Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə47/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   43   44   45   46   47   48   49   50   ...   66

 
171 
 
 
 
 
 
Nədənsə  aktyorun  dilindən  eşitdiyim  bu  misralar  onun 
haqqında yazmaq fikrinə düşəndən beynimdə fırlanır.  
Tale  insanın  xarakterindən  asılıdır.  Birincini  əksər  halda 
ikincini, yəni xarakteri müəyyən edir. Xüsusən əgər şəxsiyyətlisən, 
yarınmağı  bacarmırsansa  həyat  sənə  çətin  olacaq,  çox  çətin.  Xa-
rakterinə əks xarakterli insanlar səni hər addımda  əzməyə, sındır-
mağa  çalışacqlar,  sənin  şəxsiyyətin  isə  onların  mənəvi  əzilməsi 
olacaq.   
Hamı biləcək ki, sən sınmadın, əyilmədin, yenilmədin, yıxıl-
madın, bu dünyaya dimdik gəlib elə də getdin. Qiymətləndirməyi 
bacaranlar  tərəfindən  seviləcəksən,  sən  dünyadan  köçəndə 
simalarda  bir təəssüf  ifadəsi  yaranacaq.    İllər  ötəcək, hərdən  yada 
düşəcəksən,  səni  insanlara  misal  çəkəcəklər,  “rəhmətlik  yaxşı  şəx-
siyyət idi” deyəcəklər. O birisinin isə adı çəkiləndə sifətlər əyiləcək, 
hər kəsin daxilindən dilinə gətirmək istəmədiyi bir söyüş keçəcək. 
Ailənin  böyük  övladı  Kamal  olub,  amma  bu  Kamal  yox,  o, 
tez  dünyasını  dəyişib,  sonra  bu  dünyaya  gəlib  və  adını  Kamal 
qoyublar. Bir qardaşı daha vardı.  
İnqilabdan  əvvəl  babasının-Hacı  Məmmədhəsənin  neft  mə-
dənləri olub. Kamal Xudaverdiyevin yaşadığı bina əslində  bütün-
lüklə  onun  ata-baba  mülkü  imiş.    Sovet  hakimiyyəti  qurulandan 
sonra  hər  şey  əllərindən  çıxıb.  Dövlət  o  binada    aktyorun  atasına  
13 kvadrat metrlik mənzil verib.  
Kamal Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. Bir 
il  sonra  atası  dünyasını  dəyişib,    üç  il  sonra  müharibə  başlayıb. 
Yeddinci  sinfə  qədər  gündüz  oxuyub.  Səhər  saat  beşdə  yuxudan 
oyanıb  dəri  sexinə  qaçırmış.  Orda  dəri  təmizləyir,  saat  səkkizdə 
məktəbə  gedərmiş.    Sonradan    orta  təhsilini  6  saylı  fəhlə-gənclər 
məktəbində başa vurub. “Beş ili birtəhər yola verdik, anam işə ge-


 
172 
dirdi.  Mənim  üçün  300  qram  çörək  qoyardı  ki,  yeyib  məktəbə 
gedərəm. Anam gedən kimi o çörəyi yeyir, bir də axşama qədər ac 
qalırdım”.  
 
 
“Fəxri adlı çilingər” 
 
Bu sözü ona dostu , həmkarı Eldəniz Zeynalov deyərmiş. 
Müharibədən sonra Qazaxstana xam torpaqlara işləməyə ge-
dir.  Burdan ora basanoşkalarda getmişdi, buna görə də ora düşən 
kimi  ayaqlarını  don  vurur.  Zillətlə  işləyib  ayaqları  üçün  məlhəm 
alır və özü müalicə edir.  
Qayıdandan sonra 10 il çilingər işləyir. Bütün bu illər ərzində 
ən çox sevdiyi iki məşğuliyyət varmış, biri hər gün Xəzər sahilinə 
gedib  içinin  bütün  dərdlərini  ona  açıb  demək,  biri  də  hər  həftə 
sonu teatra getmək.  Bileti də həftənin əvvəlindən alırmış.  
Yenilikçi  ruhlu  60-cıların  nümayəndəsi  bu  münvalla  İncəsə-
nət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunur. Daha doğrusu 
birinci  il  rus  dili  imtahanından  keçmir.  İkinci  il  bir  də  ondan  im-
tahan  götürən  Adil  İsgəndərov  soruşur  ki,  axı  sən  ötən  il  qəbul 
olunmalı idin, mən səni xatırlayıram. Kamal Xudaverdiyev rus di-
lindən kəsildiyini deyir.  
Adil İsgəndərovun kursunda təhsil alır. Onun sevimli tələbə-
lərindən  olur.  Qüdrətli  sənətkarlar  Mehdi  Məmmədovdan  və  Rza 
Təhmasibdən də  ixtisas təhsili alır.  
1965-ci  ildə  ali  təhsilini  başa  vuran  Kamal  Xudaverdiyev 
Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun tək-
lifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Raul. “Orlean 
qızı”,  Fridrix  Şiller,  Fərman.  “Yalan”,  Sabit  Rəhman,  Murov. 
“Günahsız müqəssirlər” Aleksandr Ostrovski, Lətif. “Söz yarası” 
Qeybulla  Rəsulov,  Demetr.  “Antoni  və  Kleopatra”  Vilyam 
Şekspir, Aslan. “Kəndçi qızı”, Mirzə İbrahimov, Laert. “Hamlet”, 
Vilyam  Şekspir,  Ədalət.  “Məhv  olmuş  gündəliklər”,  İlyas 
Əfəndiyev, 
Tahirov. 
“Ümid”, 
Maqsud 
İbrahimbəyov. 


 
173 
Loğman.  “Yollara iz  düşür”, Bəxtiyar Vahabzadə,  Sezar.  “Kölgə-
lərin  oyunu”,  Yuri  Edlis,    Hüseynov.    “Qızıl  teşt”,  Seyran  Sə-
xavət,  Kral  Lir.  “Kral  Lir”,  Vilyam  Şekspir,  Süpürgəçi.  “Ah,  Pa-
ris...  Paris!..”,  Elçin,  Şah  Edip.  “Şah  Edip”,  Sofokl,  Çingizxan. 
“Sokratı anma gecəsi”. Çingiz Aytmatov və Muxtar Şahanov, İz-
zət  paşa.  “Ulduz,  yaxud  Ədirnə  fəthi”,  Cəfər  Cabbarlı. 
Salman  Tahirov.  “Cəzasız  günah”,  Bəxtiyar  Vahabzadə,  Aqşin. 
“Dar  ağacı”,  Bəxtiyar  Vahabzadə,  Dolbanezo.  “Kəllə”,  Nazim 
Hikmət.  Bunlar  dram  teatrında  onun  yaratdığı  obrazların  yalnız 
bir hissəsidir. 
 
 
Şöhrətin yox, sənətin əsiri 
 
Deyirdi, bu sənətə gələndə gərək qazanc məqsədi güdməyə-
sən:    “Dolanışığın  olsa  evlən,  olmasa  ona  da  cəsarət  etmə,  çünki 
fikri  ailənin  dolanışığının  yanında  qalan  adamdan  aktyor  olma-
yacaq”.  
Elçinin  “Ah,  Paris,  Paris”  tamaşasında  yaratdığı  süpürgəçi 
obrazı  tamaşanın  əvvəlindən  sonuna  qədər  səhnədə  olan,  yalnız 
danışmayan,  mimikalarla  yadda  qalan  bir  obraz  idi.  Həmin  rolu 
rejissor  kimə  tapşırmaq  üzərində  çox  düşünüb.  Sonda  teatrın  d-
irektoru “bunu çox böyük aktyor oynamalıdır, ver Kamal Xudaver-
diyevə” deyib.    
İlk çəkildiyi film isə “İstintaq davam edir” filmi idi. Əlisəttar 
Atakişiyrv  baş  rola  -  Çingizov  obrazına  çəkilmək  üçün  xaricdən 
aktyor  dəvət etmək  istəyirmiş Adil İsgəndərov kinostudiyanın  di-
rektoru  kimi  bu  fikrin  əlehinə  çıxıb  və  təkidlə  həmin  rola  Kamal 
Xudaverdiyevi təklif edib.  
Ondan sonra da aktyor çox filmlərdə-«Azərbaycanfilm» kino-
studiyasında  «Sonuncu  müsahibə»  (Həsənov),  «Dağlarda  döyüş» 
(Rüstəmov),  «Nəsimi»  (Yusif),  «Abşeron»  (Əli),  «Üzü  küləyə» 
(Kombinat  müdiri),  «Adanı  özünlə  apara  bilməzsən» (Ata),  «Otel-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə