Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə93/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   85   86   87   88   89   90   91   92   93

328
Tələm-tələsik xəstəxanadan çıxaraq Kanşaim, Kuanış  və 
Ayşoreklə birlikdə Aytmatovun dəfninə bir gün qalmış Bişkekə get-
dik. Qazaxıstanın Qırğızıstandakı səfi rliyində işləyən Boranbek Al-
berqenov bizi sərhəddə qarşıladı. Yolüstü onun evinə gedərək öz şey-
lərimizi ora qoyduq və birbaşa Aytmatovun evinə - Ala-Arşaya yol-
landıq.  Aytmatovun ailəsinə, doğmalarına və yaxınlarına başsağlığı 
verən Qırğızıstan Respublikasının prezidenti Kurmanbek Bakiyev 
mənə yaxınlaşaraq dedi:  “Hesab edirəm ki, sizə də Çingiz Toreku-
loviçin ən yaxın dosti kimi ayrıca olaraq başsağlığı vermək lazım-
dır”. Mən ona minnətdarlığımı bildirdim. Biz ikimiz gedib Qırğız 
ədəbiyyatı və incəsənətinin korifeylərinin yanında oturduq. Onların 
arasında Qazaxıstan Yazıçılar İttifaqının sədri, şair Nurlan Orazalini 
də gördüm. Söhbət vaxtı Qırğızıstan prezidentinə dedim: 
– Kurmanbek qardaş, Qazaxıstan Respublikasında kökü “amer-
ika milləti” məfhumundan gələn   “qazaxıstan milləti” ideyası ye-
tişib. İndi qazax xalqı öz ölkəsindəki 140 millətdən birinə çevrilib. 
Əgər belə qanun qəbul olunsa və kimsə desə ki, “mən qazaxam”, 
məsuliyyətə  cəlb olunacaq. Bu addım tədricən bütün qazax mək-
təbləri və başqa millətlərin məktəblərinin ləğvi ilə  nəticələnəcək. 
Bundan başqa milli dillərdə olan bütün nəşrlərin bağlanması üçün 
şərait yaranacaq. Bu ideya “Qazaxıstan Respublikasının 2030-cu ilə 
kimi olan inkişaf strategiyası”- na daxil edilib. Respublikanın ictimai 
təşkilatları birləşərək “qazaxıstan milləti” ideyasına etirazını bildi-
rib. “Qazaxıstan milləti” ideyası yoluxucu ola bilər və biz məsələn, 
“qırğızıstan milləti”-nin yaranmasının şahidi ola bilərik. Bir prezi-
dent kimi bu məsələ barədə nə fi kirdəsiniz? 
– Muxtar Şaxanoviç, - Qırğızıstan Republikasının prezidenti 
dedi, – mənim arvadım rus olduğu üçün insanlar elə bilir ki, mən 
milli maraqlara qarşı biganəyəm.  Əminəm ki, “qazaxıstan milləti” 
ideyası millətin və onun dilinin məhvinə yönələn bir istiqamətdir. 
Buna görə də mən heç vaxt bu ideyanı dəstəkləmərəm! 
– Kurmanbek Salimoviç, - mənim səsimi bir qədər qaldırıb 
dedim. – Burda başda xalq qəhrəmanı Suyunbay Eraliyev olmaqla 


