KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22)
2017
• işin effektivliyinin qiymətləndirilməsi funksiyası:
istifadəçinin həyata
keçirdiyi bütün əməliyyatlar, gördüyü bütün işlər yaddaşda qaldığı üçün onun
fəaliyyətini
qiymətləndirmək mümkündür;
• korporativ biliklərin toplanması, əməkdaşların bilmədiklərini tez bir
zamanda öyrənə və bir-birlərini əvəz edə bilmələri: kadr dəyişikliyi baş versə
də, yeni əməkdaş ona lazım olan sənədi asanlıqla
əldə edib, bu barədə
məlumatlana bilər.
Beləliklə, müəssisədə sənəd dövriyyəsinin effektli şəkildə tətbiqinin
nəticəsi olaraq şəffaflıq
təmin olunur, bürokratik manelər aradan qaldırılır,
əməkdaşların məsuliyyətinin artması, onların aktual informasiyalarla
təmin
olunması, müştərilərə təklif olunan xidmətlərin səviyyəsinin yüksəldilməsi,
daxili xərclər və
risklərin minimuma endirilməsi, kommersiya sirrinin etibarlı
qorunub saxlanılması təmin olunur.
Kağızsız sənəd dövriyyəsi texnologiyasının tətbiqi və genişlənməsi bir
çox müsbət cəhətləri ilə yanaşı gündəlik fəaliyyətdə informasiya təhlükəsizliyi
probleminin həllini də tələb edir. İnformasiya təhlükəsizliyi istifadəçi
autentifikasiyası
və
steqanoqrafik
üzullarla təmin
olunur.
İstifadəçi
autenfikasiyası üsulu olaraq əsasən elektron və Asan İmza mobil
elektron
imza üsullarından istifadə olunur. Qeyd edək ki, respublikamızda elektron
sənəd dövriyyəsi sistemlərində elektron imzanın tətbiqi mexanizmləri
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının
Qanunu (2004) ilə nizamlanır. Bu qanuna uyğun olaraq elektron imza əl
imzasına bərabər tutularaq, eyni hüquqi statusa malik olub aşağıdakıları təmin
edir:
- sənədi göndərən mənbəni, yəni sənədin həqiqətən onu imzalayan şəxs
tərəfindən göndərildiyini təsdiq edir. Sənədin təyinatından asılı olaraq,
“müəllif”, “edilmiş dəyişikliklər”, “tarix” və digər atributlar imzalana bilər.
- sənədi imzalayan və alan şəxslərin bu sənədlə bağlı hər hansı
məsuliyyətdən (müəlliflikdən, sənədi alması və ya göndərməsi faktından və s.)
imtina etməsinə imkan vermir.
- göndərilən sənədin tamlığının, yəni onun
təhrif olunmadan ünvana
çatdırılmasının təmin edilməsinə zəmanət verir.
Steqanoqrafik üsullar müasir dövrdə əsasən aşağıda qeyd olunan
məsələlərin həlli üçün istifadə edilir:
- məxfi informasiyanın icazəsiz girişdən qorunması;
- şəbəkə resurslarının monitorinqi və idarə olunması sistemlərini adlamaq
(dəf etmək);
Dostları ilə paylaş: