161
Epiloq:
Balaca qızcığaz ağzını açıb yeməyini yemək istəmir. Anası
deyir ki, yeməyini yeməsən Ələkbər əmi bizə gəlməyəcək. Axı, o
gün tamaşada sənə dedi ki, yeməyini ye, bir gün sizə gəlib anan-
dan soruşacam, yemisən, ya yox. Qız dərhal ağzını açıb həvəslə ye-
məyə başlayır.
Yeganə bala
Bakıda əslən Gəncədən olan Adıgözəl adlı bir kişi yaşayırdı.
Xanımının adı Yaqut, yeganə övladlarını adı Ələkbər idi. Adıgözəl
kişi Bakı dəmir yolunda maşinist işləyirdi. Cavanlığında ixtisasca
həkim Yaqutun xəstəsi olmuşdu, soyuqdəyməsi canından çıxandan
sonra isə Yaqutun xəstəsinə çevrilmişdi. Onun üçün oxuduğu “Hə-
kim qız” mahnısının sehrinə düşən Yaqut Adıgözələ necə vurul-
muşdusa bu məhəbbət evliliklə nəticələnmişdi.
1983-cü ildə-onda artıq Ələkbər də böyük oğlan idi-Adıgözəl
kişini Binəqədi şosesini keçəndə “Volqa” markalı avtomobil vurdu.
O vaxtkı Abşeron tərəvəz institutunun direktorunu gəzdirən ma-
şının sürücüsü hər gün onlara gəlir yalvar-yaxar edir, göz yaşları
axıdırdı: “Mənim beş balaca uşağım var. İndi hər şey sizdən
asılıdır. Onları
yetim qoymaq istəmirsinizsə, şikayətçi olmayın”.
Ələkbər o vaxt əsgərlikdə imiş. Atasının başına gələni
eşidən-
dən sonra icazə alıb evə gəlmişdi. Ələkbərin ürəyi dözməyib: “Ay
ana, yazıqdır. Hər bir adamın başına gələ bilər. Onsuz da onu tut-
durmaqla ata sağalan deyil”. Beləliklə anasını razı salıb şikayət
etməkdən çəkindirir.
163
zadə və dilənçi” tamaşasına çağırdılar. Tamaşa anşlaq keçdi. Mən
hətta unutmuşdum ki, baş rolda oynayan mənim uşağımdır. Ta-
maşaya baxdıqca gülür, ağlayırdım. Onuncu sinfə qədər Ələkbər
bütün diqqətini, gününü, vaxtını dram dərnəyinə sərf etdi. Bir-
birinin ardınca müxtəlif tamaşalarda çıxış etdi. Açığı, istəmirdim
bu yolu tutsun. Onu fikrindən döndərmək, başqa sənət seçməyə
yönəltməyə çalışırdım: “Alik, bax a… Birdən artistliyə meyil salar-
san… Biz atanla səni tamam başqa sahənin adamı görmək
istəyirik.”
Bakıdan Şəkiyə və geri
Taledən isə qaçmaq olmur. Ələkbər özü də bu taleyin ardın-
ca məmnunluqla gedirdi. O, aktyor olmalıydı. Onuncu sinfi qur-
taran kimi sənədlərini İncəsənət İnstitutunun aktyorluq fakültəsinə
verir və daxil olur.
”İnstituta imtahan verəndə mən də qarşıdakı bağda oturub
nəticəni gözləyirdim. Mənimlə yanaşı dayanan, skamyada əyləşən
valideynlər dilənçilərə pul verir, dua eləyirdilər ki, uşaqları yaxşı
qiymət alsın. Mənsə ürəyimdə Allaha yalvarırdım ki, qoy, Ələkbər
daxil olmasın. İstəmirdim o, aktyor olsun. İstəyirdim, texniki elm-
lərə yiyələnsin, alim olsun. Bu fikirlərlə institutun qarşısında məş-
hur aktyorların içəri girdiyini, içəridən çıxdığına baxır və onları ilk
dəfə həyatda gördüyümə görə xoş təəccüb, maraq hissi keçirirdim.
Rasim Balayev, Şəfiqə Məmmədova, Mikayıl Mirzə… Birdən
görürəm, daha bir tanış institutdan çıxıb, sevincdən əllərini havada
yellədə-yellədə mənə doğru gəlir. O anda başa düşdüm ki, Allah
belə məsləhət görür, oğlum aktyor olacaq. Mənim yalvarışlarımın
heç bir əhəmiyyəti yoxdur”.
İxtisas fənnindən imtahan götürən müəllimlər, professorlar
Mehdi Məmmədov, Rza Təhmasib, Ələmdar Quluzadə, Nəsir Sa-
dıqzadə və digər hörmətli pedaqoqlar, sənətkarlar Ələkbərə şeir
dedizdirdikdən, etüd oynadandan, mahnı oxutdurandan, rəqs et-