№1 (22)
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
2017
E L E K T R O N SƏNƏD D Ö V RİY Y Ə Sİ SİSTEM LƏ RİN D Ə
İN FO R M A SİY A N IN T Ə H L Ü K Ə SİZ L İY İ PR O B L E M İ
QURBANOV A.İ.
BDU, K itabxanaçılıq-inform asiya fakültəsinin dekanı, dosent
M Ü T Ə LL İM O V A S.F.
“B.est Solutions” şirkətinin İnform asiya Texnologiyaları üzrə Baş
m ütəxəssisi
Məqalədə
elektron
sənəd
dövriyyəsi
sistemlərinin
ümumi
xarakteristikaları,
əhəmiyyəti
haqda
məlumat
verilmiş,
informasiya
təhlükəsizliyinin həlli üsulları şərh olunmuşdur. Həmçinin elektron imza,
mobil imza və kompüter steqanoqrafiyası üsulları haqda danışılmışdır.
Açar sözlər: elektron sənəd, elektron sənəd dövriyyəsi sistemi,
informasiya təhlükəsizliyi, elektron imza, mobil imza, kompüter steqanoqrafik
üsulları.
Ölkə Prezidentinin
sərəncamı
ilə
təsdiq
edilmiş
Azərbaycan
Respublikasının İqtisadi İnkişafı Naminə İnformasiya və Kommunikasiya
Texnologiyaları üzrə Milli Strategiyada müəssisələrdə elektron idarəetmə
sisteminin tətbiqi müasir dövrdə əsas vəzifələrdən
biri olaraq irəli
sürülmüşdür. Elektron idarəetmə sistemi üç komponentdən ibarətdir:
E lek tro n m aliyyə və m ühasibatlıq sistemi, E lek tro n sənəd dövriyyəsi
sistemi və İn san re su rsların ın idarəetm ə sistemi. Hər üç komponent vahid
verilənlər bazasından istifadə etməklə veb interfeys
vasitəsilə bir-birilə
qarşılıqlı informasiya mübadiləsi edərək fəaliyyət göstərir.
Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi müəssisələrdə “kağızsız
texnologiya” əsasında elektron kargüzarlığın tətbiqini, icraya nəzarətin
effektivliyinin
yüksəldilməsinə, işçi heyətin informasiya texnologiyalarından
istifadəsinin genişləndirilməsinə gətirib çıxarır.
“Forrester Research”in məlumatına görə, “Fortune 500” siyahısına
daxil olan şirkətlərdən 38
%
hesab edir ki, müasir tələblərə cavab verən
elektron sənəd dövriyyəsi sisteminin tətbiqi onların biznesinin uğurlu inkişafı
üçün qaçılmazdır. Bu fikirlə müvafiq sahə üzrə araşdırma aparan
mütəxəssislər də razılaşır. Onların da əksər
hissəsi elektron sənəd
dövriyyəsinin şirkətlərin fəaliyyətində mühüm rol oynadığını bildirirlər.
Məsələn, “ Siemens Business Services” şirkətinin sözügedən sistemin tətbiqi
ilə bağlı gəldiyi qənaət belədir:
• işçi heyətin əmək məhsuldarlığı 20-25 % yüksəlir;
Dostları ilə paylaş: