11
Mənim bir inşaatçı dostum var idi - Kalekeş Karaqulov. O, Lenin
Sarayında Brejnevin dili dolaşa-dolaşa danışmasını, Kunayevin ona
təbrikini, Roza Baqlanovanın qazax və rus sözlərini qarışdıraraq
danışma tərzini və mənim şeir oxuyarkən yerli-yersiz əl-qol atmağımı
parodiya edərdi. Bunu görənlər isə az qala gülməkdən ölürdülər.
Bir dəfə mən qonağım olan Dinmuxamed Kunayevdən
soruşdum:
- Sizin səsinizi, danışıq tərzinizi, jestlərinizi dəqiqliyi ilə
təkrarlayan igidlə tanış olmaq istəyirsiniz?
- Özünü kənardan görməyi nə ilə müqayisə etmək olar, tanış
olmaq istərdim, - deyə o, razılaşdı. Kalekeşə zəng elədim, o isə sən
demə həmin gün Almatı vilayətinə ezamiyyətə gedibmiş. Qismət
deyilmiş.
Kalekeş Çingiz Aytmatova çox hörmət edirdi. O, həmişə deyirdi
ki, «bu böyük insan bizim qonağımız olsaydı, Korlan və mən çox
xoşbəxt olardıq».
Bir çox poeziya sevənlər mənim Estaya və Korlanın faciəvi
sevgisindən bəhs edən «Məhəbbət möcüzələri» adlı kişik poemamı
əzbər bilirlər. Bu hekayəti mən ilk dəfə Kalekeş və Korlandan
eşitmışəm...
Aytmatovun Almatıya səfərlərindən birində mən onu Kalekeşin
evinə qonaq apardım. Kalekeş obraza girərək Brejnevi və ona
yaltaqlanan rəhbər şəxsləri yamsılayanda Şıkenin gülməkdən gözləri
yaşarırdı. Xüsusən də o, SSRİ xalq artisti Roza Baqlanovanın 1986-
cı ilin dekabr üsyanında mətbuatda dərc olunmuş müsahibəsini onun
səsi ilə oxuyarkən Aytmatov uşaq kimi gülürdü:
«Baxıram - Mərkəzi Komitənin qarşısında bütöv bir
ordu var. Məni görən kimi, general Boris Karikovskiy dedi:
«Bu ki bizim Roza Baqlanovadır!» - hamı kənara çəkildi.
Ayaqyalın qaçdım, bir zabit qışqırdı: «Hara gedirsiz?»
Onda mən dedim: «Rədd ol». Hönkür-hönkür ağlayırdım.
Üç gün ürəyim ağrıyıb.
12
Prezidiumun altından keçib meydana çıxdım, ürək
ağrısı ilə dedim: «Mən faşistlərdən qorxmamışam, öz
uşaqlarımdan niyə qorxmalıyam?» Cavanlar hay-küy
salırdı: «Niyə birinci katib Nazarbayev olmasın?» Mən
cavab verdim: «Əzizlərim, tələsməyin. Hər şey siz istəyən
kimi olacaq, sakit olun, gedin evinizə, videoya baxın,
rəqs eləyin». Suleymenov, Raxmadiyev, Serkebayev də
orada idilər. Sonra mən Zakaş Kamalidenova dedim: «Siz
haralarda gəzirsiniz? Bizim uşaqları qurşaqdan aşağı
dəyənəklə vururlar. Qan tökülür axı!» Mən də o vaxt çox
qorxurdum ki, sonra hər şeydə mənim Ağ Çarımı ittiham
edərlər».
- Sənin dostun ən istedadlı artistə də dərs deyər, - deyə Aytmatov
minnətdarlığını bildirmişdi. O axşam Kalekeş mənim «12-3=?» adlı
poemamı da Çingiz Torekuloviç üçün əzbərdən söylədi. Tədricən
söhbət SovİKP MK-nın siyasi bürosu, hakimiyyətdəki gizli
çəkişmələr və poemanın yazılması tarixindən düşdü.
Brejnevin yaxasında qəhrəman ulduzu üçün daha yer
qalmamışdı, amma o, ətrafına taqəti qalmayan qocaları yığaraq
yenə şəninə tərifl ər eşitmək istəyirdi. Brejnev 1982-ci il noyabrın
10-da 80 yaşında dünyasını dəyişdi. Onun ətrafında olanlar - Siyasi
büronun üzvləri və namizədlər, Mərkəzi Komitənin katibləri,
hökumət üzvlərinin də bir çoxu (Arvid Pelşe, Konstantin Çernenko,
Boris Ponomaryov, Mixail Suslov, Viktor Çebrikov, Mixail
Solomensev, Aleksey Kosıqin və s.) 70-80 yaşlı qocalar idi. 1979-cu
ildə onların orta yaşı 70 idi. Hakimiyyətin aşağı pillələrində də yaşlı
nəsil cavanların qarşısını kəsirdi. Bu tendensiya bütöv bir dövlətin
faciəsinə gətirib çıxara bilərdi və öz poemamı mən buna etiraz olaraq
yazdım. Əhvalat pritça formasında nəql olunur. Qoca hökmdar öz
xanlığını yeni mərhələyə qaldırmaq üçün belə qanun imzalayır:
13
Heç bir şübhə yoxdur bu həqiqətə:
Əsl müdrikliyi qocalıq verir.
