234
Uşaqlıq
Biləsuvar rayonun Səmədabad kəndində doğulub, orda da
orta məktəbi bitirib.
Atası dülgər olub, müharibə veteranı imiş, Berlinə qədər ge-
dibmiş. Atasının müharibə barədə xatirələri ilə böyüyüb, deyir o,
müharibədən danışanda söhbətlərindən doymaq olmurdu, çünki
çox səmimi danışardı. Ata həm də dindar adam olub, ibadəti, na-
mazı yerli-yerində.
Anası evdar qadın, ailədə iki qardaş, üç bacı olublar. Onlar
da hamısı ailəlidirlər, burda Bakıda yaşayırlar. Bircə qardaşı ra-
yondadır, müəllimdir. Əslində aktyorluğu qəhrəmanıma o qardaşı
sevdirib, özünün də istedadı var, amma bu gün ona baxıb qürur-
lanmaqla kifayətlənir.
Orta məktəbdə yaxşı oxuyan olmayıb, amma məktəbin gə-
rəkli şagirdi olub, bütün məktəb tədbirlərində ona güvəniblər ki,
şeir deyən, rol oynayan, aparıcılıq edən var.
Bütün kənd uşaqları kimi çilingağac, dirədöymə oynamağına
söz yox, amma ən çox futbol oynayarmış. 8-ci sinifdən başlayaraq
bütün bu maraq və istedadlar keçir arxa plana, çünki məktəbdə
teatr dərnəyi fəaliyyətə başlayır.
“Elə o vaxtlardan da yəqin vurulmuşam bu sənətə. İlk mə-
həbbət kimidir, bilmirsən niyə sevirsən, onu bilsən demək heç
sevmirsən əslində. Bəzi aktyorlar müsahibələrində deyirlər ki, mən
heç aktyor olmaq istəmirdim, təsadüfən gəlmişəm bu sənətə. Mən
həmişə belə aktyorlardan qorxmuşam, çünki belələri gec-tez sənətə
xəyanət edir.”
İlk dəfə onuncu sinifdə oxuyanda inşada aktyor olmaq
istədiyini açıqlayıb. İnşa belə də başlayırmış: “Mən indiyə qədər
kim olacağım barədə çox inşalar yazmışam, amma hamısında
yalan yazmışam, bu dəfə ilk dəfə həqiqəti deyirəm...”
Təsəvvür edin də, kənddə quzu otarmağı bacarmayan, hər
quzu otaranda başı futbol oynamağa qarışdığından bir quzu bada
235
verən kənd uşağı gəlib neçə ilin sənətkarlarının çəkilmək istədiyi
qəhrəman obrazına çəkildi. Uşaqda bəxtə bax e...
Tələbəlik
Orta məktəbi bitirəndən sonra atası ona bir bilet alıb, üstündə
də o vaxtın puluyla 85 manat verib ki, get Bakıya oxu, kim olursan
ol, özün bilərsən, amma adam ol. İmtahanda aktyor sənətindən 4,
4, 5 alıb. Özü də Rza Təhmasibdən. Özü də Sovet vaxtı qadağan
olunmuş bir şairin şeirini deyib qabiliyyət imtahanında. Rza
Təhmasib görünür Tofiq Fikrətin “Siz” şeirini cəsarətlə (qadağan
olunduğundan bixəbər olduğu halda) dediyinə görə onun həm
qabiliyyətinə, həm də elə qalibiyyətinə 5 yazıb. Yazıdan isə kəsilib,
daha doğrusu kəsiblər, şikayəti əsasında onu geri götürüblər,
amma bir il Pedaqoji institutda oxuyandan sonra, çağırıblar ki, gəl,
səni haqsız kəsiblər. Ramiz Novruzov adlı bu tələbə də eləmə
tənbəllik tələbnamə ilə özünü saldırır Adil İsgəndərovun kursuna.
Bunu o vaxt hansı tələbə istəməzdi ki...
Adil İsgəndərovun belə bir ənənəsi olub, tələbələrinə sonda
bir rəy yazarmış. Ramiz Novruzova yazıb ki, sənin əxlaqınla ya-
naşılsa irəli getmək olar, böyük teatrda işləyə bilərsən: “Sən o
adamlardansan ki, ilk görüşdən etibar edib uzaq yola çıxmaq olar”.
General
Təyinatla bir il Sumqayıt teatrında işləyib. Əsgərlikdən sonra
bu teatrda Nəriman Həsənzadənin “Qoy, bütün şərq bilsin” tama-
şasında general Şıxlinskini oynayır. Tamaşaya baxanlar arasında
Hökumə Qurbanova da varmış. Aktrisa tamaşadan sonra deyib ki,
mən yalnız bir söz deyə bilərəm generalı oynayan oğlan yaxşı idi.
Aktyor bundan ürəklənib böyük teatrda işləmək üçün müraciət
edib. Müraciət az sonra qəbul edilib.
236
“Bir on il Akademik teatrda özümü sübut etməklə məşğul
oldum. Yalnız başımı aşağı salıb işləyirdim. Özüm üçün belə bir
xətt tutmuşdum, həmişə orta sıralarda Adil İsgəndərov, Rza Təh-
masib, Mehdi Məmmədov əyləşərdi, onları əsas tutub oynayırdım,
onların xoşuna gəlsin.”
Tanrı hər 10 ildən bir ona bir hədiyyə göndərib. 31 yaşında
Əməkdar artist, 42 yaşında Xalq artisti. Ardıcıl uğurlu rollar da
üstəlik.
Teatrda
Teatrda oynadığı rollar: Nəvvab və İran şəhzadəsi ("Xur-
şidbanu Natəvan", İlyas Əfəndiyev), Mayor Edmund ("Şeyx
Xiyabani", İlyas Əfəndiyev), Bahadur ("Mahnı dağlarda qaldı",
İlyas Əfəndiyev), Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə
vüsalı", İlyas Əfəndiyev), Cəmil ("Bizim qəribə taleyimiz", İlyas
Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas
Əfəndiyev), Seyton ("Maqbet" Uilyam Şekspir), Edmund ("Kral
Lir", Uilyam Şekspir), Kreon ("Medeya", J.Anuy), İbn Yəmin
("İblis", Hüseyn Cavid), Səlim bəy ("Lənkəran xanının vəziri",
Mirzə Fətəli Axundzadə), Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə),
Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə), Toğrul
("Cəzasız günah", Bəxtiyar Vahabzadə), Fərhad ("Sənsiz", Şıxəli
Qurbanov), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Andranik
və Nostradamus ("Hələ "sevirəm"deməmişdilər…", Ramiz Nov-
ruz), Ələs bəy ("Dirilən adam", Mir Cəlal), Qaçaq Süleyman ("Ölü-
ləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Murad ("Xəcalət", Hü-
seynbala Mirələmov), Cəbrayıl ("Teleskop", Elçin), “Yaşlı qadının
gəlişi”( F. Dürrenmat)
Dostları ilə paylaş: |