Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə38/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

 
139 
müxtəlif  səpgili  obrazlar  yaradıb.  Həmin  illərdə  ondan  soruşurlar 
ki, bu illər ərzində teatrsız necə qala bilirsiniz? Cavabında “Dişimi-
dişimə  sıxıb  dözürəm”  deyir.  Kərbəlayi  İsmayıl  kimi  ötkəm, 
Kamilov kimi kövrək və sadəlövh, gülsatan qıza valeh olan şişman 
alman  məmuru  kimi  obrazların  yaradıcısı  həm  də,  1937-ci  ildən 
ömrünün sonuna qədər İncəsənət İnstitutunda dərs deyib.  
 
 
Kərbəlayiyə verilən mükafat Qəmloya çatıb 
 
Adil  İsgəndərov  tez-tez  əyalət  teatrlarına  gedərmiş.  Aktyor 
Məlik Dadaşov onun belə səyahətlərindən birinin tapıntısı idi. Söh-
bət Məlik Dadaşovdan düşmüşkən, “Axırıncı aşırım” filminin Tbi-
lisidə  nümayişdən  sonra  baş  rolun  –  Kərbəlayi  İsmayıl  obrazının 
ifaçısı mükafata layiq görülür. Adil İsgəndərov mükafatdan imtina 
edir, böyük ürəklə həmin mükafatı Qəmloya - Məlik Dadaşova ver-
məyi məsləhət görür.  
Onunla  işləyən  aktyorların  ailə  vəziyyəti,  sosial  həyatı  ilə 
həmişə  maraqlanarmış.  O  dövrdə  çətin  vəziyyətdə  yaşayan  evsiz-
eşiksiz xeyli aktyor Adil İsgəndərovun köməkliyi ilə ev alıb. Mər-
hum  sənətkar  Şahmar  Ələkbərov  sağlığında  həmişə  Adil  İsgən-
dərovun onu ev-eşik sahibi etməyindən danışardı. 
Onun üçün sənət şəxsi münasibətlərin fövqündə olub 
Hanı  indi  elə  sənətkar  ki,  sənəti  ambisiyalarından  üstün 
tutsun... 
Bu  qayğıkeş  insan  şəxsi  münasibətlərlə  sənət  müəyyən  et-
məzmiş.  Bir  dəfə  xalq  artisti  Rza  Əfqanlı  ilə  pərtləşirlər.  Bir  neçə 
gün sonra Hüseyn Cavidin “Şeyx Sənan” əsərini tamaşaya qoymaq 
üçün  rol  bölgüsünə  başlayan  Adil  İsgəndərov  baş  rolu  Rza 
Əfqanlıya  həvalə  edir.  Öz  dostları  rejissoru  qınayır,  etiraz  edirlər 
ki,  sənin  üzünə  ağ  olan  adama  niyə  baş  rol  verirsən?  Cavab  verir 
ki, qada, mən o obrazda yalnız onu görürəm. Milli Dram Teatrının 
o  vaxtlarını  görən  qocaman  sənətkarlardan  eşitmişik  ki,  teatrda 
hələ  “Şeyx  Sənan”  tamaşasının  baxışı  kimi  baxış  olmayıb.  Bütün 


 
140 
zal  dolu  olub,  tamaşa  10  gün  anşlaqla  keçib.  Kollektiv  təkcə  o 
tamaşa ilə Tiflisdə 40 gün qastrolda olub. 
 “Otello” tamaşasında da baş rolu Ələsgər Ələkbərova verən-
də onunla qanlı bıçaq imiş. Bu tamaşadan sonra məşhurlaşan Ələs-
gər  Ələkbərov  düşmən  olduğu  Adil  İsgəndərov  haqqında  “On 
sozdal menya” – deyirmiş. 
 
