157
Hüsnü-camalı ilə Miranşahı valeh edən Şəms
1949-cu ildə köhnə Bakının sıx məhəllələrindən birində, hələ
sakinlərin bir-birinin sevincinə biganə qalmayan, kədərinə şərik
olan gözəl vaxtında bir qız dünyaya gəldi. Adını Almaz qoydular,
Almaz Əsgərova. Yəqin bu ad sizə heç nə demədi. Elə isə bir nağıl
danışım.
Biri vardı, biri yox idi, Bakının yüzlərlə, minlərlə gözəlləri
arasında bir qız da vardı. Bu qız istər zahiri görkəminə, istərsə də
təbiətinə görə bütün başqa qızlardan fərqlənirdi. Həm də çox
istedadlı idi. Bu istedad onu Ə. Əzimzadə adına rəssamlıq məktə-
binə gətirdi. Gözəl
rəsmlər çəkirdi, müəllimləri onun böyük rəssam
olacağına şübhə etmirdilər. Bir gün heç kimin gözləmədiyi halda
bu qız rəssamlıq məktəbini atıb sənədlərini Azərbaycan Dövlət
Universitetinin tarix fakültəsinə verdi və qəbul olundu. Nədənsə
burda da özünü tapa bilmədi, amma bir oğlanla tanış oldu və bu
tanışlıq onun taleyini müəyyən etdi. Nağılımızın ikinci qəhrəmanın
adı Azərdir, soyadı Süleymanov.
Adil İsgəndərov onu Xuraman obrazı üçün hazırlayırdı
Azər Süleymanov Moskvada kinorejissorluğu bitirib Bakıya
qayıtmışdı. Təsadüfən tanış olduğu birinci qəhrəmanımız Almaza
aktrisa olmağı o məsləhət görür. Deyir, səni kinofilmlərdə görü-
rəm. Bu məsləhətlə Almaz mənsəbindən çıxıb dağa-daşa atılan çay
kimi elə bir məcrasına tuş gəlir. Həm də sevdiyi adamla sevdiyi
peşə eyni vaxtda onun həyatına daxil olur. Kinostudiyada Adil
159
“Bəs, nə deyim, məni sənsiz görəndə?..”
Almaz dost-tanışdan, qohum-əqrəbadan, sevimli insanından
olduğu kimi, sevimli sənətindən də ayrılıb iç dünyasına çəkilir. O
dünyasına ki Azərdən qeyrisinin daxil olması mümkün deyildi.
Kinodan ayrılıb ki, Azərsiz kimsə mənə başqa
gözlə baxmaq fikrinə
düşər. Milli Dram Teatrına dəvət ediblər, “Mən sənətdən getmi-
şəm”, - deyə cavab verib. Qapalı həyatı isə onu məhvə sürükləyir.
Elə bil bilə-bilə məhvə doğru gedib. Azərinə qovuşmağın yeganə
yolunu könüllü seçib. 11 ayın içində amansız xəstəliyə düçar olan
Almaz Əsgərovanın gözləri 1988-ci ilin qızmar avqustunda dünya-
ya əbədi qapanır. Qapanır ki, Azərli dünyaya açılsın.
Biri vardı, biri yoxudu, bir qız vardı…Bu qız bütün həmya-
şıdlarından həm zahiri görkəminə, həm də təbiətinə görə seçilərdi.
Ölümü ilə də seçildi…