75
olmazdı. Filmin bütün natura çəkilişləri Goranboyda Murov dağın
ətəyində, Zeyvə, Qaraçinar, Ağcakənddə keçdi. Onda döyüşlər
təzəcə başa çatmışdı. Biz ora yanvarda ezam
olunduq və çox kəskin
hava şəraitinə baxmayaraq, 15 günə natura çəkilişlərini bitirdik.
Düzdür, təşkilati problemlər vardı. Məsələn, ordu, patron, avtomat
lazım idi, onları çətinliklə əldə edirdik. Amma mənəvi çətinliklər
daha çox idi. Hamımız daxilən çox böyük iztirablar keçirirdik. Xü-
susən də Ceyhun çox əzab çəkirdi. Torpaqlarımızın işğalı ona pis
təsir etmişdi”.
Kənan Məmmədov çəkilişlər zamanı baş verən bəzi hadisə-
ləri də xatırlayır: “Filmdə bir səhnə var – balaca qızın zorlanma
xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin
arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və bu alçaq-
lığı edən ermənini öldürür. Bu səhnəni hərəkətlə çəkirdim. Kamera
maşında idi. Ceyhun ağacların arasında qaçdığı müddətdə maşın
da paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi bir hərəkət etdi
və yıxıldı. Demə, Ceyhun qaçdığı yerdə bir ağacdan o biri ağaca
çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi
bilmirik. Amma təbii ki, əvvəlcədən olunmuşdu. Ceyhun onu son
anda görüb əlilə itələyib yıxılmasaydı, ip boğazını üzərdi. Çox sar-
sıldıq o anda.
Əli kəsilmişdi, həkimə aparıb yardım etdik.
Bir də o səhnədə qaçan zaman çaydan keçir. Qış ayı, dağdan
gələn su, adamın barmağını da kəsirdi. Mən etiraz edirdim ki, o
səhnədə kaskadyor, dubl aktyoru çəkilsin. Amma Ceyhun razı ol-
madı, özü çəkildi. Ondan sonra da təbii ki, özünü pis hiss etdi.
Ümumiyyətlə, bu film Ceyhuna mənən xeyli təsir etdi, ürəyi tap
gətirmədi. Filmi tez hazırlayıb qurtarmaq istəyirdi, tələsirdi elə bil.
Bəlkə də ürəyinə nəsə dammışdı. Amma çox təəssüf ki, tam olaraq
başa çatdıra bilmədi. Filmin qaralama montajı bitəndə Ceyhun rəh-
mətə getdi. Özü də montajı birlikdə edirdik. Mənsiz eləməzdi. De-
yirdi, “sən bütün materialı məndən yaxşı bilirsən...”. Filmin birinci
variantı başa çatandan sonra Ceyhunu itirdik. Nə öz rolunu səslən-
dirə bildi, nə də filmi gördü”.
76
İsmayıl böyüdü və…
Lidiya xanım danışır ki, həyat yoldaşı “Fəryad”ın çəkilişlə-
rindən qayıdanda evdə rahatlıq tapmırdı: “Siqaret çəkir, düşünür,
öz-özünə danışırdı. Erməniləri söyürdü, vəhşidilər deyirdi. Elə bil
bu filmi çəkməklə onlardan, ümumiyyətlə bütün haqsızlıqlardan
hayıf çıxmaq istəyirdi”.
Filmin hazır olub ekranlara çıxmasını həsrətlə gözləyirdi.
Amma “Fəryad” filminin çəkilişlərindən sonra Ceyhun Mirzəyev
mikroinsult keçirdi. İki həftəlik müalicədən sonra yenidən filmin
işlərini davam etdirməyə başladı. Özü də tələsərək... Filmi tez başa
çatdırıb ekranlara çıxarmaq arzusundaydı.
Rayonlar bir-bir işğal olunurdu, vəziyyət gərgin, film ərsəyə
gətirmək zülm. Ceyhun Mirzəyev isə həm vətənini, həm də kinonu
çox sevirdi.
1993-cü il martın 5-də , 47 yaşının tamamına 1 ay qalmış Cey-
hun Mirzəyev telestudiyaya getmişdi. Onun “Fəryad” filmi haq-
qında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşib. Diktor
Hicran Hüseynov onu maşına qoyub evə gətirəndə Ceyhun Mir-
zəyev özündə olmayıb. Yalnız əli ürəyinin üstündə olub. Xanımı
danışır ki, ürəyində güclü ağrı vardı: “Tez uzandırdıq, təcili yar-
dım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayağını isti suya qoydum.
Yenə xeyri olmadı. Bir anlıq gözünü açıb qızımız Cəmiləni çağırdı.
Qızın üzünə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb.
Amma təcili yardım
gəlib dedi ki, bayaqdan canını tapşırıb...”
İsmayılın “Ögey ana”da başlayan həyat yolu “Fəryad”la
beləcə bitdi.
79
O, yayın istisində ictimai nəqliyyatda gənc bir oğlanın qəzəblə
axan göz yaşlarını sildiyini görür. Yaxınlaşıb soruşur ki, heç sənin kimi
gənc də bu şəkildə göz yaşı tökərmi? Gənc oğlan cavab verir ki, əgər üç il
bir ali məktəbdən kəsirlərsə, başsız qalmış bacı-qardaşlarına çörəkpulu qa-
zanmaq üçün iş tapmazsa, əlbəttə, tökər. Soruşanın məşəqqətli uşaqlığı və
gəncliyi düşür yadına. Oğlanı yanına salıb indicə kəsilib çıxdığı ali ocağa
aparır. Onun xahişi ilə gənci həmin ali məktəbin gecə şöbəsinə qəbul edib,
gündüzlər isə elə həmin institutun tələbə yataqxanasında qarovulçu kimi
işə götürürlər.
O vaxtlar sənətkara belə hörmət vardı.
Atasını 1918-də ermənilər qətlə yetirib
Hələ 2 yaşında olanda anasını itirmişdi. 5 yaşında, 1918-ci
ildə atasını ermənilər qətlə yetirib. Atası Qazaxdan, anası Tiflisdən
idi. Atası anasını qaçırtmışdı, sonra isə Tiflisə köçmüşdülər.
1918-ci ildə ermənilər Tiflisdə yaşayan azərbaycanlılara qarşı
soyqırımına başlayanda onlar qaçıb Azərbaycana gəlirlər, amma
bilmirdilər ki, eyni hadisələr Bakıda da cərəyan edir.
O vaxt Əliağanın cəmi beş yaşı vardı. Üç qardaş idilər, çox
çətinliklərlə boya-başa çatdılar.
7-ci sinfi bitirən Əliağa gəmi təmiri zavodunda işə düzəlir ki,
çörək pulu qazansın. Eyni vaxtda zavodun dram dərnəyinə də ya-
zılır.
Elə ilk günlərdən dram dərnəyi rəhbəri onun istedadını sezir.
Oynadığı obrazlar tezliklə zavod kollektivinin, sonra Bakı camaatı-
nın diqqətini çəkir, onlarda maraq yaradır.
Bu minvalla Əliağa hələ çox gənc yaşlarından Gənc Tama-
şaçılar Teatrının truppasına gəlib çıxır.