KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22)
2017
amerikalı,
yaxud rus, fransız, Çin dünyası olmaya bilər... O, bütün ölkələrin
ümumi səylərinə əsaslanan dünya olmalıdır”
Ruzveltin fikrini tamamlayaraq əlavə edim ki, bizim qurduğumuz
Azərbaycan bütün insanların səylərinə əsaslanan ölkə olmalıdır.
Ümid edirəm
ki, mənim kitabım bir-birimizlə məhz belə münasibətin qurulmasına töhfədir.
Mən inanıram ki, bu kitab hələ başa çatmamışdır. Başa çata da bilməz.
Onun qalanını zaman, həyat özü yazacaq, dəqiqləşdirəcək. Və məqsədlərimizə
çatmağa kömək edən gündəlik işimiz yazacaq. Bu kitabın səhifələrində o
məqsədlər barədə söz açdım.
Güman
edirəm ki, bu kitabın oxucusu yer kürəsinin istənilən yerində
olduğu kimi, Azərbaycanda da dəyişikliklərin asanlıqla başa gəlmədiyini
gördü.”
2004-cü ildə “Azərnəşr” tərəfindən nəşr olunub oxuculara təqdim
olunan “Dünyanı heyran qoyan insan” kitabında dünyanın
görkəmli siyasi və
dövlət xadimlərinin, diplomatlardan, ədəbiyyat, elm, mədəniyyət və incəsənət
xadimlərindən tutmuş biznes
nümayəndələrinə, jurnalistlərə qədər ən m üxtəlif
peşə sahiblərinin otuz ildən cox siyasi hakimiyyətin zirvəsində olan
ümummilli liderimiz, xalqımızın dahi oğlu Heydər Əliyev haqqında
fikirlərinin bir hissəsi toplanmışdır.
Müəlliflər qeyd edirlər ki, “ümidvarıq ki,
bu materiallar Heydər Əliyev şəxsiyyətinin əzəmətinin, müasir tarixdə onun
müstəsna rolunun daha dolğun və dərindən dərk olunmasında indiki və
gələcək nəsillərə kömək edəcəkdir.” [1, s. 376]
Kitab akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə çap olunmuşdur. Bu
fundamental kitabın tərtibçi redaktorları
Aslan Aslanov, V aqif Musayev və
Dağbəyi İsmayılovdur.
Ulu öndər Heydər Əliyev haqqında bədii əsərlər, sənədli oçerklər, elmi
məqalələr çox yazılıb. Bu böyük insanın şəxsiyyətinin
və gördüyü işlərin
miqyası o qədər genişdir ki, onun öyrənilməsi üçün elmdə ayrıca bir istiqamət
yaratmaq vaxtı gəlib çatmışdır. Bu əsərlər arasında Azərbaycanın tanınmış
yazıçı-publisisti Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev.
Şəxsiyyət və zaman” çoxcildli roman-tədqiqatı xüsusi yer tutur. 2013-cü ildə
müasir dövrün görkəmli dövlət və siyasi xadiminin, Azərbaycan xalqının
ümummilli liderinin çoxcəhətli həyat və yaradıcılığına həsr olunmuş bu
fundamental əsərin son beşinci və altıncı (iki hissədə) kitabları
çapdan
çıxmışdır. Kitab nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda
böyük oxucu auditoriyası qazanmışdır ki, bu da həm Heydər Əliyevin qeyri-
adi şəxsiyyətinə
çox böyük maraqdan, həm də romanın danılmaz ədəbi-bədii
məziyyətlərindən irəli gəlir. Rusiya Milli
Kitabxanasında,
Sankt-
Peterburqdakı Tavriya Sarayında, Ukraynada və Türkiyədə ilk dörd cildin
təqdimatı keçirilmişdir. Romanın beşinci kitabı “Naxçıvan dönüşü” adlanır.
Dostları ilə paylaş: