164
dirdikdən sonra onun aktyor olacağına tam əmin, arxayın olmuş,
hamı ona “əla” qiymət yazmışdı. İnstitutda ixtisasdan ona Nəsir
Sadıqzadə dərs deyirdi.
Təhsilini başa vurandan sonra Ələkbər Hüseynov təyinatla
Şəki Teatrına yollanır. 1982-ci ildə bir il hərbi xidmət keçəndən son-
ra yenə öz işinə qayıtdı. 1987-də onlar Şəkidən Bakıya döndülər.
Ələkbər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında
işləməyə başladı.
O vaxtdan Ələkbər əminin sənət yolu başladı desək, qəbahət
etmiş olmarıq. Oynadığı rollar, rejissor kimi hazırladığı tamaşalar
bir yana... Balacaların “Ələkbər əmi”si böyüklərin də yaddaşında
məhz Kukla Teatrından başladığı yolla qaldı.
Lap ilk gəncliyindən, o vaxtlardan ki, özü uşaqlığa təzəcə
əlvida deyib gəncliyinin ilk sevgi deyilən günlərini yaşayırdı.
Əminin sevgi tarixçəsi
Afaq Hüseynova (həyat yoldaşı):
“İlk baxışdan xoşuma gəlmədi. Analarımız bir yerdə işlə-
yirdilər. Anası məni xoşlamışdı və anamla qərarlaşmışdılar ki, bi-
zi görüşdürsünlər. Bir axşam Yaqut xala ilə bir qarayanız oğlan
gəldi evimizə, boyu ortadan bir az hündür, qalın, qıvrım, qapqara
saçlarını arxaya vermişdi. Nəyə görə birinci görüşdə xoşuma
gəlmədi, bilmirəm. Amma ikinci görüşdə... Mən konservatoriyada
(indiki Bakı Musiqi Akademiyası) oxuyurdum. Dərsdən çıxanda
gördüm o gün anamın rəfiqəsi ilə bizə gələn oğlan dayanıb məni
gözləyir. Üzündə elə xoş ifadə var ki, sanki biz bir-birimizlə bir
dəfə yox, dəfələrlə, ömrüboyu görüşmüşük. Onun bu ovqatı beş
dəqiqədən sonra mənə keçdi.
Sən demə,
evdə görüşəndə hər ikimiz
sıxılırmışıq. İndi isə Ələkbər sıxıntını aradan qaldırıb danışmağa
başladı, özü də nə başladı… Heç özümdən xəbərim olmadan bir də
gördüm, qəşş eləyib gülürəm. O qədər maraqlı, məzəli, mənim
üçün yeni olan söhbətlər edirdi ki, bütün varlığımla ona diqqət
166
cəlməyə getdi. Hər şey yaxşı idi, yaradıcılıqda da, həyatda da işləri
əla gedirdi. Amma həmin ilin sonlarında…
“Hepatit C” diaqnozu
Günü-gündən rəngi saralırdı. Gözlərinin içində də sarılıq
əmələ gəlmişdi. Yoldaşı onu məcbur həkimə aparır. Ciddi yoxla-
madan sonra məlum olur ki, onda “Hepatit C” adlı virus var. Nə
özü, nə də yaxınları buna inanmadı. Buna kim inanmaq istəyərdi
ki… Fərqli yerlərdə təkrar analizlər eyni nəticəni diktə edir.
2004-cü ildə Moskvada məşhur xəstəxanalardan birində yenə
həmin diaqnoz təsdiqləndi. Bu virus yalnız qanla keçə bilərdi.
Ələkbər özü üçün müəyyən edə bilmirdi ki, harda bu virusa yo-
luxub? Ailədə hamı susqunluq keçirirdi. Moskva həkimi diş di-
bindən şübhələndiyini deyir. Onda Ələkbərin yadına düşür ki,
2002-ci ildə Paris səfərindən əvvəl dişini çıxartdırmışdı. İki il
ərzində virus bədəndə öz işini görübmüş. Artıq qara ciyəri şişmə-
yə başlamışdı.
Ana, mən öləcəm…
Yaqut Hüseynova:
“Təzə ev almışdıq, beşinci mərtəbədə. Ələkbərin əl qabiliy-
yəti yaxşı olduğundan çardağı qəşəng düzəldib, yerə metlax dö-
şəyib, oranı səliqəli iş otağına çevirmişdi. İndi də ora iş otağıdır.
Amma çox zaman boş qalır. Ələkbər internetdə maraqlı nəsə oxu-
yanda oradan bizi çağırardı. İndi də bizə elə gəlir ki, hansısa hadisə
ilə əlaqədar, yaxud maraqlı bir xəbər, ya da çox gülməli lətifə tapıb
bizi yuxarı çağıracaq. Bu onun adəti idi. Evdə olanda internetə gi-
rər, maraqlı məlumatlarla tanış olardı. Bir gün eşitdim məni çağırır.
Qalxdım onun yanına. İnternetdə “Hepatit C” səhifəsini açıb ya-
vaşca mənə dedi: