Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


sarayda olmalı imiş. Bütün divarlar, pəncərələr, mebel



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə7/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   2   3   4   5   6   7   8   9   10   ...   93

25
sarayda olmalı imiş. Bütün divarlar, pəncərələr, mebel, 
qab-qaşıq, hətta evlənənlərin yatağı da buzdan düzəldilir. 
Rusiyanın hər yerindən gətirilmiş tatarlar, 
mordoviyalılar, çuvaşlar, neneslər və başqaları milli 
paltarlarda oxuyub-oynayaraq bütün paytaxta səs salırlar. 
Toydan sonra isə gecə yarısı evlənənləri buz yatağa 
uzadırlar. Xüsusi müşahidəçilər zifah gecəsinin lazımi 
qaydada keçməsinə nəzarət edirdi. Knyaz və kalmık qızı bu 
sınaqdan uğurla çıxırlar. Növbəti il onların əkiz oğlanları 
dünyaya gəlir. Yalnız öz maraqlarını güdərək istədiyini 
edən dar düşüncəli hökmdarların rəhbərliyi altında xalq 
xoş güzəran görə bilərmi...
Daha bir tarixi məlumat. Məlumdu ki, 1731-ci ildə 
Rusiya imperiyası ilə qazax xalqının qərb hissəsi arasında 
diplomatik münasibətlər qurulub və müvafi q  sənədlər 
imzalanıb. Kiçik qazax juzunun başçıları, bəyləri və 
batırları müxtəlif hədiyyələrlə Sank-Peterburqa gedərək 
imperatrisaya öz ehtiramlarını bildirmək istəyirlər. Anna 
İoannovna Qazax səhralarının nümayəndələrini qəbul 
etmək üçün ilkin razılığını verir. 
Nümayəndə heyəti bir tatar-tərcüməçi tutur və hər gün 
çarın iqamətgahının kandarına gələrək gözləyir. Amma, 
günlər, həftələr keçir, lakin çarın qızıl qapıları elçilərin 
üzünə açılmır. Əyanları növbəti dəfə qızıl-brilyant içində 
itən Anna İoannovnaya bir-neçə ay yol gələn qazaxların 
qəbula düşmək istədiklərini deyəndə isə bekarlıqdan üzülən 
imperatrisa belə cavab verir: “Fövqəladə bir iş meydana 
çıxıb. Bu səhər holland kralının mənə bağışladığı meymun 
doğub. Onun balaları elə  şirindi ki. Bu qayğılardan 
mənim lap başım ağrıyır. Buna görə  də onları  qəbul edə 
bilmərəm... ”
AYTMATOV. ... 2-ci Yekaterinanın hakimiyyəti 
dövründə Malorusiya (Ukrayna və Krım) Rusiya 


26
imperiyasının tərkibinə daxil olur. Ora qubernator 
imperatrisanın çox yaxın dostu, favorit, knyaz Potyomkin 
təyin olunur. 
1787-ci ildə Malorusiyada əhalinin güzəranı və işlərin 
necə qurulması ilə tanış olmaq istəyən imperatrisa ora gedir. 
Nəzərdə tutulmuşdu ki, İmperatrisa yemək və dincəlmək 
üçün Peterburqla Kiyev arasındakı 76 stansiyada və 35 
yaşayış məntəqəsində dayanacaq. Öz əyanları ilə birlikdə 
əvvəlcədən planlaşdırılmış marşrutla səyahət edən 2-ci 
Yekaterina Malorusiyadakı yeni təbəələrinin necə varlı, 
yaxşı yaşadıqlarını, həyatlarından razı olduqlarını görür 
və buna çox sevinir. Öz hökmdarlarını böyük xoşbəxtliklə 
qarşılayan, oxuyub-oynayan kütlə, böyük heyvan sürüləri, 
məhsulla dolu anbarlar bu diyarın qeydinə qalan, gecə-
gündüz işləyən qubernatorun əməyinin göstəcisi deyilmi?
Amma, Peterburqa qayıdarkən Potyomkinin 
fırıldağının üstü açılır. Sən demə o, imperatrisanın keçəcəyi 
kəndlərin sakinlərini hələ bir il əvvəldən geyindirib-
keçindirirməyə başlayıb. Bəs saysız-hesabsız sürülər? 
O, bunun da yolunu tapıb. Bir stansiyada İmperatrisaya 
göstərilən sürü gecə, 2-ci Yekaterina dincələrkən növbəti 
stansiyaya aparılırmış. Bəs buğda ilə dolu anbarlar necə? 
Kisələrin heç birində buğda olmayıb. Onların hamısı qumla 
doldurulubmuş. Yəqin tarixdə yalnız öz mənafelərini güdən 
“potyomkinlər” tərəfi ndən aldadılan hökmdarlar çox olub. 
Bu hadisə isə Rusiya tarixinə “potyomkin kəndləri” adı ilə 
düşüb. 
ŞAXANOV. Tarixdən bizə yaxşı məlumdur ki, bir çox 
hallarda cəmiyyətdə qəddarlığın geniş yayılması və bunun 
milli faciə  səviyyəsinə kimi yüksəlməsində hakimiyyətin 
böyük rolu olub. Məsələn, Qədim Romadakı qladiator 
döyüşlərini götürək. Silahlı döyüşçülərin davası  əvvəlcə 
ölən imperatorların xatirəsinə təşkil olunurdu. Sonradan 
isə bir növ xalq oyunu kimi bütün İtaliyaya yayıldı.  


27
Bizim eradan əvvəl 3-cü əsrdən başlayaraq isə ölkədə 
məxsusi olaraq qladiator döyüşləri üçün indiki ifadələrlə 
desək,  ən müasir texnika və avadanlıqla təchiz edilmiş 
arena və komplekslər inşa olunurdu. Dəniz döyüşlərinin 
canlandırılması üçün gəmilər tikilir və minlərlə qullara 
və  əsirlərə silah paylanırdı. At, nizələr və  qılınclarla  
döyüşlərin  müxtəlif “janrları” meydana çixaraq inkişaf 
etməyə başladı.  
Bu qanlı döyüşlərin miqyası, qəddarlığı  və 
qurbanlarının sayı  ildən ilə artmaqla imperatorlardan 
tutmuş dilənçilərə  qədər hamının ağlını  əlindən alır və 
onları öz pərəstişkarına çevirirdi. Qladiator döyüşlərini 
teatr tamaşası hesab edən  İmperator Kaliqula qadınları, 
qocaları, hətta  şikəstləri də arenaya çıxmağa məcbur 
edirdisə, Klavdiy quru döyüşləri ilə kifayətlənməyərək 
suda da qırğınlar təşkil edirdi. İmperator Vitelliy öz doğum 
günü münasibətilə Romanın 265 məhəlləsinin hamısında 
qladiatorları bir-birini öldürməyə məcbur etmişdi. Tit isə 
bu “kefi ” 100 günə kimi uzatmışdı. Troyanın hakimiyyəti 
illərində döyüşlər daha yüksək səviyyəyə qalxdı və 123 gün 
ərzində 10 min qladiator bir-birinin qarnını cırdı, qollarını 
və başlarını kəsdi... 
Yüz minlərlə tamaşaçıya gəldikdə isə, onlar səhərdən 
axşama kimi bu tamaşadan həzz alır,  şənlənir, qalibləri 
təbrik edir və  həlak olanları  qınayaraq onların hörmətə 
layiq olmadıqlarını deyirdilər. Dinc insanların qan içində 
boğulmasına baxmaqdan həzz almaq – bundan daha idbar 
bir şey ola bilərmi? 
Bu qanlı oyunlara aludəlik xəstəliyindən qurtarmaq 
üçün Roma xalqına ilk əlini uzadan xristian dini oldu. 
İmperator Böyük Konstantin xaçpərəstliyi qəbul edən 
kimi ölkə kilsə zənglərinin xoş sədası ilə doldu və insanlar 
üzlərini yaxşılıq və mərhəmətə doğru çevirdilər. Və burda 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə