89
“Çox içirdi Səməndər, onun güdazına getdi”- söhbət
etdiyim
bütün həmkarları, dostları ya adını eşidən kimi, ya da onun
haqqında danışarkən sonda bu kəlməni dedilər.
Evi həmişə qonaq-qaralı olardı. Dostları çox idi, yeyib-içdiyi
dostlar. Bunun üstündə bəzən evdə xanımı ilə söz-söhbət olardı.
Xanımı onu qorumağa çalışardı ki, çox içməsin.
Görürdü ki, gözgö-
rəti uçuruma gedir həyat yoldaşı. Bu “dostbazlıq” onu ölümə
sürüklədi.
Son rol və qaraciyər serrozu
Teatrda bir-birinin ardınca uğurlu rollar oynayır, hər dəfə
tamaşaçını heyrətləndirirdi, amma özü də, ətrafdakılar da görür-
dülər ki, hər gün bir addım geri gedir Səməndər Rzayev. Sənətdə
irəli, fiziki cəhətdən geri.
Artıq yeriyəndə yer silkələnən, danışanda gözləri lərzəyə sa-
lan Səməndər deyildi, nəfəsi güclə gəlirdi, o qədər arıqlamışdı ki,
onu görən kimi xəstə olduğunu hiss etmək asan idi. Qara ciyər
hədsiz içkiyə davam gətirə bilmirdi artıq. Fiziki cəhətdən sağlam
olması 41 yaşına qədər içdiyi içkilərin ona yıxa bilməməyinin gös-
təricisi idi, amma artıq geri də yol qalmamışdı.
Bütün ömrü boyu çalışdığı Dram Teatrının səhnəsində “Sizi
deyib gəlmişəm” tamaşasında Xudayar bəyi oynayırdı. Tərəf-
müqabili Səidə Quliyeva danışır ki, çox möhtəşəm bir səhnəmiz
vardı, tamaşanın canı olan bu səhnədə mən Səməndəri sillə ilə vu-
rurdum: “Həmin yer gələndə Səməndər yavaşca pıçıldadı ki, Səidə,
ölürəm, yola ver, vursan, yıxılacam, halım pisdir.
Tamaşadan sonra
səhnə arxasından onu xəstəxanaya götürdülər, siması ağappaq,
özü də büzüşmüşdü”.
İki gün sonra “Közərən ocaqlar” tamaşasında oynamaq üçün
birbaşa xəstəxanadan səhnəyə gəlib Səməndər Rzayev. Onun üçün
bilet alıb gələn tamaşaçısını məyus etmək istəməyib. Tamaşadan
əvvəl bəsdir demədən içib, bu dəfə ağrılarını unutmaq, tamaşanı
90
oynamaq üçün. O qədər içib ki, ayaq üstdə durmaq belə çətin ol-
duğu halda tamaşanı oynayıb və səhnə arxasında yıxılıb, bu onun
səhnədə son rolu olub.
Özündən sonra həyatda onu saysız, yadda qalan obrazları
xatırladır, bir də övladları. Qızı Rübabə radioda çalışır. Oğlu Rəşid
aktyordur.
Çox qədim bir əfsanə var - Səməndər adlı quş əbədi odlara
yanır, amma heç vaxt ölmür. Özünü odlara yaxmaq onun yaşamaq
yanğısıdır, yanır və yaşayır.
O vaxt ölür ki, yaxılmağa od tapmır.