129
Epiloq
Çiskinli oktyabr günündə, köhnə Bakı kəndi Buzovnada bir
qız dünyaya gəlir. Gəlişi ilə bəlkə də heç kimə sevinc bəxş etmə-
dən, arzu olunmadan. Bəlkə də o vaxt bu ailə sevinc nə olduğunu
unutmuşdu, yoxsa ailədə ondan başqa iki qız övladı olsa belə, bu
qızın gəlişinə də sevinərdilər. Bəlkə də sevindilər ki, nə yaxşı dün-
yaya oğul gətirmədik, o da ailənin yaxın dostu, bu qızın doğmaca
dayısı Ruhulla Axundov kimi “xalq düşməni” damğası ilə həbs
edilib ilim-ilim itirilərdi.
Ailənin böyüyü, bu qızın atası sənət adamı idi, Haşım
bəy Sa-
qib. Qızcığazın uşaqlığı səksəkə ilə, meşin çəkmələrin səsi onların
kandarında bir də eşidilər deyə, qorxu ilə keçdi. Bir də gördü ki,
Baki Teatr Texnikomunun tələbəsidir, üstəlik, ilk uğurları da var.
Müəlliməsi Fatma Qədri onun oynadığı obrazlara qürurla baxıb
dodaqaltı gülümsəyirdi.
Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teat-
rına işləməyə gedir. Bu taleyin diktəsi idimi, yoxsa zərurətdən do-
ğan təsadüfmü? Kim bilir... Bəlli olan odur ki, sənət taleyi ilə ba-
həm şəxsi həyatı da Gəncə torpağindan pöhrələndi. Gəncə səhnəsi
hələ belə gözəl görməmişdi, hündür, şux qamətli, iri ala gözləri və
çox cazibədar təbəssümü var. Çox keçmədi, Azərbaycan teatr
sənətinə bu gözəlliklə yanaşı, həm də istedadlı bir aktrısanın gəlişi
bəlli oldu - Nəcibə Məlikovanın.