 
Hələ sovet vaxtı ermənini kinostudiyadan qovub 
 
Tələbəsi  Əbdül  Mahmudbəyovu  dinləyək:  “Moskvada  mə-
nimlə  birgə  bir  erməni  təhsil  alırdı.  Azərbaycan  dilini  də  gözəl 
bilirdi  və  təhsilimizin  sonunda  bu  erməninin  ssenarisi  ilə  bir  film 
çəkmək qərarına gəldim. O vaxtlar “Azərbaycanfilm”ə Adil müəl-
lim  rəhbərlik  edirdi.  Gəldim  yanına,  çox  sevindi,  çünki  onun  ye-
tirməsi  idim.  Görüşdük,  söhbət  etdik,  vaxt  yetişdi,  Adil  müəllim 
ssenarini açdı ki, baxsın. Bir də gördüm kişinin rəngi ağardı, oxu-
yub  ki,  rejissor  Əbdül,  ssenari  Akopyan.  Akopyan  da  yanımız-
dadır,  qayıtdı  ki,  qada,  bu  ermənidir?  Dedim,  bəli,  amma  Bakıda 
doğulub.  Qada,  cəhənnəmə  doğulub,  bəs  sən  bu  gədəni  bura  gə-
tirəndə görmədin ki, girişdə “Azərbaycanfilm” yazılıb? Üzünü tu-
tub  Akopyana,  qayıtdı  ki,  dur  tərpən  Sabunçu  vağzalına,  min  qa-
tara birbaşa “Ermənifilmə” get. Sonra da mənə xəbərdarlıq etdi ki, 
bir daha belə qələt etməyim.” 
 
 
İkinci Fəxri Xiyabanın ilk fəxri sakini  
 
Kamal  Xudaverdiyevin  xatirələrindən:  “  Adil  müəllim  kurs 
rəhbərim olub. Biz sənətin əlifbasını Adil İsgəndərovdan öyrəndik. 
Mənim  ilk  filmə  çəkilməyimin  də  səbəbkarı  o  oldu.  “İstintaq” 
filmində kənardan aktyor dəvət olunmuş bir obraza məni məsləhət 
görmüşdü.  Bunu  yalnız  mənim  üçün  etməmişdi,  Rasim,  Şahmar, 
ümumiyyətlə  o  dövrdə  üzə  çıxan  bütün  aktyorlar  onun  tapıntısı 


 
141 
idi.  Filmlərə  kənardan  aktyor  dəvət  olunmasının  qarşısını  alıb,  öz 
aktyorlarımızı tanıtdı. Sübut etdi ki, bizdə də bacarıqlı gənclər var. 
Bir rejissor onu eşitmək istəmirdi, Adil müəllim ondan soruşdu ki, 
niyə  özümüzünkülərlə  işləmirsən?  Cavab  verdi  ki,  mən  özümü-
zünkülərlə  işləyə  bilmirəm.  Dedi,  qada,  onda  mən  kənardan  re-
jissor  çağıraram  bizim  aktyorlarla  işləyər.  15  aktyor  dəvət  etmək-
dənsə,  bir  rejissor  dəvət  etmək  daha  sərfəlidir.  Adil  müəllimdən 
sonra elə kişi görməmişik. O, tamam başqa kişi idi. İnandırıram sizi 
onu laqeyidlik məhv etdi.  
Teatrın  100  illiyində  məndən  qabaqda  oturmuşdu,  onun 
hansı hisləri keçirdiyi mənim içimə süzüldü. Teatrda can qoymuş, 
özül  qoymuş  bu  adamı  bir  kimsə  yada  salmadı.  Kişi  içində 
qovruldu. Demədilər ki, 100 illiyə teatrı bu kişi gətirib. “ 
Belə  laqeydliklər  insan  ömrünü  qısaldan  başlıca  amillər-
dəndir. Əgər o, insan sənətkardırsa, deməli ömrü çox, lap çox qısa 
olacaq...  1978-ci  ilin  sentyabrında  Tanrının  Adil  İsgəndərova  ver-
diyi o qısacıq vaxt sona çatdı. Həmin gün “dahi Sovet rəhbəri” L.İ. 
Brejnev  Bakıya  növbəti  rəsmi  səfərə  gəlibmiş.  Sənətkarı  rəhbərin 
gəlişindən  yaranan  bayram  əhval-ruhiyyəsi  pozulmasın  deyə, 
gizlin-gizlin axşamın qaranlığında divar dibi ilə aparıb indiki İkinci 
Fəxri  Xiyabanda  səssiz-səmirsiz  torpağa  tapşırıblar.  Adil  İsgən-
dərov  Zaqafqaziyanın  ilk  SSRİ  xalq  artisti,  həm  də  o  məzarlıqda 
uyuyan ilk SSRİ xalq artistidir. 


 
142 
Q
Q
Q
a
a
a
y
y
y
ı
ı
ı
n
n
n
a
a
a
n
n
n
a
a
a
n
n
n
ı
ı
ı
n
n
n
 
 
 
s
s
s
o
o
o
n
n
n
 
 
 
a
a
a
r
r
r
z
z
z
u
u
u
s
s
s
u
u
u
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə