28
Məktəbə tez gedib, onu gec başa vurdu
Ailənin böyüyü Rasim boyca hündür olsa da çəlimsizin biri
idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma
bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, 5 yaşında
artıq əlifbanı bilir, 6 yaşında heç kimin köməyi olmadan kitab
oxuyurdu. Ona görə də valideynləri qərara gəlirlər ki, Rasimi 6
yaşından məktəbə göndərsinlər. O vaxt qanunla hamı 7 yaşda get-
məli idi məktəbə, onu götürmək istəmədilər. Atasının partiya fəalı
olması işə yarayır bu yerdə.
“Mənim üçün 1-ci sinif çox maraqsız keçdi. Onlar hərfləri,
rəqəmləri
öyrənirdilər hələ, mən bunları çoxdan bilirdim,
üzündən
sərbəst oxuyurdum”.
Həmin il, yəni 1954-cü ildə məktəbə gedənlər üçün təhsil ili
11 il oldu. Tərs kimi, adam bir il irəli düşmək istədi, amma elə
həmyaşıdları ilə eyni ildə qurtardı məktəbi, çünki növbəti il
məktəbə gedənlər yenidən 10 illik təhsillə bitirdilər orta məktəbi.
Məktəb illərində ədəbiyyat müəlliməsi Nabat müəllimənin
sayəsində ədəbiyyatı, sənəti sevdi Rasim:
“Nədənsə mənim şeir deməyim, əsərləri intonasiyalı oxuma-
ğım onun xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə
bölüşdürürdü, aramızda səhnələşdirilmiş kimi oxuyurduq əsəri. O
vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə
rolumu yaxşı oynamağıma kömək edirdi”.
Bir də Rac Kapurun o vaxt bütün Sovetlərə yayılan filmləri
Rasimdə bu sənətə maraq oyatmışdı, bütün günü dostları üçün Rac
Kapurun rollarını oynayardı.
Bir gün xəbər yayıldı ki, Ağsuda “Uzaq sahillərdə” filmi
çəkilir: “10 yaşım vardı. Ağsu aşırımında filmin müəyyən kadrları
çəkiləndə mən də tamaşa edirdim. Nodar Şaşıqoğlunu çox se-
virdim, ürəyim atlanırdı ki, görəsən mən də belə aktyor ola
bilərəmmi? Taleyin işinə bax ki, Kino İttifaqın katibi kimi onu öz
kabinetimdə qəbul etdim, oturub söhbətləşdik”.