KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə24/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   20   21   22   23   24   25   26   27   ...   112
k x 2017 n 1

27


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
bəzi nəşrlər müəyyən müddət keçdikdən sonra fiziki cəhətdən köhnəlir, öz 
ideya-tərbiyəvi, elmi və təcrübi əhəmiyyətini itirir, kitabxananın profilinə 
uyğun olmur və s. Belə nəşrlər vaxtlı-vaxtında kitabxana fondlarından çıxarıl- 
malıdır. 1974-cü ilə qədərki dövrdə kitabxana fondlarında toplanmış çox 
nüsxəli və profilə uyğun olmayan ədəbiyyat ən yaxşı halda digər kitabxanalara 
və ya respublika kitabxanalarının mübadilə fondlarına verilirdi. Bu isə aşağı 
vəsilə kitabxanalarının heç bir marağına uyğun gəlmədiyindən belə ədəbiyyat 
çox zaman təmamilə yararsız kitablarla birlikdə fonddan çıxarılır və məhv 
edilirdi. Respublika kitabxanalarında min nüsxələrlə kitab və qiymətli 
ədəbiyyat bu yolla kitabxana fondlarından çıxarılmışdı. Doğrudur, elmi və is- 
tehsalat baxımından öz əhəmiyyətini itirmiş, az istifadə olunan ədəbiyyatın 
fonddan çıxarılması, fondun yerləşdiyi sahədən qənaətlə və düzgün istifadə 
etməyə, onun dövriyyə göstəricilərini yüksəltməyə və xidmət işini səmərəli 
təşkil etməyə imkan verir. Lakin az istifadə edilən ədəbiyyatı mühafizə etmək 
və lazım olduqda oxucuların istifadəsinə vermək də vacibdir. Bundan əlavə
elə ədəbiyyatlar var ki, onların tədqiqi məsələlərinin zəruriliyi müxtəlif 
aspektlər baxımından ancaq bir neçə ildən sonra meydana çıxır. Bütün bunlara 
görə də kitabxana işi haqqında 1974-cü il 8 may tarixli qərar az istifadə edilən 
kitabları mühafizə edən keçmiş ümumittifaq mərkəzi-sahəvi və respublika 
depozitar fondlarının yaradılmasını vacib bir vəzifə kimi irəli sürmüşdü.
Fondun təşkilinə belə bir qayda ilə yanaşmaq, fondun fəal və passiv 
hissəsini müəyyən etmək imkanı verir. Elmi-tədqiqat işlərində ölkənin 
kitabxanalarından daha səmərəli istifadə etmək üçün təminat yaradır, 
oxuculara xidmət işinin səviyyəsini yüksəldir, kitab fondlarından istifadə 
zamanı təkrarçılığı aradan qaldırır. Bütün ölkə miqyasında kitabxana- 
depozitarların planauyğun yerləşdirilməsi üçün KAA yolu ilə ədəbiyyatın 
alınması da mühüm əhəmiyyətə malikdir. Qərarın bu baxımdan oynadığı çox 
mühüm rolun əhəmiyyətini inkar etmək elmi cəhətdən düzgün olmazdı.
1974-cü il qərarından sonra keçmiş SSRİ M ədəniyyət Nazirliyinin 
qərarına əsasən, bütün respublikalarda olduğu kimi, Azərbaycanda da 1977- 
1980-ci illər üçün depozitar sistemin planı təsdiq olunmuşdu. Bununla 
əlaqədar olaraq Azərbaycan kitabxanalarında çalışan kitabxanaçılar ədəbiyya- 
tın seçilməsi, depozitar saxlanma üçün nəşrlərin müəyyən edilməsi 
metodlarına yiyələnməsinin öyrədilməsi vacib bir məsələ kimi qarşıda durdu. 
Bu vəzifələrin yerinə yetirilməsi üçün respublikanın bir sıra kitabxanalarında 
kitabxanaçıların ixtisasının artırılması kurslarında depozitar kitabxana fond- 
larının iş metodlarının öyrənilməsinə həsr olunmuş seminarlar, mühazirələr və 
digər kütləvi tədbirlər keçirilməyə başladı. Fondun depozitar saxlanması 
sisteminin təşkili məsələsinə həsr olunmuş ilk seminar-müşavirə 1977-ci ilin 
25-27 aprel tarixində Voronejdə keçirilmişdir. Kitabxana işçiləri üçün

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə