Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə28/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   24   25   26   27   28   29   30   31   ...   66

 
99 
Həyat  davam  edir.  Bircə  o,  yoxdur  həyatda,  xatirələrdə  ob-
razları, maraqlı jestləri və bir də şəxsiyyəti ilə qalıb – Telman Adı-
gözəlov. Allah ruhuna rahatlıq versin. 
”Televiziya kanallarında atamın hansısa tamaşasını göstərən-
də anamla bacımı qoymuram baxsınlar. Dözə bilmirlər, ağlayırlar... 
Biz hələ də onun yoxluğuna alışmamışıq. Atamın yeri, o boşluq çox 
hiss  olunur.  Neyləsək  də,  o  boşluq  heç  nəylə  dolmaz.  Bu  itki  bizi 
həmişə göynədəcək ” – oğlunun dediklərindən. 


 
100 
S
S
S
e
e
e
v
v
v
g
g
g
i
i
i
l
l
l
i
i
i
s
s
s
i
i
i
 
 
 
ü
ü
ü
ç
ç
ç
ü
ü
ü
n
n
n
 
 
 
a
a
a
k
k
k
t
t
t
r
r
r
i
i
i
s
s
s
a
a
a
 
 
 
d
d
d
a
a
a
 
 
 
o
o
o
l
l
l
d
d
d
u
u
u
,
,
,
 
 
 
m
m
m
u
u
u
z
z
z
e
e
e
y
y
y
 
 
 
i
i
i
ş
ş
ş
ç
ç
ç
i
i
i
s
s
s
i
i
i
 
 
 
d
d
d
ə
ə
ə
.
.
.
.
.
.
.
.
.
 


 
101 
  
 
 
 
 
Qaçaq Nəbinin Həcəri, Ənvər Həsənovun Möminatı 
 
Mətbu  orqanlarda  belə  bir  informasiya  getmişdi:  “Xaçmaz 
yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər 
Həsənovun  idarə  etdiyi  maşın  aşıb,  nəticədə  sərnişin  Möminat 
Qurbanova yerindəcə keçinib”. 
Quru,  ürəksiz  informasiyaları  sevmirəm,  çünki  həmin  anda 
onu deyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına 
da  gəlmir  ki,  bu  acı  xəbərin  arxasında  neçə-neçə  yıxılmış  talelər, 
qaralmış dünyalar durur. 
Bu dəfə də elə oldu. 
Buzovnada  sadə  bir  ailədə  dünyaya  gəlib  Möminat  xanım.  
Ailədə altı uşaq olublar, beş bacı, bir qardaş. Ailənin sonbeşiyi ol-
duğundanmı,  yoxsa  xarakterinə  görəmi  Möminat    hamıdan  ərkö-
yün və çılğın uşaq idi. 
Ona görə də orta məktəbdə komsomol fəalı, özfəaliyyət kol-
lektivinin,  idmanın  öncüllərindən  olan  bu  qız  məktəbi  bitirib  sə-
nədlərini  indiki  Mədəniyyət  və  İncəsənət  Universitetinə  verəndə 
hamı bunu ərköyünlük kimi qarşıladı və reaksiya vermədilər. De-
dilər,  yəqin  tezliklə  həvəsdən  düşüb  özünə  “düz-əməlli  peşə”  ta-
par. 
Amma  Möminatın  bu  ərköyünlüyü  ötəri  olmadı.  Hələ  orta 
məktəb illərində  “7 oğul istərəm” filminə o qədər baxmışdı ki, fil-
mi əzbər bilirdi. Cəlalın (Ənvər Həsənovun-red.) dedikləri dilindən 
düşmürdü. Cəlalın  şəklini otağının divarından asmışdı. Hərdən bu 
rəsmlə  söhbət  edirdi.  Ona  demişdi  ki,  səninlə  bir  filmə  çəkilmək 
üçün  aktrisa  olacağam.  Ənvər  Həsənov  haqqında  mətbuatda  ya-
zılan  məqalələr,  tənqidlər,  təriflər  qovluqda,  Möminatın  kitab  do-
labında  layiqli  yerdə  dururdu.  İllər  keçəcək  Möminat  Qurbanova 


 
102 
Ənvər Həsənovun    evinə  həmin  qovluqla  gəlin  köçəcəkdi.  Amma 
hələ  ki,  buna  bir  neçə  il  var.  Hələ  ki,  Möminat    institutun  aşağı 
kurslarında  oxuyur,  Ənvər  Həsənov  isə  ardıcıl  olaraq  kinolara 
çəkilir. 
1977-ci  ildə  Kamil  Rüstəmbəyov  və  Şamil  Mahmudbəyov 
“Dərviş  Parisi  partladır”  filminə  kino  sınaqları  keçirirdi.  Tələbə 
Möminat  eşidir  ki,  filmdə  Şahbaz  bəy  roluna  Ənvər  Həsənov  çə-
kiləcək.  Filmin  sınaq  çəkilişlərində  iştirak  etmək  üçün  kinostu-
diyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iş-
tirak edəcək, sadəcə rejissorun gözünə görünmək istəyirdi. Sınağa 
gələn  tələbə  qızlar  arasında  Möminat  Qurbanova  Kamil  Rüstəm-
bəyovun  sərraf  rejissor  gözündən  yayınmır.  Ənvəri  də  çağırıb 
deyir ki, bax gör bundan sənə Şərəfnisə olar? Ənvər “elə olar”,-de-
yə yarızarafat cavab verir. Amma hər ikisi hiss etdi ki, aktrisada əsl 
bəy, xan qızlarına, xanımlarına xas şahanə görkəm var. 
Sınaq çəkilişlərindən də Möminat qalib çıxır, Şərəfnisə roluna 
ən layiqli namizəd kimi. 
Ənvər  Həsənov  danışır:  “Münasibətlərimiz  elə  bu  filmlə  də 
başladı. Filmin çəkilişləri başa çatar-çatmaz nişanlandıq”.   
1978-ci  ildə  institutu  bitirən  Möminat  Qurbanovaya  o  vaxt 
hamıya verilən təyinat əvəzinə azad təyinat verilir, çünki artıq çox 
tanınmış aktyor Ənvər Həsənovun həyat yoldaşı idi. Ənvər Həsə-
nov onda “Azərbaycanfilm”də çalışırdı. 
Ənvər isə onu daha çox evdə görmək istəyirdi:  
 “İstəyirdim  işdən  evə  qayıdanda  yuvamı  isti,  Möminatı 
uşaqla, mətbəxlə məşğul olan görüm. Düzü bir az da qısqanırdım, 
o, mənim Şərəfnisəm olmuşdu, kiminsə Şərəfnisəsi, nə bilim Nigarı 
olmasını qəbul edə bilmirdim”. 
İllər keçir, artıq aktrisa olmayacağı ilə sevimli Ənvərin xətri-
nə razılaşmış Mömünat daha bir filmə dəvət alır. Bu dəfə dəvət de-
yildi,  tələb  idi.  Ailənin  dostu  Şeyx  Əbdül  Mahmudbəyov    Qaçaq 
Nəbidən  bəhs  edən  “Atları  yəhərləyin”  filmində  Həcər  rolunda 
Möminatdan başqa heç bir aktrisanı təsəvvür edə bilmirdi. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə