15
üçün şeirlərimi istədi. «İstədiyim yar idi, yetirdi pərvərdigar» - mən
elə o dəqiqə təsadüfən üstümdə olan «12-3=?» poemasını ona
təqdim
elədim. Sonradan öyrəndim ki, sıradan bir şair olan Sofronovun
Yevtuşenko ilə çoxdan arası dəyibmiş. Yevtuşenkodan qisas almaq
üçün o, poemanı Siyasi Büronun üzvü, Sov.İKP MK-nın ideologiya
üzrə katibi Mixail Suslova göstərərək: «Görün Yevtuşenko qazax
şairinin sizi lağa qoyan poemasını necə ustalıqla tərcümə edib!»
- deyib. Poemanı oxuyan Suslov bərk əsəbiləşib: «Niyə Çingiz
Aytmatov Siyasi Büronu lağa qoyan şairə himayədarlıq edir?»
Poema haqqında qapalı rəy yazmağı Suslov o vaxt partiyada məsul
vəzifələr
tutmağa namizədlərdən biri, bir-neçə ildən sonra Mərkəzi
Komitədə mədəniyyət şöbəsinin müdiri olacaq Yuriy Voronova
tapşırır. 1986-cı ildə Moskvada mənim poeziya axşamım keçirildi.
Aparıcı isə Yevgeniy Yevtuşenko idi. Bundan sonra, dekabrın 22-də
isə məni Voronov qəbul etdi. «12-3=?» poemasını xeyli tərifl ədikdən
sonra o, vəziyyətdən çixmağın və hay-küydən qorunmağın yolunu
tapdığını dedi. Məsələ ilə bağlı Çingiz Aytmatovla da uzun söhbəti
olduğunu bildirdi. Voronov onu da danışdı ki, SovİKP MK-nın
qocaların hökmranlığından narazı olan gənc üzvləri poemanın çoxlu
surətini çıxarıblar və gizli yolla bir-birilərinə ötürürlər.
1996-cı ildə Çin Xalq Respublikasınəın sədri Szyan Szemin
Qırğızıstana gəlmişdi. O vaxt mən Qazaxıstanın
bu ölkədəki
Fövqəladə və Səlahiyyətli Səfi ri idim. Qırğızıstan prezidenti Əsgər
Akayev məni Szyan Szeminə təqdim edəndə o, təmiz rus dilində
dedi: «Mən bu şairi tanıyıram, hətta onun Aytmatovun ön söz yazdığı
«12-3=?» adlı poemasını da əlyazmada oxumuşam...»
Bu nə demək idi? Bu o demək idi ki, Çinin xüsusi xidmət
orqanları Sov.İKP MK-da gizli yollarla yayılan poema ilə bağlı
qalmaqaldan xəbərdar idilər.
Yevtuşenko həmişə həqiqəti söyləyən və açıq-aydın müxalif
ruhlu insan olub. Aytmatovun poemaya ön söz yazması isə heç
şübhəsiz ki,
onun cəsarətinin, igidliyinin sübutu idi.
16
«...ALLAH SAXLADI, AZ QALA QIRĞIZISTANIN
PREZIDENTI OLACAQDIM»
1991-ci il. Aytmatov Moskvadan zəng edir:
- Allah saxladı, - deyə o ənənəvi salamlaşmadan sonra bildirdi.
- Az qala Qırğızıstanın prezidenti olacaqdım. Sənin dostun Kazat
sənə deyib?
- Hə, dedim. Bütün parlament saat yarım sizin razılığınızı gö-
zləyib. Razılaşsaydınız indi Qirğızıstan Respublikasının prezidenti
idiniz. Öz qərarınızla siz ilk növbədə mənə ziyan vurdunuz, - deyə
mən ciddi surətdə, incik səslə bildirdim.
- Niyə? Necə?
- deyə o, təəccüblə soruşdu.