Cavan hər nə varsa yetkin deyildir
deməli, həmçinin təhlükəlidir.
Tələsik qərarlar çox qorxuludur.
Buna görə də,
bütün məmurlar və sərkərdələr
Layiqli qocalar olmalıdırlar!
Bəlkə də əməldə bir az ləngdirlər,
Bu - yetkinliyin işarəsidir.
Kim əgər ləngdirsə - o, qüsursuzdur.
Bir müddət sonra istər hakimiyyətdə, istərsə də gündəlik həyatda
qocalar cəmiyyətin diqqət mərkəzinə keçir. Gənclər isə arabanın 5-ci
təkəri kimi lazımsız olurlar. Beləliklə ölkədə öz iradəsi, xarakteri
olmayan, öz gücünə inamı qalmayan gənclik formalaşır. Bir
müddət sonra qonşu dövlətlə müharibəni uduzan qoca xan öz ahıl
vəzirləri ilə birlikdə əsir düşür. Qalib ölkənin hökmdarı bir tapmaca
söyləyir: «On ikidən üç çıxanda neçə qalar?» - və cavabı tapmasa
xanı öldürəcəyini bildirir. Xan cavab verə bilmir. Bu zaman qapının
ağzında duran bir cavan deyir: «Bizim xanı əfv edin. Mən cavabı
bilirəm. On ikidən üç çıxanda heç nə qalmaz. İldə on iki ay var.
Bunun üç ayı yazdır. Əgər yaz olmasa, ağaclar çiçəkləməsə, qalan
doqquz ayın da faydası yoxdur. On ikidən üçü çıxmaq istəyən şəxs
bizim xan kimi əzab çəkər».
«Bu igid kimdir?» - deyə diqqətlə gənc oğlana baxan xan öz
mehtərini tanıyır və peşımanlığını belə ifadə edir:
Hər şey məhv oldu...
Mən ölmüşəm...
Bir də heç vaxt dirilmərəm...
Bir də heç vaxt dirilmərəm...
Sərkərdə qüdrətli kəsləri mən
14
Bilmədən tövlədə saxlamışam.
Sanki kor olmuşam, aciz olmuşam.
Uçan qanadları mən sındırmışam...
P.S. Çox gec anladığın bir həqiqətdən
Daha dəhşətli, qəmli
Bir əzab varmı?
Bu kiçik poemanı rus dilinə çevirən sovet poeziyasının
korifeyləri arasında ən populyar şair Yevgeni Yevtuşenko, ona ön
sözü yazan isə o dövrün ən tanınmış yazıçısı Çingiz Aytmatov idi.
O, Orta Asiya və Qazaxıstanın Muxtar Auezovdan sonra 35 yaşında
Lenin mükafatı alan ilk yazıçısı idi. Mən əvvəlcə poemanı çap
eləməyi az qala milyon tirajla çıxan «Smena» jurnalına təklif etdim.
Bu jurnalın redaktoru Albert Lixanovu da mən çox yaxşı tanıyırdım.
Vaxtilə onun «Mənim generalım» adlı bir əsəri xoşuma gəlmişdi.
Mən «Jazuşı» nəşriyyatının direktoru Kaldarbek Naymanbayevin
vasitəsi ilə bu əsərin istedadlı yazıçı Tınımbay Nurmaqambetovun
tərcüməsində ayrıca kitab kimi çap olunmasına kömək etmişdim.
Bir-neçə aydan sonra Moskvada olanda mən Albert Lixanova
zəng etdim. O dedi: «Muxtar, mən çox utanıram. Gəl görüşək».
Görüşdük. Lixanov çox pərt vəziyyətdə söhbətə başladı: «Sən
məni çox çətin vəziyyətdə qoymusan. Əsər heç şübhəsiz ki, çox
güclüdür. Tərcümə və ön söz müasir ədəbiyyatımızın iki nəhənginə
məxsusdur. Onu çap eləməmək deyərdim ki, günahdır. Amma, əsəri
çap eləsəm işdən çaxarılacağam. Hamı bilir ki, siyasi büro dizləri
əsən qocalardan ibarətdir. Poema onların bu günkü bacarıqsızlığına
işarədir. Mən bununla bağlı öz fi krimi telefonla Çingiz Torekuloviçə
də bildirmişəm. Xahiş edirəm, incimə».
Bir il sonra Daşkənddə, Asiya və Afrika ölkələri yazıçılarının
konfransında mən Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin ən böyük tirajlı nəşri - «Oqonyok» jurnalının baş
redaktoru Anatoliy Sofronovla görüşdüm. O, məndən çap eləmək
Dostları ilə paylaş: |