58
Çox filmlərdə operator kimi çalışıb. “Bir cənub şəhərində”,
“Bizim küçə” filmləri onun kamerası ilə çəkilib. “Bir cənub şəhə-
rində”ni kino aləmində çox vaxt Eldar Quliyevin yox, Rasim Oca-
qovun filmi hesab edirlər. Bəzən heç rejissorla məsləhətləşmədən
çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejis-
sorlar onun işinə qibtə edirdilər. “Əsl dost”, “Bizim küçə”, “Mən
rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti”
filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq
sənətinin ən layiqli nümunələrini yaratdı.
Bir gün Rasim Ocaqov hiss edir ki, onun içində aşıb-daşan
yaradıcılıq istəyi kamera ilə kifayətlənmir. Rejissor kimi film çək-
mək istəyir. Bu arzu ilə M.A.Əliyev adına ADİİ-nun rejissorluq
fakültəsini bitirir. (1977).
Bu yerdə düşünürəm: kim olsaydı deyərdi ki, MÜDKİ-nun
diplomunu alandan sonra nəyimə lazımdır, İncəsənət İnstitutunu
bitirmək?
Amma Rasim Ocaqov həmişə peşəkarlığa xüsusi önəm verib,
üstəlik çox məsuliyyətli insan idi.
İki il kino çəkmək arzusunu həyata keçirə bilməyib, ona film
verməyiblər. Bir gün “Azərbaycanfilm”in rəhbəri onu çağırıb və
deyib ki, sənə Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək
üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan kino üzünə
həsrət qalacaqsan. Beləliklə “Qatır Məmməd” filmi Rasim Ocaqova
həvalə olunur. Rejissor artıq hazır bir filmi “söküb” yenidən “toxu-
yur”. Ayrılan vəsait xərclənib, plyonka işlənib, çəkilən çəkilib. Min
bir əziyyətlə filmi yenidən ərsəyə gətirir. Moskva baxır və film
nümayişə buraxılır.
O vaxtdan Rasim Ocaqovun rejissorluq yolu başlayır. 1973-
cü ildən quruluşçu-rejissor kimi çalışır. “Ad günü”, “Bağlı qapı”,
“İstintaq”, “Onun böyük ürəyi” filmlərini çəkir. “Onun böyük ürə-
yi” filmi Ocaqovun ilk sərbəst işi idi. 1958-ci ildə Bakı kinostudi-
yasında lentə alınmış bu filmdə Rasim Ocaqov həm də özünü psi-
xoloji anların ustası kimi təsdiq etdi. Bu film Sumqayıt metallurq-
larının həyatına həsr olunmuşdu. Filmə baxanda
hiss edirsən ki, bu