- Necə başa düşmürsünüz? Siz məni Qırğızıstanda olarkən
qürurla özümü ölkə prezidentinin kiçik qardaşı və dostu kimi təqdim
etmək imkanından məhrum etdiniz. İndi nəinki, qırğızlar və qazaxlar
arasında, bütün dünyada belə adam tapmaq olmaz ki, prezidentlik-
dən zəhərli ilandan qaçan kimi qaçsın.
- Ola bilər. Amma hər bir kəs öz milli və beynəlxalq imkanlarını
düzgün dəyərləndirməlidir, - mənim zarafatımın cavabı belə oldu.
- Hansı imkanlardan danışırsınız? Məgər bu gün yalançı rəh-
bərlər arasında milli mənəvi dəyərləri
itirərək öz ciblərinə xidmət
edənlər azdır? Ola bilərdi ki, siz iyirminci əsrin ən vicdanlı, öz nəfsi-
ni maddi maraqlar ləkələrindən qoruyan bir prezident olardınız. Siz
heç olmasa bu cəhətdən nümunə ola bilərdiniz...
- Yox, sən bir şeyi nəzərə almırsan, - deyə o, sakit tərzdə bildirdi.
- Müasir dövrümüzün mənəviyyatsızlığı yeni, xüsusi xarakter forma-
laşdırıb. Acgözlüyü, tamahkarlığı olmayan, milli kökünü itirməyən,
yalan danışmağı bacarmayan insan indi prezident ola bilməz...
İstedadlı qırğız yazıçısı, o illərdə Qırğızıstan
Demokratik Parti-
yasının sədri Kazat Akmatovun xatirələri:
17
“Tolomuş Okeyev və Barpa Rıspayevlə birlikdə mən
Aytmatovla əlaqə saxladım. O, evdə idi.
- Mən prezident olmağa hazır deyiləm. Heç bunu
istəmirəm də. Mənə göstərdiyiniz etimada görə min dəfə
təşəkkür edirəm. Bu çox məsuliyyətli və şərəfl i siyasi post-
dur. Buna görə də bu vəzifəyə iqtisadçı, hüquqşünas yax-
ud da kənd təsərrüfatı üzrə mütəxəssis daha uyğun gəlir.
Yazıçı işimi yüksək vəzifəyə dəyişmək istəmirəm. Mənim
hələ çoxlu yaradıcılıq ideyalarım var, Allah özü onları re-
allaşdırmağa mənə kömək olsun, - deyə Aytmatov məni
diqqətlə dinləyəndən sonra bildirdi.
Mən çətin situasiyada idim. Biz Aytmatova dedik ki,
o, bircə “hə” desə, prezident olacaq. Doğrudan da, o vaxt
Aytmatov “yaxşı, özünüz bilin”, - desəydi, heç şübhəsiz ki,
parlament onu prezident seçəcəkdi.
Onu razı sala bilməyəcəyimizi görüb - Bəs siz özünüz
kimi təklif edərdiniz? - deyə soruşduq.
- Ay sağ ol, bu başqa məsələ, - yazıçı bildirdi - Mən
şəxsən prezidentliyə Əsgər Akayevin namizədliyini irəli
sürərdim.
- Bu təklifi sizin adınızdan parlamentə təklif etmək
olar?
- Bəli, parlamentə mənim salamlarımı da çatdırın.
Əsgəri seçsəniz bu həm xalq üçün, həm də sizin özünüz
üçün yaxşı olar.
Beləliklə... Əsgər Akayev Qırğızıstan Respublikasının
ilk prezidenti seçildi”.
1996-cı il aprelin əvvəlləri. Mən Belçikaya Aytmatova zəng
edərək belə bir zarafat elədim:
- Birləşmiş Milətlər Təşkilatının gələcək Baş katibinə atəşin
salamlar!
- Kim bu şayiəni buraxıb, bilmirsən? - o, öz təəccübünü gizlət-
mədi.