238
biləsən, həm də nifrət edəsən, axırda sevgi qalib gələcək, əgər, nə
üçün nifrət etdiyini anlasan. Dərk etsən ki, o, elədi bunu, onun sə-
nətkarlığı.
Sevgi və ailə
Həyat yoldaşının adı Xoşavazdır. Məktəb özfəaliyyət kollek-
tivində bir yerdə iştirak ediblər. Qız ondan iki sinif aşağıda oxu-
yurmuş. Gözəl səsi varmış, Ramizin yaratdığı obrazlarla onun ifa
etdiyi mahnılar bir-birini tamamlayırmış. Elə Ramizi
ilk cəlb eləyən
də Xoşavazın şirin avazı olub. “Nazik, şirin səslə “Gilənar” mahnısı
oxuyurdu. Ay gilənar, ay gilənar, bağçamızın göyçək qızı. Elə şirin
alınırdı, başqa kim oxusa mənə elə zövq verməzdi. O gilənar, bu
gilənar, tilsimə düşdüm. Hərdən indi də dodaqaltı oxuyur. Birdən
hiss edir ki, hamımız qulaq asırıq, deyir nədi, iş-gücünüz yoxdu?
Uşaqlarımızdan Şəfəqin də səsi var, arxasınca getmədi. Cavidan isə
getdi səsinin arxasınca.”
Sonralar hər ikisi Bakıda təhsil alanda yenidən tapıblar bir-
birilərini. Xoşavaz musiqi məktəbində təhsil alırmış, Ramiz
Novruzov əhd bağladığı qızı axtarmaq istəyərkən tale özü küçədə
qızı qarşısına çıxardıb ki, bu sənin bəxtindir.
Hər ikisi şoka düşmüş
kimi baxıblar bir-birilərinə. Xoşavaza evdən qəti tapşırıq var ki,
Ramizlə görüşməsin, hətta əmisi oğlu bir dəfə Ramizi bıçaq
davasına da cəlb edib. Bıçaqlanma yüngül sovuşsa da nəticədə qızı
oğlana vermək istəməyib ailəsi, əmiləri deyib ki, bir-neçə aya
qayıdacaq qız evə-nəticəni belə proqnozlaşdırıblar, amma həmin
evlilik 40 ildir ki, qüvvədədir. Bu evlilikdən üç uşaq, beş nəvə var.
Xoşavaz xanım isə konservatoriyaya gedib musiqi təhsilini davam
etdirməyib, həyatını
ailəsinə, övladlarına həsr edib.
“Uşaqlarımız yaxşı uşaqdılar. İki oğlan, bir qız. Böyük qızı-
mızdır, çox gözəl ingilis dili bilirdi, mən düşünürdüm o sahəyə
gedər, amma böyüyəndə elan verdi ki, mən saç ustası olmaq istə-
yirəm. Razı olmadım, qayınanam köhnə analara məxsus bir ritual
elədi, yaylığını atdı qarşıma ki, qıza icazə ver, öz istədiyi sənətə
239
getsin. İcazə verməli oldum, indi öz sahəsinin peşəkarı, şəhərdə iki
tanınmış ustadan biridir Şəfəq, bizim də baş sponsorumuzdur.
Oğlum Nəriman televiziyalardan birində texniki işdə çalışır, içində
yaradıcı insandır, amma utancaqdır, bir az da məhlə ənənələrinə
sadiqdir, ona görə yaradıcı istiqaməti seçmədi.
Cavidan aktyor olmaq istəyirdi. İncəsənət Universitetini oxu-
duğu müddətdə müğənniliyə yönəldi. Filmə də çəkilib, amma indi
müğənnidir.”
Rejissorluq
Ramiz Novruz özünün rejissor kimi də sınayıb, bir faciə, bir
də komediya qoyub aktyor kimi çalışdığı Milli Akademik Teatrın
səhnəsində. “Hələ sevirəm deməmişdilər” özünün yazdığı pyes
əsasında səhnələşdirib, “Silindir” komediyası isə E. De Filipponun-
dur. İkinciyə baxmamışam deyə bir söz deyə bilmirəm, amma
birinci tamaşası o teatrda ən yaxşı tamaşalardandır.
Seriallar
Zəif-güclü, keyfiyyətli - keyfiyyətsiz, bu seriallar da hər nə-
dirsə, sənətkar yolunun bir hissəsidir. İndi çox az film çəkilir, ona
görə də aktyorlar seriallara cəlb olunur. Əvvəl buna getməyən
aktyorlar da sonradan əlacsız halda getməli olur.
Ramiz
Novruzov iki seriala çəkilib, Rövşən İsakla işləyib.
Nə həyatından, nə sənət yolundan narazı adam deyil, əksinə.
Ehtiyacını çəkdiyim bir mənzil idi, onu da prezidentə müraciət
elədim, verdi-deyir.
Həyatında hər şey yerbəyer olub. Görəsən, istədiyi, uğrunda
yaşadığı nə isə varmı?
Təbii ki, bunsuz həyat dayanar: “Yazmaq istədiklərim var...
Bir də tam səmimi deyirəm Azərbaycanı bütöv görmək istəyirəm”.