KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22)
2017
ədəbiyyata yüksək ixtisaslı mütəxəssislərdən ibarət komissiya baxmalı və öz
rəylərini verməlidir.
Az istifadə olunan ədəbiyyatın aşkarlanması
prosesi ilə eyni vaxtda
məzmunca və fiziki cəhətdən köhnəlmiş, qeyri-profil ədəbiyyat da fonddan
seçilə və sonuncular mübadilə fonduna verilə bilər.
Əlaqədar komissiya seçilmiş ədəbiyyata baxdıqdan və razılıq verdikdən
sonra seçilmiş sənədin əlifba kataloqunda olan kartoçkası
və qeydiyyat
kartoçkasının surəti, kitabxananın adını və ünvanını göstərməklə əlaqədar
depozitariyaya göndərilir. Kartoçka partiyası ilə birlikdə qoşma sənəd də
göndərilir. Qoşma sənədin nümunəvi forması aşağıdakı kimidir.
Bir qayda
olaraq, az istifadə edilən ədəbiyyata 15-20 il əvvəl buraxılmış kitablar, 5-10 il
əvvəl dərc edilmiş jurnal və qəzetlər, RETK-nın depozitar fonduna göndərilən
az istifadə edilən ədəbiyyat barədə məlumat son 4-5 ildə istifadə edilməyən
digər növ sənədlər aid edilir.
Akt üç nüsxədə tərtib edilib az istifadə
edilən nəşrlərlə birlikdə
göndərilir. Alındıqdan sonra aktın bir nüsxəsi RETK-da qalır, qalan iki
nüsxəsi təsdiq edilib, möhürlənərək göndərən ETK-ya qaytarılır.
Poçt xərcləri
göndərən ETK tərəfindən ödənilir.
Az istifadə edilən ədəbiyyatın göndərilməsinə və RETK-da qəbul
edilməsinə dair uçot formaları müvafiq olaraq 1 və 2 №-li nümunəvi
formalarda göstərilmişdir.
Fondun m ühafizəsi.
Digər kitabxanalar kimi, ETK fondları da dövlət
mülkiyyətidir. Buna görə də fonda daxil olan müraciətlərin (dostup)
cavablandırılmasına fondun qorunması üçün hüququ olan kitabxana işçiləri
məsuliyyət daşıyır. İlk növbədə isə ETK müdiri fondun qorunması üçün
məsuliyyət daşıyır.
İmkan daxilində kitabxananın binası, digər sahələrdən ayrılmalıdır. Belə
bir imkan olmadıqda ədəbiyyatı bağlanan
şkaflarda saxlamaq və ya
kitabsaxlayıcını digər iş otaqlarından ayırmaq lazımdır.
Fondda sənədləri nəmdən, qurumaqdan, günəş radiasiyasından, tozdan,
zərərli sənaye tullantılarından, daşqından, gəmirici
və böcəklərdən qorumaq
lazımdır. Bu məqsədlə aşağıdakı tədbirlər görülməlidir:
1) binanı təmiz saxlamaq, onu nəmli üsullarla təmizləmək, stellajlara və
kitablara qonmuş toz hissəciklərini müntəzəm olaraq
silmək və bu məqsədlə
təmiz əski (2% formalinləşdirilmiş) istifadə edilməlidir;
2) optimal temperatur-rütubət rejimi saxlanmalıdır, temperatur 16-18°C
(±2°C), rütubət 50-60% (±5%), mikrofilm fondu üçün rütubət 25-30%
olmalıdır;
3) birbaşa düşən günəş şüasından fondu mühafizə etmək lazımdır. Belə
şəraitdə kitabların vərəqələri, xüsusilə görünən hissələri, vərəqlərin ətrafı tez
Dostları ilə paylaş: