153
olanda da, olmayanda da, əslində bu bir mənəvi ehtiyac idi. O özü
heç yerə, heç kimin görüşünə getməzdi, onu görmək istəyənlər və
ya getməyə başqa yeri olmayanlar da gəlirdi bu hücrəyə. Hamıya
xoş üz göstərirdi. Əslində bu iş otağı onun əsas evi, mənziliydi, sə-
hər gəlib axşamdan neçə saat keçənəcən burda olurdu.
Teatr haqqında az danışardı, teatra gələn pyesləri müzakirə
etməz, özündən söz salmaz, uzun söhbətləri xoşlamazdı, hərdən
əhvalının yaxşı məqamlarında Şəki xatirələrindən əhvalatlar, mə-
zəli hadisələri yada salardı. Həyatdan yorulmuş adam təsiri
bağışlayırdı, çoxdan heç nəyə təəccüblənmirdi.
Şəkidəki uğurlarına görə Əməkdar İncəsənət Xadimi adına
layiq görülmüşdü, davamı çoxdan olmalıydı, olmamışdı. Üzə vur-
mazdı, amma içində sıxıntı, bəlkə də pərtlik hiss olunurdu, axı
gözü-könlü nə qədər tox olsa da, o da bu mühitin əhatəsində idi.
İçində haqlı sualların baş qaldırması təbii idi.
Amma şikayətlənməyi, istəməyi, qəbullara getməyi bacarmır-
dı. Heç çoxdan onu incidən xəstəliyindən də danışmağı sevməzdi,
yüz altmış, yüz səksən qan təzyiqi ilə işə gəlirdi, elə bil məqsədli
şəkildə ölümünə doğru gedirdi, onun gəlişini sürətləndirirdi. Ətra-
fında olanlar da bunu görürdü, amma o məsləhəti, illah da öyüd-
nəsihəti heç sevmirdi.
Üzeyir Hacıbəyov rolunda - Anarın “Uzun ömrün akkord-
ları” filmində görüb yadda saxlamışdılar. Onu tanıyanların və
sevənlərin xatirində Hüseynağa Atakişiyev elə o işıqlı, xeyirxah,
mehriban, məlahətli təbəssümü ilə qalır”.
Ömrü boyu katibəsi olmadı,
qapısının üstündə bədii rəhbər yazdırmadı
Sərvər Əliyev (Gənclər Teatrının aktyoru, indi Gənc Tama-
şaçılar Teatrında çalışır): “Qara qutu” tamaşasının birinci hissəsini
tam hazırlamışdı. Bu onun yaradıcılığında ilk dəfə təsadüf olunan
bir hal idi, əsasən o tamaşanın skeletini hazırlayırdı, sonra ona can
154
verirdi. Bu dəfə isə martın 28-i idi, dedi ki, birinci hissə hazırdır,
uşaqlar bir az istirahət etsin, sonra ikinci hissəni qurarıq. Məşqdən
sonra yemək yeməyə hazırlaşırdıq, dedi ki, göyərti al gətir, o, yaz-
qabağı göyərti ilə atlamanı xoşlayardı. Göyərtini doğramağım xo-
şuna gəlmədi, aldı əlimdən başladı özü doğramağa.
Birdən elə bıçaq əlində dedi, əlim işləmir, oturdu stula, de-
dim, o biri əlini qaldır görüm, cəhd etdi o əli də qalxmadı. Həsən
müəllimə dedim ki, təcili yardım çağır, müəllim dedi, lazım deyil,
biz yenə çağırdıq. Apardılar, Həsən müəllim onunla getdi, mən
aktyorlarla Gənc Tamaşaçılar Teatrına, oranın səhnəsini icarəyə
götürüb Əli Əmirlinin “Kişi və qadın” əsərinin tamaşasını oynayır-
dıq. Onu çatan kimi reanimasiyaya aparmışdılar. Tamaşanı oy-
nadıq, Nəsibə xanım (sonuncu həyat yoldaşı-R.Q.) səhnədə olmalı
idi və tamaşanı bitirincəyə qədər ona bildirmədik.
Çox böyük şəxsiyyət idi, ömrü boyu yalnız başını aşağı salıb
işi, sevdiyi sənəti ilə məşğul oldu. Bizə deyirdi ki, siyasətimiz sənə-
timizdir, başını aşağı sal işini gör, hər şey yaxşı olacaq. Adama bö-
yük ümidlər verərdi, amma gəlişigözəl sözlər, vədlər verməyi xoş-
lamazdı.
Bir əsəri tamaşaya qoymazdan əvvəl kollektivlə uzun müza-
kirələr aparardı, hamı həmin mövzunu artıq həzm edəndə məşq-
lərə başlayardı, qalırdı sadəcə mizan vermək. Gözəl insan idi, ha-
mının kədərinə öz kədəri kimi baxardı. Bir dəfə Həsən müəllim
danışdı ki, bir həmyerlisi ilə rastlaşıb. Kişi ona danışıb ki, oğlugilə
gedib, gəlin qapını açmayıb. Müəllimin gözləri doldu, həmin ada-
mı tapdırıb onu dinlədi, dərdinə şərik oldu. Sonra da o mövzuda
“Axırı sakitlikdir” adlı bir tamaşa qoydu ortaya, ssenarisini də El-
çin Hüseynbəyliyə həvalə etmişdi.
27 mart teatrımızın 18 yaşı tamam olurdu, ona çox təntənəli
hazırlıq gördü, elə bil hiss etmişdi. Elə bil özünə vida mərasimi
keçirdi. Ayşad iştirak etmədi, dedi, yorulmuşam, ona da zəng elədi
ki, niyə burda yoxsan. İnsanlığı sənətindən də yüksək idi, hamıya
yaxşılıq edirdi.
Onun otağının qapısına nə direktor, nə bədii rəhbər yazıldı.
155
Ömrü boyu katibəsi olmadı, qapısı hamının, onu deyib gələnlərin
üzünə açıqdı, dərdlərin paylaşanların otağıydı. Bir dəfə bir nəfər
gəldi ki, bir sinifdə oxumuşuq, müəllim onu dinlədi, maddi kömək
göstərdi, o, gedəndən sonra dedi ki, tanımıram, sinif yoldaşım-filan
deyil, insandır də”.
Kəlbətinli rejissor
Bir dəfə hansısa tamaşasının premyerası idi, teatrın binasında
xətlərdə nasazlıq ucundan işıqlar sönmüşdü. Hamı düşünürdü ki,
premyeranın taleyi necə olacaq. Tamaşanın başlanmasına sanılı
dəqiqələr qalmış işıqlar yandı, bir də gördüm ki, Hüseynağa Ataki-
şiyev əlində kəlbətin foyedən keçir, xətti bərpa edib, indi də tama-
şanı başlamaq üçün pərdə arxasına keçir. Məni görüb gülümsün-
dü: “Həmişə də sən gələndə fövqəladə hal baş verir”. Belə deyildi.
O binada elə vəziyyətlər çox olurdu, o zülmlə, üstəlik də icarə
haqqı ödəyib teatrı yaşadırdı.
Tez-tez yolumuz bir düşərdi, “Xalqlar dostluğu” metro stan-
siyasından “Sahil” metrosuna qədər bir yerdə gələrdik. Maraqlı
söhbətlər edirdi, ömrü boyu kasıbçılıqla yaşayan bu insanda çox
böyük daxili zənginlik vardı.
“Hamlet” tamaşasını tənqid etmişdim, ətrafından mənə me-
sajlar gəldi, düşündüm ki, yəqin Hüseynağa müəllim bir daha üzü-
mə baxmaz. Bir gün yeni tamaşasına getdim. Həmişə olduğu kimi
gülərüzlə qarşıladı məni, üstəlik, “sağ ol ki, bizi diqqətdən kənarda
qoymursan”, -dedi.
Üç dəfə ailə qurub, üçü də...
Nə bilək, uğurlu, ya uğursuz, yalnız özü bilib. Bu adamı üç
dəfə evlənməyə nə vadar etdi, bilən olmadı, o sirr onunla qəbir
evinə getdi. 2006-ci ilin aprelin 9-da həyatından artıq sevdiyi-teatr-
dan-həyatdan köçdü. Çox az sənətkarlardandır ki, ətrafındakı hər
kəsin həyatında yeri görünür.
Dostları ilə paylaş: |