Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə6/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   2   3   4   5   6   7   8   9   ...   93

22
Çox təəssüf ki, mütləq hakimiyyət bəzən insanların öz 
şərəf və ləyaqətini itirməsi ilə nəticələnir”.
Kimsə kitabdakı bu sözləri türkmən rəhbərinə göstərir. Bərk 
əsəbiləşən Türkmənbaşı göstəriş verir: “Aytmatov  və Şaxanov Türk-
mənistana buraxılmasın!” Bunu eşidən Çingiz Torekuloviç gülərək: 
“Türkmənistanda olmaq üçün ürəyimiz getmirdi” – dedi. 
Vaxtı ilə biz oxşar mədəniyyətə, mənəvi dəyərlərə, adət-
ənənəyə malik respublikalar: Özbəkistan, Qazaxıstan, Qırğızıstan, 
Türkmənistan və Tacikistanın ədəbiyyat və incəsənətinin bir-birinə 
yaxınlaşdırılması üçün mərkəzi Daşkənddə olmaqla “Orta Asiya 
Xalqları Assosiasiyası” yaratmışdıq. O vaxt Özbəkistan prezidenti 
İslam Kərimov bizə böyük dəstək göstərdi. Çingiz Aytmatov yek-
dilliklə Assambleyanın prezidenti, Özbəkistan yazıçılar İttifaqı idarə 
heyətinin birinci katibi Adil Yaqub birinci vitse prezident seçildi-
lər. Mən də vitse-prezidentlərdən biri oldum. Növbəti toplantılardan 
birinə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandan alimlər, 
incəsənət xadimləri, şair və yazıçılar təşrif  buyurmuşdular. Yalnız 
Türkmənistandan heç kim gəlməmişdi.
İştirakçılar qərara gəldilər ki, Türkmənbaşıya Aytmatov özü 
zəng eləsin. Həmkarlarımızdan kimsə dedi ki, bunun xeyri yoxdur. 
“Bu insan onun mənliyinə toxunanları heç vaxt bağışlamır”. Buna 
baxmayaraq, özbək həmkarlarımız prezidentin qəbul otağı ilə tele-
fon əlaqəsi yaratdılar. Uzun fasilədən sonra cavab gəldi: “Türkmən-
başı məşğuldur, onun vaxtı yoxdur”. Məlum oldu ki, o, həqiqətən də 
köhnə incikliyi unutmayıb. 
Növbəti il bizim toplantıda Özbəkistana  şəxsi işləri ilə bağlı 
gələn türkmən akademik, görkəmli alim də iştirak edirdi. Nahar vax-
tı şəxsiyyətə pərəstişin dünya miqyasında nəticələri ilə bağlı maraqlı 
söhbətimiz oldu. 
Mən bununla bağlı bu yaxınlarda Qırğızıstan prezidenti Əsgər 
Akayevlə söhbətimizin məzmununu danışdım. O, rəsmi səfərlərindən 
birində Sankt-Peterburqda köhnə dostu, Lenin mükafatı laureatı, 


23
məşhur heykəltaraşla görüşüb. Həmin heykəltaraş səhərdən axşama 
kimi Türkmənbaşı üçün dua edərək ona uzun ömür arzulayır. 
Yazıçılardan biri soruşdu: 
- Türkmənbaşı bu heykəltaraş üçün nə edib ki, o, gecə-gündüz 
ona dua edir? 
- Heykəltaraşın doğma atasının belə onun üçün etmədiklərini.
- Necə?..
- Türkmənbaşı ona özünün 300 heykəlini düzəltməyi sifariş 
edib və pulunu da ən yüksək qiymətlə əvvəlcədən ödəyib. Növbəti 
ildə isə daha 300 heykəl sifariş edəcəyini deyib. Beləliklə leninqradlı 
sənətkarlar indi pul içində üzürlər. İndi onlar Türkmənbaşıya necə 
dua eləməsinlər?   
Masa arxasında oturanlar hamısı güldülər. Yalnız türkmən 
akademik gülmürdü. 
- Siz necə düşünürsünüz? – deyə mən ona müraciət elədim. – 
Sizdə Türkmənbaşıya sitayişin nəticələri hiss olunurmu? 
Alim heç ağzını da açmadı. 
- Sizdə Türkmənbaşıya şeir həsr edən şairlər çoxdur? – deyə 
bir sual da verdim. 
Akademik bircə  kəlmə  də deməyərək bir nöqtəyə baxır və 
yeməyi çeynəməkdə davam edirdi.
- Aşqabadda Türkmənbaşının qızıl heykəlinin hündürlüyü nə 
qədərdir? 
Alimin pis eşitdiyini fi kirləşərək mən uca səslə bir də soruşdum. 
Amma, ondan yenə də səs çıxmadı. Sanki, heç nə eşitmirdi. 
Söhbətə Adil Yaqubov da qoşuldu. 
-  Ay Muxtar, qonağa yazığın gəlsin. O, Türkmənbaşı ilə bağlı 
suallara cavab verməyəcək. Eşitməmisən “divarların da qulağı var”?
... Kremldə SSRİ Ali Sovetinin ekologiya ilə bağlı toplantılarından 
birində  mən Aralın problemlərindən danışdım və Amudəryanın su 
ehtiyatlarından israfçılıqla istifadə etdiyinə görə Türkmənistan SSR-
nı kəskin tənqid etdim. Türkmənistan Kommunist Partiyası Mərkəzi 
Komitəsinin birinci katibi Saparmurad Niyazov da iclasda iştirak 
edirdi. 


24
Zaldan çıxandan sonra biz ikimiz bu barədə xeyli söhbət elədik. 
Mən onda fi kir verdim ki, o, tez-tez “mənim xalqım” ifadəsini 
işlədir. Mən hələ  ədəbiyyata yenicə  gəldiyim illərdən belə sözlər 
işlədən insanlara inamsızlıqla yanaşırdım.  Əlbəttə, bu sözlərin 
türkmən Berdı Kerbabayev, özbək Qafur Qulam və ya bizim Muxtar 
Auezovun  dilindən səslənməsi tamam başqa məsələdir. Mən bir 
misrası belə yaddaşlarda qalmayan “şairciyəzlər”, öz zəif səslərini 
texniki vasitələrlə bəzəyən istedadsız müğənnilər “mənim xalqım” 
deyəndə əsəbiləşirəm. 
Sonradan Türkmənistanda rəhbərə sitayiş kultu formalaşanda 
(o, Allah tərəfi ndən göndərilən peyğəmbər adlandırılırdı), mənim 
türkmən həmkar-dostlarıma yazığım gəldi. Hərdən onlarla 
telefonla danışanda, bu yazıqların özlərini itirdiklərini, siyasət və 
ya Türkmənbaşı barədə söz deməyə qorxduqlarını hiss edirdim. 
Çoxdan tanıdığım bir yazıçı heç məsələyə aidiyyatı olmadan, birdən-
birə Türkmənbaşını tərifl əməyə başlayanda mənim “ətim ürpəşirdi”. 
Ehtimal etmək olardı ki, telefon danışıqları dinlənilirdi. 
Dünya tarixində öz şəxsi maraqlarını xalqın taleyüklü 
maralarından daha yüksək tutan, özlərini Allah hesab edən 
“yekəbaşlar” çox olub.  «Uçurum üzərində ovçu fəryadı» (Əsrin 
sonunda etiraf) kitabında belə  dəlisov rəhbərlər barədə geniş 
danışılıb. Onların bəziləri barədə.
“Şaxanov. ...Rusiya imperiyası Anna İoannovnanın 
hakimiyyəti (1730-1740)  illərində  tənəzzül dövrünü 
yaşayıb. Rusiyalı tarixçilər yazırlar ki, imperatrisa Anna 
müxtəlif  şənliklərə, eyş-işrətə meylli  tənbəl və axmaq 
hökmdar olub... 
Hakimiyyətinin sonuncu ilində Anna İoannovna 
knyaz Qolisın və qulluqçusu, kalmık qızı Bujeninovanın 
toyunu keçirir və bunu bütün Rusiyaya elan edir. Bununla 
imperatrisa saray qaydalarına  əməl etməyən  əsilzadə 
knyazı  cəzalandırmaq istəyir. Annanın  əmri ilə  qışda 
Neva çayı üzərində buzdan saray tikilir. Toy Mərasimi bu 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə