80
Onu Mirzəağa Əliyev kimi sənətkar bəyənir, ştata götürül-
məsinə nail olur.
O vaxtdan bu teatrın afişasına yeni, həm də ətrafına tamaşaçı
toplaya biləcək bir imza yazılır – Əliağa Ağayev.
İlk sevgi və evlilik
Gənc Tamaşaçılar Teatrının özülünü qoyanlardan biri olan
aktyor az bir zamanda oynadığı obrazlarla, istedadı və xoş xasiy-
yəti ilə hamının sevimlisinə çevrilir. Kollektivin gənc qızları ara-
sında onu sevənlər də az deyildi, amma Əliağanın gözü onlardan
birini tutmuşdu.
Gənc aktrisa Cəvahir İsgəndərova ilə səhnədə tərəf müqabili
idilər. Məhəbbətlərinin özülü elə səhnədə qoyuldu. Ağadadaş
Qurbanov bir gün onların münasibətlərindən xəbər tutub Əliağanı
yanına çağırır. Deyir ki, bu qız mənim teatr truppamda yetişib, bu
teatrın səhnəsinə çıxıb: “Mənə öz balam kimi əzizdir, sən də yaxşı
oğlansan, ona qarşı münasibətin ürəkdən deyilsə uzaqlaş, ürəkdən-
dirsə gecikmə, yaxınlaş”.
Ürəyini qıza açmağa cəsarət eləməyən gənc bu sözlərdən
sonra qəti addım atıb Cəvcahirlə evlənir.
Uşaqları dünyaya gələndən sonra Cəvahir xanım evdə otur-
malı olur, Əliağa uşaqları ona etibar edib özü sənətin zirvələrinə
doğru kəşməkəşli yola çıxır.
Onun da oynadığı “Hacı Qara” tamaşasına Mircəfər Bağırov
baxır. Tamaşadan sonra Bağırov Əliağanı yanına çağırtdırır. Qar-
daşı Mirzəağa 1937-də ildə repressiyaya uğrayan aktyor kəfənini
boynuna salıb rəhbərin qəbuluna yollanır. Sən demə, Mircəfər
Bağırov onu çağırtdırıb ki, oynadığı obrazdan heyranlığını ifadə
etsin. Deyib ki, çox bəyəndim. Fəxri adının olub-olmamağını da
soruşub. Bir müddətdən sonra Əliağa Ağayevə əməkdar artist fəxri
adı verilib. Sonra da xalq artisti olub. Gənc Tamaşaçılar Teatrında
ilk və o vaxtlar yeganə xalq artisti Əliağa Ağayev idi.
81
SSRİ xalq artisti fəxri adı verilməsi üçün aktyora Kommunist
Partiyasına keçməsi təklif olunub. Hər dəfə bu söhbətdən yumo-
runu işə salmaqla yayınan aktyor ömrünün sonuna qədər nə par-
tiyaya daxil olub, nə də SSRİ xalq artisti adı üçün cəhd göstərib.
Məşədi İbada verilən kürk
“O, olmasın, bu olsun” filmindən sonra Əliağa Ağayevi ha-
mı tanıyırdı, amma adı ilə deyil, oynadığı obrazla, Məşədi İbad ki-
mi.
Aktyorla birgə çox tamaşalar hazırlayan rejissor Ağakişi
Kazımov xatırlayır ki, bir dəfə İraqda qastrol zamanı Əliağa bazar-
da itib: “Dedilər, bu harada ola bilər? Hərləndim bazarı gördüm ki,
bir yerdən səsi gəlir. Gördüm ki, əfqanlar yığılıb onun başına, qa-
bağında da bağlama var. Dedim bu nədir gətirmisən? Dedi tanı-
dılar ki, Məşədi İbadı oynayanam, mənə kürk verdilər".
Mirzəağa Əliyev dünyasını dəyişəndən sonra bir gün Şıxəli
Qurbanov Əliağa Ağayevi çağırıb deyir ki, sən “Azdrama”nın səh-
nəsinə lazımsan.
Əliağa Ağayev əşyalarını götürmək üçün doğma teatrına gə-
ləndə Gənc Tamaşaçılar Teatrının ilk aktyorlarından biri Süleyman
Ələsgərov qəmə qərq olur: “Sən bu teatrın qapısına qıfıl vurub ge-
dirsən, buranın tamaşaçıları bundan sonra “Azdrama”ya gedəcək-
lər”.
Əliağa Ağayev Məşədi İbadı oynayanda qara, gur saçları
olub. Film təbii alınsın deyə özü saçlarını dibindən qırxdırıb.
Saqqalının üstündə isə günlərlə özü işləyib, nəhayət təbii
göründüyünü hiss edəndən sonra çəkilişə razılıq verib.
Çox güclü hafizəsi olub Əliağa Ağayevin. Rolun sözlərini bir-
cə dəfə oxumağı bəs edirmiş ki, çaşmadan, zamanında deyə bilsin.
Onun teatrın bufetinə girməyi yetərmiş ki, bütün aktyorlar
başına yığışsın. Deyib-gülməyi, yeyib-içməyi çox xoşlayırmış, elə
bunun da güdazına gedir.
82
Heç vaxt şəxsi işləri üçün kimdənsə xahiş etməyi xoşlamayıb.
Bir qızı, iki oğlu vardı. Deyirdi, bir rollarım, bir də övladla-
rımdır həyatdakı qazancım. Sənətini də çox sevərdi, amma övladla-
rının bu sənətə gəlməsinə razı olmazdı. Oğlu Vaqif ondan gizlin o
vaxtkı İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olun-
muşdu. Hər il atasına “Politexnik”ə hazırlaşıram” deyə yalan satan
Vaqif Ağayev yalnız diplomunu alandan sonra onu atasına gös-
tərib həqiqəti etiraf etmişdi. Vaqif Ağayev çox istedadlı rejissor ol-
du. Musiqili Komediya Teatrının səhnəsində şöhrət qazanan
“Hicran” tamaşasına o quruluş vermişdi. Hayıf ki, həyatdan vaxt-
sız köçdü.
İynə vurdurub filmə çəkilib
Əliağa Ağayev isə sağlam adam idi. Səhnədə, yeyib-içməkdə,
çəkilişlərdə keçdi ömrü. Son illər, yəni ömrünün axırlarında səhhə-
tində bəzi narahatlıqlar olub, bu da yaşın göstəricisi idi.
Çəkildiyi son “Evlənmək istəyirəm” filminin rejissoru Cahan-
gir Mehdiyev danışır ki, biz onu qızdırmanın içində çəkdik: “De-
dim ki, çəkilişi təxirə salaq, sizə ziyanı dəyə bilər, razılaşmadı.
Həkim çağırıb iynə vurdular, temperaturu bir az düşdü, çəkdik,
çəkilişdən sonra təcili yardımla getdi”.
Amma ondan sonra neçə-neçə çəkilişlərdə, tamaşalarda oldu
Əliağa Ağayev.
Yetmiş yaşı ərəfəsində, yubileyqabağı dostlarıyla kafedə otu-
rub deyib-gülürmüşlər. Əliağa Ağayev danışdığı lətifəyə ətraf-
dakılarla birgə ürəkdən gülüb. Necə ürəkdən gülübsə ürək damarı
partlayıb. Dostları elə biliblər ki, zarafat edir, baxıblar ki, yox, kişi
dünyasını dəyişib.
Bu, 3 noyabr 1983-cü ildə olub.
Dostları ilə paylaş: |