birinci ərindən - İbrahim Məmməd-
əliyevdən bir qızı da vardı. Cəmil Mirzəyev bu qıza da öz övladı
kimi baxırdı. O, yəni qəhrəmanım Ceyhun dünyaya gələndə yalnız
ailənin deyil, bütün nəslin sevinci hədsiz oldu.
Ceyhunun atası Cəmil Mirzəyev Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsində çalışırdı. “Qırmızı Döyüş Bayrağı”
ordeninin (Orden Boyevoqo Krasnoqo Znameni) ilk daşıyıcısı
olmuşdu. Həmin orden ilk olduğu üçün indi də Rusiya Tarixi
Muzeyində saxlanılır. Bizim kinoçular isə bu ordeni “Qanun
naminə” filmində tarixə salıblar. Gənc prokurorun yaxasında.
Evlənəndə artıq 48 yaşı olan Cəmil Mirzəyev Ceyhun 3
yaşında ikən ürək çatışmazlığından dünyasını dəyişir. İllərdir
övlad həsrətində olan ataya övlad sevincini doyunca yaşamaq
qismət olmadığı kimi övlada – Ceyhun Mirzəyevə də ata qismət
deyilmiş.
Dostları ilə paylaş: |