Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında


Quşbaz aktyor, qırılan sevgi



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə34/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   30   31   32   33   34   35   36   37   ...   66

 
124 
Quşbaz aktyor, qırılan sevgi  
 
Bir  gün  fikrində  çəkəcəyi  kinoya  aktyor  seçimi  edə-edə  evə 
gələn  Arif  Babayev  damda  yenə  Ələsgəri  quş  uçuran  görür.  Öz-
özünə düşünür ki, ilahi, necə də Yan Mareyə oxşayır, bu niyə quş 
uçurtmaqla məşğul olur axı? 
Bu  barədə  sonralar  onun  özünə  danışacaqdı,  Ələsgər  də 
həmin  hadisəni  öz  müsahibələrində  qeyd  edəcək,  hələlik  isə  ona 
doğru  atılan  ilk  addımdan  söhbət  gedir.  Arif  Babayev  onu  aşağı, 
yanına çağırır.  
- Sən niyə bir sanballı işlə məşğul olmursan? Özü də ailənin 
ehtiyacı var.  
- İş olsaydı, məşğul olardım.  
- Neft mühəndisi iş tapmır? 
- .... 
- Gəl kinostudiyaya danışarıq.  
Rejissor cavab gözləmədən aralaşır.  
Ələsgər  İbrahimov  səhər  möcüzələrin  yarandığı  yer  zənn 
etdiyi  “Azərbaycanfilm”  kinostudiyasına  gəlir.  Arif  Babayevin 
təklifi ilə onu kinostudiyaya mühəndis kimi işə götürürlər.  
Çox  keçmir  ki,  rejissor  onu  çəkəcəyi  filmə  dəvət  edir.  Arif 
Babayevin "İnsan məskən salır" filmində Ramiz obrazı Ələsgər İb-
rahimovun  kinoda  debütü  olur.  İllər  keçir,  Ələsgər  İbrahimov  
kinoya  çəkilməklə,  kino  sexində  mühəndis  işləməklə  yanaşı  quş-
bazlığından da geri qalmır. Əksinə, bu sahədə bir az da irəli gedib, 
kinostudiyanın damında da göyərçin saxlayır.  
Kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərov onu kino-
da  görüb  bəyənmişdi.  Onu  axşamlar  açdığı  kino  aktyoru  kursuna 
dəvət  etmiş,  bu  yaraşıqlı  oğlanın  yaxşı  aktyor  olacağını  demişdi. 
Ona görə də onun göyərçin saxlamasının əleyhinə çıxan yox idi. Nə 
yazıq ki Ələsgər İbrahimovun aludəçiliyi yalnız quşbazlıq deyildi. 
O,  hər  gün  içirdi.  İçir,  evdə  də,  işdə  də  dama  çıxır  göyərçinlərini 
yemləyir, onlara o qədər istilik, sevgi göstərirdi ki, bunu ondan heç 
bir insan görməmişdi. 


 
125 
Görməmişdi dedim, amma... 
Onun sevdiyi bir qız da vardı. Birlikdə kinostudiyadan çıxır, 
qol-boyun  dənizkənarına  gedərdilər,  bulvara  yox,  dənizin  elə  bir 
yerinə gedərdilər ki, orda bir onlar, bir də dəniz olurdu.  
Qız xahiş edirdi ki, içkidən əl çəksin.  
“Xoşbəxtliyimizə  maneə  olacaq  sənin  bu  ziyanlı  vərdişin  ”- 
deyirdi.  Ələsgər  hər  dəfə  susur,  siqaretə  qullab  vurub  mövzunu 
dəyişməyə  çalışırdı.  İllər  keçdikcə  qızın  səbri  tükənir,  Ələsgər  isə 
nə zərərli vərdişindən əl çəkir, nə də evlənmək barədə bir söz de-
yirdi.  Sevginin  də  insan  həyatı  kimi  dövrləri  var,  elə  bir  dövr 
yetişir  ki,  sevgi  telləri  ailə  bağlılığına  çevrilməlidir,  ya  da...  qırıl-
mağa məhkumdur.  
Ələsgərin  37  yaşı  olanda  sevdiyi  qız  da  artıq  gənclik  yaşına 
əlvida demək dövrünə gəlib çıxır. Səssiz-səmirsiz onu köksünə sı-
xan  oğlana  “mənə  elçi  gəlir,  verirlər  məni”,-deyə  bilmir,  abrına 
sığınır.  
Başını  qaldırıb  üzünü  onun  üzünə  söykəyir,  göz  yaşları 
Ələsgərin  içkinin  təsirindən  od  tutub  yanan  yanaqlarına  süzülür. 
Bəlkə  o  qız  bu  cür  onu  məsələdən  hali  etmək  istəyirmiş  ki,  bəlkə 
sevgilisi ondan niyə ağladığını soruşa... Soruşmur, çox qəribədir ki, 
iki ay sonra sevdiyi qızın barmağında nişan üzüyü görəndə də heç 
nə olmayıbmış kimi hərəkət edir. Susur...susur. 
İnsan  nə  qədər  içinə  qapanar,  insan  nə  qədər  susa  bilər  və 
partlamaz.  Qız  ailə  qurur,  eyni  vaxtda  kinostudiyanın  üstündəki 
göyərçin  hinini  dağıdırlar.  Qonşular  şikayət  edir,  məsələ  məhkə-
məyə  qədər  gedib  çıxır,  ona  görə  rəhbərlik  quşxananın  dağıdıl-
masına qərar verir.  
 
Müəmma dolu həyatın sonu 
 
Ona  qədər  Ələsgər  İbrahimov  “Bizi  dağlarda  axtarın”, 
“Dvorjakın  melodiyası”  ,  “Ömrün  ilk  saatı”,  “Qaraca  qız”,  “Tor-
paq, Dəniz, Od, Səma”, “Yeddi oğul istərəm” filmlərinə çəkilmişdi 


 
126 
... Və artıq çox tanınan, sevilən aktyor idi. Kinostudiyada ona Yan 
Mare, küçədə isə Alen Delon deyirdilər.  
Onu daha çox kinoda sevdirən yeddi oğuldan biri-Zalımoğlu 
olması idi. 
Bu  obrazda  aktyor  hardasa  öz  xarakteri  ilə  baş-başa  qalır. 
Qaradinməz, içinə qapılan. Yalnız at çapmaq məsələsində çətinliklə 
üzləşir.  İçəri  Şəhər  balası  harda  görüb  at  çapmağı.  Çəkilişlərdə  at 
belində onun yerinə dublyor çəkilir və məsələ belə həll olunur.  
Ələsgər  İbrahimov  mərd  adam  idi,  tikəsini  dostla,  yoldaşla 
bölərmiş.  Kimsəyə  qüruruna  toxunmağa  icazə  verməzmiş.  Quş 
damının  uçurdulmasını  heç  cür  uda  bilmirdi.  Buna  görə  kinostu-
diyada bəzilərinin çənəsini də sındırmaqdan çəkinməyib.  
Yersiz  zarafatı  da  götürməzmiş,  bir  sözlə  həyatda  da  elə 
kinolardakı obrazlarındakı kimi ciddi adam olub. Heç kim heç vaxt 
bilməyib ki, Ələsgər niyə bu qədər içinə qapanır, niyə sevdiyi qıza 
sahib  çıxmadı,  niyə  çox  içir?  Niyə?  Niyə?  İndiyə  qədər  də  bu 
niyələr onu müşayiət edir. 
Yazını  hazırlamaq  üçün  söhbət  etməyə  onun  bir  doğma 
adamını  tapmadıq.  Axı,  tərcümeyi-halına  görə  bir  qardaşı  olmalı 
idi, sağdır, yoxsa...? Bilmədik. 
Onun ölümü barədə də yadlar, uzaqdan-yaxından tanıyanlar 
danışdı. 
Sevdiyi  qızı  və  göyərçinlərini  itirəndən  sonra  Ələsgər  daha 
çox özünə qapanır və araq butulkasına daha çox bağlanır. Saatlarla 
mənzilindən  çıxmır,  bəzən  günlərlə  onu  axtarıb  bağlı  qapı  arxa-
sında boş araq butulkalarının arasında yatmış vəziyyətdə tapırlar. 
Belə  həyat  nəhayət  ki  öz  sonluğuna  qovuşur.  Çox  ağır,  sağalmaz 
xəstəliyə düçar olur, el arasında deyildiyi kimi pis xəstəliyə.  
Belə  adamın  ətrafında  dost-tanış  qalmır  adətən.  Ələsgər 
İbrahimov  da  həyatla  tənhalıqda  vidalaşmalı  olur.  Onunla  yaxın 
olduğu  deyilən  kəslərdən  soruşduq,  nə  kimsə  onun  dəfnində 
iştirak edib, nə də harda dəfn olunduğunu bilən var. 
Heç  yas  mərasimi  keçirən  də  olmayıb.  Bircə  ölümü  barədə 
eşidəndən  sonra  onun  məzarı  üstünə  həmin  qız  gedirmiş,  sevdiyi 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə