Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə3/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   2   3   4   5   6   7   8   9   ...   93

11
Mənim bir inşaatçı dostum var idi - Kalekeş Karaqulov. O, Lenin 
Sarayında Brejnevin dili dolaşa-dolaşa danışmasını, Kunayevin ona 
təbrikini, Roza Baqlanovanın qazax və rus sözlərini qarışdıraraq 
danışma tərzini və mənim şeir oxuyarkən yerli-yersiz əl-qol atmağımı 
parodiya edərdi. Bunu görənlər isə az qala gülməkdən ölürdülər. 
Bir dəfə  mən qonağım olan Dinmuxamed Kunayevdən 
soruşdum: 
- Sizin səsinizi, danışıq tərzinizi, jestlərinizi dəqiqliyi ilə 
təkrarlayan igidlə tanış olmaq istəyirsiniz? 
- Özünü kənardan görməyi nə ilə müqayisə etmək olar, tanış 
olmaq istərdim, - deyə o, razılaşdı. Kalekeşə zəng elədim, o isə sən 
demə  həmin gün Almatı vilayətinə ezamiyyətə gedibmiş. Qismət 
deyilmiş.  
Kalekeş Çingiz Aytmatova çox hörmət edirdi. O, həmişə deyirdi 
ki, «bu böyük insan bizim qonağımız olsaydı, Korlan və mən çox 
xoşbəxt olardıq». 
Bir çox poeziya sevənlər mənim Estaya və Korlanın faciəvi 
sevgisindən bəhs edən «Məhəbbət möcüzələri» adlı kişik poemamı 
əzbər bilirlər. Bu hekayəti mən ilk dəfə Kalekeş  və Korlandan 
eşitmışəm... 
Aytmatovun Almatıya səfərlərindən birində mən onu Kalekeşin 
evinə qonaq apardım. Kalekeş obraza girərək Brejnevi və ona 
yaltaqlanan rəhbər şəxsləri yamsılayanda Şıkenin gülməkdən gözləri 
yaşarırdı. Xüsusən də o, SSRİ xalq artisti Roza Baqlanovanın 1986-
cı ilin dekabr üsyanında mətbuatda dərc olunmuş müsahibəsini onun 
səsi ilə oxuyarkən Aytmatov uşaq kimi gülürdü: 
«Baxıram - Mərkəzi Komitənin qarşısında bütöv bir 
ordu var. Məni görən kimi, general Boris Karikovskiy dedi: 
«Bu ki bizim Roza Baqlanovadır!» - hamı kənara çəkildi. 
Ayaqyalın qaçdım, bir zabit qışqırdı: «Hara gedirsiz?» 
Onda mən dedim: «Rədd ol». Hönkür-hönkür ağlayırdım. 
Üç gün ürəyim ağrıyıb. 


12
Prezidiumun altından keçib meydana çıxdım, ürək 
ağrısı ilə dedim: «Mən faşistlərdən qorxmamışam, öz 
uşaqlarımdan niyə qorxmalıyam?» Cavanlar hay-küy 
salırdı: «Niyə birinci katib Nazarbayev olmasın?» Mən 
cavab verdim: «Əzizlərim, tələsməyin. Hər şey siz istəyən 
kimi olacaq, sakit olun, gedin evinizə, videoya baxın, 
rəqs eləyin». Suleymenov, Raxmadiyev, Serkebayev də 
orada idilər. Sonra mən Zakaş Kamalidenova dedim: «Siz 
haralarda gəzirsiniz? Bizim uşaqları qurşaqdan aşağı 
dəyənəklə  vururlar. Qan tökülür axı!» Mən də o vaxt çox 
qorxurdum ki, sonra hər şeydə mənim Ağ Çarımı ittiham 
edərlər».
- Sənin dostun ən istedadlı artistə də dərs deyər, - deyə Aytmatov 
minnətdarlığını bildirmişdi. O axşam Kalekeş  mənim «12-3=?» adlı 
poemamı da Çingiz Torekuloviç üçün əzbərdən söylədi. Tədricən 
söhbət SovİKP MK-nın siyasi bürosu, hakimiyyətdəki gizli 
çəkişmələr və poemanın yazılması tarixindən düşdü. 
Brejnevin yaxasında qəhrəman ulduzu üçün daha yer 
qalmamışdı, amma o, ətrafına taqəti qalmayan qocaları  yığaraq 
yenə  şəninə  tərifl ər eşitmək istəyirdi. Brejnev 1982-ci il noyabrın 
10-da 80 yaşında dünyasını dəyişdi. Onun ətrafında olanlar - Siyasi 
büronun üzvləri və namizədlər, Mərkəzi Komitənin katibləri, 
hökumət üzvlərinin də bir çoxu (Arvid Pelşe, Konstantin Çernenko, 
Boris Ponomaryov, Mixail Suslov, Viktor Çebrikov, Mixail 
Solomensev, Aleksey Kosıqin və s.) 70-80 yaşlı qocalar idi. 1979-cu 
ildə onların orta yaşı 70 idi. Hakimiyyətin aşağı pillələrində də yaşlı 
nəsil cavanların qarşısını kəsirdi. Bu tendensiya bütöv bir dövlətin 
faciəsinə gətirib çıxara bilərdi və öz poemamı mən buna etiraz olaraq 
yazdım.  Əhvalat pritça formasında nəql olunur. Qoca hökmdar öz 
xanlığını yeni mərhələyə qaldırmaq üçün belə qanun imzalayır:


13
Heç bir şübhə yoxdur bu həqiqətə: 
Əsl müdrikliyi qocalıq verir.
Cavan hər nə varsa yetkin deyildir
deməli, həmçinin təhlükəlidir.
Tələsik qərarlar çox qorxuludur. 
Buna görə də, 
                  bütün məmurlar və sərkərdələr
Layiqli qocalar olmalıdırlar!
Bəlkə də əməldə bir az ləngdirlər,
Bu - yetkinliyin işarəsidir. 
Kim əgər ləngdirsə - o, qüsursuzdur. 
Bir müddət sonra istər hakimiyyətdə, istərsə də gündəlik həyatda 
qocalar cəmiyyətin diqqət mərkəzinə keçir. Gənclər isə arabanın 5-ci 
təkəri kimi lazımsız olurlar. Beləliklə ölkədə öz iradəsi, xarakteri 
olmayan, öz gücünə inamı qalmayan gənclik formalaşır. Bir 
müddət sonra qonşu dövlətlə müharibəni uduzan qoca xan öz ahıl 
vəzirləri ilə birlikdə əsir düşür. Qalib ölkənin hökmdarı bir tapmaca 
söyləyir: «On ikidən üç çıxanda neçə qalar?» - və cavabı tapmasa 
xanı öldürəcəyini bildirir. Xan cavab verə bilmir. Bu zaman qapının 
ağzında duran bir cavan deyir: «Bizim xanı  əfv edin. Mən cavabı 
bilirəm. On ikidən üç çıxanda heç nə qalmaz. İldə on iki ay var. 
Bunun üç ayı yazdır. Əgər yaz olmasa, ağaclar çiçəkləməsə, qalan 
doqquz ayın da faydası yoxdur. On ikidən üçü çıxmaq istəyən şəxs 
bizim xan kimi əzab çəkər». 
«Bu igid kimdir?» - deyə diqqətlə  gənc oğlana baxan xan öz 
mehtərini tanıyır və peşımanlığını belə ifadə edir:
Hər şey məhv oldu...
Mən ölmüşəm...
Bir də heç vaxt dirilmərəm...
Bir də heç vaxt dirilmərəm... 
Sərkərdə qüdrətli kəsləri mən


14
Bilmədən tövlədə saxlamışam. 
Sanki kor olmuşam, aciz olmuşam.
Uçan qanadları mən sındırmışam...
P.S. Çox gec anladığın bir həqiqətdən 
Daha dəhşətli, qəmli 
Bir əzab varmı? 
Bu kiçik poemanı rus dilinə çevirən sovet poeziyasının 
korifeyləri arasında  ən populyar şair Yevgeni Yevtuşenko, ona ön 
sözü yazan isə o dövrün ən tanınmış yazıçısı Çingiz Aytmatov idi. 
O, Orta Asiya və Qazaxıstanın Muxtar Auezovdan sonra 35 yaşında 
Lenin mükafatı alan ilk yazıçısı idi. Mən  əvvəlcə poemanı çap 
eləməyi az qala milyon tirajla çıxan «Smena» jurnalına təklif etdim. 
Bu jurnalın redaktoru Albert Lixanovu da mən çox yaxşı tanıyırdım. 
Vaxtilə onun «Mənim generalım» adlı bir əsəri xoşuma gəlmişdi. 
Mən «Jazuşı» nəşriyyatının direktoru Kaldarbek Naymanbayevin 
vasitəsi ilə bu əsərin istedadlı yazıçı Tınımbay Nurmaqambetovun 
tərcüməsində ayrıca kitab kimi çap olunmasına kömək etmişdim. 
Bir-neçə aydan sonra Moskvada olanda mən Albert Lixanova 
zəng etdim. O dedi: «Muxtar, mən çox utanıram. Gəl görüşək». 
Görüşdük. Lixanov çox pərt vəziyyətdə söhbətə başladı: «Sən 
məni çox çətin vəziyyətdə qoymusan. Əsər heç şübhəsiz ki, çox 
güclüdür. Tərcümə və ön söz müasir ədəbiyyatımızın iki nəhənginə 
məxsusdur. Onu çap eləməmək deyərdim ki, günahdır. Amma, əsəri 
çap eləsəm işdən çaxarılacağam. Hamı bilir ki, siyasi büro dizləri 
əsən qocalardan ibarətdir. Poema onların bu günkü bacarıqsızlığına 
işarədir. Mən bununla bağlı öz fi krimi telefonla Çingiz Torekuloviçə 
də bildirmişəm. Xahiş edirəm, incimə». 
Bir il sonra Daşkənddə, Asiya və Afrika ölkələri yazıçılarının 
konfransında mən Sovet Ittifaqı Kommunist Partiyası  Mərkəzi 
Komitəsinin  ən böyük tirajlı  nəşri - «Oqonyok» jurnalının baş 
redaktoru Anatoliy Sofronovla görüşdüm. O, məndən çap eləmək 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə