KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22)
2017
- sitat gətirilən mətnin dəqiqliyinin aydınlaşdırılması (çünki
istənilən
dəyişiklik və ya ixtisar əsərin mənasını təhrif edə bilər).
S itatların tərtib i q ay d aları b u n la rd ır:
- m üəllif sitat gətirən zaman mənbənin bütün xüsusiyyətlərini
(orfoqrafiyalar,
punktuasiyalar,
abzaslar,
şrift
ayırmaları)
saxlamağa
məcburdur. Sitatlarda müəllifin fikirini təhrif edən çıxarışlara
yol vermək
olmaz. Bunun üçün sitatın kontekstini çox diqqətlə öyrənmək lazımdır ki, o,
müəllifin ifadə etdiyi fikri dəqiq verə bilsin);
- sitatın orfoqrafiyası və punktuasiyası cümlənin tərkib hissəsi kimi və
ya birbaşa nitq (danışıq)
kimi tərtib oluna bilər, bu zaman o, dırnaq arasında
verilir və ya başqa (fərqləndirici) şriftlə seçilir. Bu,
nadir hallarda, əsasən
tədris fənlərinin tərtibi zamanı tətbiq olunur.
- m üəllif misal göstərdiyi yad sitatda hər hansı sözü (və ya sözləri)
fərqləndirən zaman mütləq mötərizə içərisində öz şərtini nəzərə çarpdırmalı
və öz inisiallarını yazmalıdır
(məsələn: Kursiv mənimdir — K.A.);
- sitat zamanı isnadların verilməsi məcburidir. İsnadlar
m üxtəlif cür
tərtib edilə bilər (səhifənin aşağısında, kitabın və ya fəslin sonunda,
mətnin
arasında). Lakin isnadlar mütləq biblioqrafik təsvir qaydalarına uyğun olaraq
verilməlidir.
Beləliklə,
fakt rəqəmlərdən, tarixi hadisələrdən, coğrafi adlardan və s.
daha geniş anlayışdır. Ona görə də əsəri faktlar baxımından araşdıran redaktor
işi olduqca mürəkkəbdir. Redaktor faktla bağlı
iş apararkən təhlil və
müqayisələrin nəticəsi kimi irəli sürülən faktların metodolojo tələblərə cavab
verib-vermədiyini yoxlamalı, müəllifin göstərdiyi hər bir faktın dəqiqliyini və
etibarlılığını araşdırmalıdır. Redaktor eyni zamanda əsərdə faktların
həddindən az və ya həddindən çox olmasına da xüsusi diqqət yetirməlidir.
ƏDƏBİYYAT
Azərbaycan dilində
1. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanunu: 30
may 2000-ci ildə qəbul olunmuşdur; №887-İQ / / “Azərbaycan” qəzeti, 2000,
21 iyun.
2. Nəşriyyat işi (İdarəetmə. Marketinq. Müəlliflik hüququ. Redaktə.
Tərtibat. İstehsal). Bakı: Yeni Nəsil, 2001, 218 s.
3. Rüstəmov T. Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi: Dərs vəsaiti.
Bakı: Maarif, 1981, 168 s.
Dostları ilə paylaş: