KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22)
2017
Komplektləşdirmə üçün cari və perspektiv olan plan (qarşıdakı 3-5 il)
tərtib olunur. Patent və normativ texniki sənədlərin (NTS) və mikroformaların
alınması ancaq cari plan əsasında aparılır. Hazırda kağız
patent sənədləri və
mikroformalar üzrə MDB ölkələri üzrə əsas komplektləşdirmə mənbəyi
«РОСПАТЕНТ» (Rusiya Patent İdarəsi), yəni Rusiya Patent-Poliqrafiya
Müəssisəsi,
MDB
dövlətlərarası
və
xarici
ölkə
standartlarının
komplektləşdirilməsi üzrə əsas mənbə Rusiya «Standart» nəşriyyatıdır. Hər iki
komplektləşdirmə mənbəyi cari ilin noyabr ayından gec olmayaraq kitabça
formasında hazırlanmış prospekti əvvəlcədən verilmiş sifariş əsasında
yerlərə
göndərir. Prospekt «Sifariş blankı» adlanır. Bu prospektlərdə patent və ya
standartın təsnifat indeksinə əsasən neçə nüsxə alınacağı qeyd olunur və
müəssisə rəhbərinin imzası və möhürü ilə təsdiq edilir, müəssisənin bank
hesabı həmin prospektdə yazılır və göndərilir. Patent
üzrə prospekt bir neçə
hissədən ibarətdir: ixtiralar (ölkə, təsnifat indeksi-beynəlxalq ixtira təsnifatı
ilə) sənaye nümunələri, faydalı modellər, patent bülletenləri, fototekalar və s.
Standartlara dair prospektdə standart təsnifatının indeksləri və standartın növü
(MDB standartları, xarici ölkə standartları və İSO standartları), standartlara və
texniki şərtlərə dair rəsmi informasiya bülletenləri göstərilir. M üəssisə ETK-sı
yalnız profil olan təsnifat indekslərini prospektlərdən seçir,
neçə nüsxə
alacağını qeyd edir, təsdiq edir və göndərir. Kitablar və digər dövri nəşrlər
digər tip kitabxanalarda olduğu kimi komplektləşdirilir.
Müəssisə və idarə ETK-ları üçün komplektləşdirilən ədəbiyyatın
nüsxəliliyi aşağıdakı kimidir:
Sahəvi tematikalar üzrə milli dildə nəşr edilmiş ədəbiyyat - 3, xarici
ədəbiyyat -1, əlaqəli (çoxsahəli) və ictimai-siyasi 2. Hər bir oxucu üçün kitab
təminatı idarə ETK-larında - 25-30
adda kitab, müəssisə və konstruktor
bürolarının texniki kitabxanalarında 12-15 adda kitabdır. Müəssisə və idarə
ETK-larının fondlarında mühafizə edilən ədəbiyyat son-13-15 ildə nəşr edilən
ədəbiyyat olmalıdır. Bundan çox olduqda depozitar mühafizəyə verilməlidir.
Depozitar fond funksiyasını əlaqədar sahənin dayaq kitabxanası, əgər yox-
dursa, RETK yerinə yetirir.
Patentlər
depozitar mühafizəyə verilmir,
daimi olaraq ən azı 50 il mühafizə edilir. Standartlar ləğv edildikdə fonddan
çıxarılır, qismən ləğv edildikdə isə yeniləşdirilmiş hissə kəsilib köhnə hissənin
üzərinə yapışdırılır. İnformasiya mərkəzlərinin buraxdıqları nəşrlər, referativ
jurnallar və icmallar istisna olmaqla, 5
il mühafizə edilir, sonra fonddan
çıxarılır. Mühafizə müddəti onların birinci səhifəsində qeyd edildiyi üçün
onları fonddan çıxarmaq asan olur.
E T K fon d u n u n uçotu. Məlum olduğu kimi, kitabxanalarda ilkin
sənədlər inventar və ümumi (summar) uçota alınır.
ETK-larda bu sənədlərə
daxildir: kitablar, kitabçalar, dövri və ardı davam edən nəşrlər, patent
Dostları ilə paylaş: