KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə26/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   22   23   24   25   26   27   28   29   ...   112
k x 2017 n 1

29


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
lərin, bir-birindən uzaq olan oxşar mövzular üzrə ədəbiyyatın, az soruşulan və 
s. kitabların olmasına ehtiyac yoxdur. Bu cür nəşrlər yalnız depozitar 
fondlarda cəmləşdirilir və bu fondlarda həmin nəşrlər müxtəlif kitabxanalar 
üçün kollektiv istifadə predmetinə çevrilir.
Depozitar fondlar fəaliyyət göstərən ən böyük universal, çoxsahəli və 
xüsusi elmi-texniki kitabxanaların bazasında yaradılır. 1974-cü il qərarına 
uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Sovetinin 20 may 1978-ci il 
tarixli, 169 №-li sərəncamı ilə Azərbaycanda aşağıda adları çəkilən 5 
kitabxanada müstəqil depozitariya fondları yaratmaq məqsədəuyğun hesab 
edilmişdir.
1. M.F.Axundov adına Milli Kitabxananın nəzdində ictimai və 
humanitar elmlər üzrə depozitar şöbəsi;
2. Azərbaycan Elmlər Akademiyasının Əsaslı Kitabxanasının təbiət 
elmləri üzrə depozitariya şöbəsi;
3. Azərbaycan Respublikası Elmi-Texniki Kitabxanasının texniki 
elmlər üzrə depozitariya şöbəsi;
4. Azərbaycan Səhiyyə Nazirliyinin Tibb Kitabxanasının depozitariya 
şöbəsi;
5. Azərbaycan Respublikası Elmi Kənd Təsərrüfatı Kitabxanasının 
depozitariya şöbəsi.
Hazırda bu kitabxanaların depozitar fondları zəif olsa da fəaliyyət 
göstərirlər. Qeyd edilməlidir ki, respublikadakı depozitar fondlar açıq 
xarakterdədir, yəni idarə tabeliyindən, dövlət və ya sahibkar sektora aid 
olmasından asılı olmayaraq bütün müəssisə və idarələrə xidmət edir. 
Depozitar fondlar ancaq KAA üsulu əsasında digər təşkilatlara sənədlərin 
orijinalı və ya surətləri ilə xidmət göstərir. Kitabxanaya gələn oxucular isə 
depozitar fonddan oxu zalı vasitəsilə istifadə edə bilər.
Az istifadə edilən ədəbiyyatın d ep o zitar fonda verilm əsi. Qiymətli 
elmi-texniki ədəbiyyatın dolğunluğunu və təminatlı mühafizəsini təşkil etmək 
üçün az istifadə edilən ədəbiyyatın depozitar mühafizəsi təşkil edilmişdir. 
Respublikamızda ayrıca depozitar kitabxana yoxdur. Depozitar fond 
funksiyalarını ETK-lar üçün əlaqədar respublika Elmi-Texniki Kitabxanası 
yerinə yetirir. Depozitar fondlar az istifadə olunan ədəbiyyatı, mərkəzləş- 
dirilmiş şəkildə mühafizə edirlər. Depozitariyaya ədəbiyyat verən ETK 
sonralar onun əslini və ya surətini KAA üsulu ilə alıb istifadə edə bilər. 
Mərkəzi depozitariyalara ədəbiyyat pulsuz verilir.
Az istifadə edilən ədəbiyyat fonddan hər il aşkarlanıb seçilir. Ədəbiyyatı 
aşkarlamaq üçün sənədin nəşr ili, kitab formulyarında istifadə dərəcəsi barədə 
qeyd, ardı davam edən nəşrlər üçün toplu formulyar (ümumi formulyar), həm- 
çinin bilavasitə sənədin məzmunu ilə tanışlıq əsas götürülür. Seçilmiş

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə