146
yar,
evə öncədən hazırlayıb qoyub getdiyi süfrə arxasına bir yer-
də əyləşərmişlər
.
Oğlu Cahangir dünyaya gələndə də aktrisanın
köməkçisi yoldaşı, kaman ustası Mütəllim olur.
Allah onu mənə çox gördü
Nəsibə xanım xatirələrində deyirdi: “Ailəmiz inam üstündə
qurulmuşdu. Bir-birimizin qədrini bilirdik. Çox səmimi ailəm var-
dı. Bu səmimilik həyat yoldaşımdan gəlirdi. Mən xoş söz eşitmə-
mişdim, atamı tez itirməyim anamı da elə bükmüşdü ki, dilindən
xoş söz eşitməzdin. Nə xoş söz eşitdimsə, yoldaşımdan eşitdim.
Allah onu da mənə çox gördü, tez aldı əlimdən. Onu itirəndən
sonra xoş günlərimi də itirdim, əvvəlki pis günlərimi də xatırla-
mağa ondan sonra vaxt tapdım”.
Qiymətləndirilmirdi
Bu sözlərdə bir nisgil də duyulur. Arada ailəsinə başı qa-
rışmış, buna baxmayaraq artıq sənətkar olan Nəsibə Zeynalova
50 illik yubileyi qeyd olunanda heç əməkdar artist də deyildi.
Nəvəsi Nəsibə onun arxiv materiallarından elmi iş yazanda Nəsibə
xanım özü də öz işləri ilə tanış olur. 83 yaşlı sənətkarın yanaqları
boyu yaş axmağa başlayır. “İndi görürəm ki, gözəl sənətkar olmu-
şam, amma qiymətləndirilməmişəm”.
Bəlkə bu sözləri dedirdən yaşın kövrəkliyidir, amma onu da
xatırladır ki, yubileyində tamaşaçılar arasından kimsə söz atıb:
“Bəsdir teleqrama oxudunuz, oxuyun görək hansı fəxri ad verildi
ona”. Yalnız ondan sonra Nəsibə xanım əməkdar artist fəxri adının
dadını görür.
147
Son dəfə səhnəyə çıxmaq istəyirdi
Ömrünün son dövrlərində isə hərtərəfli sevgi, diqqətlə əhatə
olunmasına rəğmən yoldaşını xatırlayıb ağlayırdı. Bir də güclə ad-
dım atdığı ayaqları ilə son dəfə Musiqili Komediya Teatrının səh-
nəsinə çıxmaq ən böyük arzusu idi. Son dəfə hər hansı bir rol oy-
namaq. Görünür, bu ömrünü səhnədə başa vuran bütün sənətkar-
ların son arzusudur. Nəsibə xanım bu arzusuna qovuşa bilmədi.
Xoşbəxt nikahından dünyaya gələn Cahangir Novruzov da
sənətkar oldu, babasının, atasının, həm də anasının yolunu davam
etdirir. Onun qızı Nəsibə də sənət yollarında addımlayır, amma
ondan əvvəlki nəslin keçdikləri yaradıcılıq yolunun araşdırmaçısı
kimi.
Ondan sonra nə göydən planet düşdü, nə də dünya dağıldı.
Planet düşüb gələcək nəsilləri məhv
edəcəyindən qorxduğu yerdən
yalnız bir ulduz axıb söndü, vəssalam... Zaman-zaman ulduzlar
axıb sönür, qalan hər şey öz yerindədir. Şair demiş “Göy belə göy-
dür, qar isə ağdır”... O qorxulu planet də öz yerində.