131
Nəcibə sənət dərsini gözəl mənimsəyir, ali təhsil alır, Milli
Dram Teatrında işləməyə başlayır. Hüseyn Cavidin “Şeyx Sənan”
tamaşasında Xumar, “Səyavuş”da Firəngiz, Cəfər Cabbarlının “Ay-
dın”ında Böyükxanım, “Sevil”də Edilya kimi fərqli, mürəkkəb
xarakterli obrazlar yaradır. Komediya janrı da Nəcibə Məlikovanin
sənət taleyində bir xətt kimi keçir. “Sabit Rəhmanın “Əliqulu evlə-
nir” tamaşasında Yasəmən, Şıxəli Qurbanovun “Əcəb işə düşdük”
pyesində Məlahət, M.F.Axundzadənin “Lənkəran xanının və-
ziri”ndə Şölə kimi obrazlara imza atıb.
Bu minvalla sənət həyatı öz axarı ilə gedir. Bəxti gətirib. Ədil
İsgəndərov, Rza Təhmasib kimi ustadları indi həm də ona bütün
istedadını ortaya çıxaran rollar verirlər.
Kinonun “Ögey ana”sı
Həyat yoldaşı da onu, sənətini sevir, artıq iki oğul övladları
var, biri yoldaşınin ilk nigahından, biri isə Nəcibə xanımla olan
sevgisinin nübarı. Nəcibə xanım oğluna atasının adını verir – Sa-
qib. Onun ilk nikahından olan oğlu, Nəcibə xanımın oğulluğu
əvvəlcə atasını bu qadınla görməyi qəbul edə bilmir. Sonra...
Fuad Əsədovun özü indi 70 yaşlarında nurani bir ağsaq-
qaldır, o vaxt isə 11 yaşı varmiş: “Məni Gəncədə nənəmlə-babam
saxlayıb böyüdüblər. Nəcibə xanımı tanıyanda ağlı kəsən uşaq
idim, onu ana kimi qəbul edə bilmədim, amma inanın səmimiyyə-
timə, sonralar əsl ana sevgisini onda gördüm və mən də özümdə
onu hiss etdim. Saqiblə aramızda ögeylik olmadı, bu onun qoy-
duğu özül idi.
Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var.
Özü ilə hər yerə məni aparardı, Saqibə deyirdi, gələn dəfə səni
apararam”.
Fuad Əsədovun xanımı da bu yerdə söhbətə qoşulur: “Çox
gözəl qadın olmasından iki qat artıq gözəl insan idi, yaxşı, ana, qa-
yınana olması da, yaxşı insan olmasından qaynaqlanırdı. Bizimlə
olmurdu, bizə hər gəlişində mənə bir brilliant komplekt gətirərdi.