329
tanınmış adamlar, qırğız ədəbiyyatı və incəsənəti, həmçinin siyasə-
tinin qaymaqları yığılıb. Siz indicə dediyiniz sözləri bir and kimi bi 
cəmiyyətin qarşısında təkrar edə bilərsinizmi? 
– Deyə bilərəm ki, Qırğızıstan Respublikası heç vaxt “qırğızıstan 
milləti” ideyasını qəbul etməyəcək, - prezident əminliklə dedi. 
– Çox gözəl. Siz əsl vətəndaş mövqeyi nümayiş etdirdiniz. Siz-
in haqqınızdakı bir qədər mənfi  rəyimə yenidən baxmalı olacağam, 
- deyə mən minnətdarlıqla onun əlini sıxdım. 
Bu vaxt Qırğızıstanın “Müstəqil hərakat”-ının sədri Toktayım 
Umetaliyeva mənə pıçıldadı: “Bir dəqiqəlik kənara çəkilə bilərik?” 
Bizim yaratdığımız “Müstəqilliyin müdafi əsi” ictimai hərakatının 
prezidium üzvü Bareta Erqaliyeva da onun yanında idi. Bareta mənə 
danışmışdı ki, onun anası Kulan Xasenova  Jambıl baytarlıq texni-
kumunda Çingiz Aytmatova qazax dili və ədəbiyyatından dərs deyib. 
Yadımdadır ki, Respublika Sarayında keçirilən yaradıcılıq axşamım-
da o, məni anası ilə tanış etmişdi. Toktayım və Bareta bildirdilər 
ki, Əskər Akayev iki dəfə zəng edərək Çingiz Aytmatovun dəfnində 
iştirak etmək istədiyini bildirib, amma Kurmanbek Bakiyev buna 
razılıq vermir. Əskər Akayev məndən xahiş edir ki, Bakiyevin buna 
icazə verməsinə nail olum. Qazaxıstan səfi rliyinin  məni müşayiət 
edən müşaviri Boranbek Albergenov mənə pıçıldadı: “Hakimiyyət 
öz qərarını dəyişməyəcək, boş yerə əziyyət çəkib Akayev üçün xahiş 
etməyin!”
Mənim Bakiyevlə görüşümdən az əvvəl elə  həmin həyətdə 
ağsaqqalların arasında Akayev barədə söhbət gedirdi. “Hakimi-
yyət Akayevə bura gəlməyə icazə versə, Aytmatovun dəfn mərasi-
mi üsyana çevrilə bilər”, - bir alim dedi. Akayevin halına yansam 
da, anlayırdım ki, heç bir müsbət nəticə almaq mümkün deyil, buna 
görə də susdum. (“Qırğızıstan milləti” məsələsinə gəldikdə isə, Ayt-
matovun həyətində bu söhbətdən təxminən bir il sonra Ankarada 
beynəlxalq simpoziumda bir qırğız siyasətçi “qırğızıstan milləti” id-
eyasının Bakiyev hakimiyyəti tərəfi ndən perspektiv dövlət planına 
salınması barədə sənədin surətini mənə göstərdi. Mən sanki ildırım 


330
vurmuş adam kimi halsız vəziyyətdə yerimə oturdum. Yəni doğru-
danmı Bakiyevin xalqın qarşısında mənə verdiyi söz gözdən pərdə 
asmaqdan başqa bir şey deyilmiş?)
Əvvəlcə gözlənilirdi ki, Aytmatovun dəfninə Rusiyadan Putin, 
Qazaxıstandan Nazarbayev, Özbəkistandan Kərimov, Tatarıstandan 
Şaymiyev gələcək. Amma, sonra məlum oldu ki, prezidentlər öz nü-
mayəndələrini göndəriblər. Qazaxıstandan otuza yaxın  ədəbiyyat, 
incəsənət, elm və siyasət adamı  gəlmişdi. Onların arasında Abiş 
Kekilbayev, Şerxan Murtuza, Tursunbek Kakişev, Rımqali Nurqali, 
Mereke Kulkenov, Akim Tarazi, Bolat abilov, Oraz Jandosov, Qalım 
Jaylıbay, Raxımjan Otarbayev, Jarılkap Kalıbay, Talaptan Axmet-
jan, Uluqbek Esdaulet, Sautbek Abdraxmanov, Uteqen Oralbayev, 
Alimjan kurtayev, Nesipbek Dautayev, Diyar Kunayev, Boribay Jek-
senbin, Askar Karesov, Toleubek Mukaşev və başqaları da var idi. 
Onlar hamısı Aytmatova ünsiyyətdə olub, süfrə arxasında görüşüb, 
əsərlərini qazax dilinə tərcümə edib və ondan öz qəzetləri, jurnalları 
üçün müsahibə alıblar. Aydındır ki, onların hər birinin Aytmatovun 
xatirəsinə həsr olunmuş matəm mitinqində nitq söyləməyə haqqı var 
idi. Amma, onların arasında bir tanınmış yazıçı, həm Aytmatov, həm 
də mənim üçün əqidə qardaşına çevrilmiş Raxımjan Otarbayev xü-
susi yer tuturdu. Neçə il ardıcıl olaraq Qazaxıstanın Qırğızıstanda-
kı səfi rliyində mədəniyyət attaşesi kimi çalışan bu şəxs iki ölkənin 
mədəni əlaqələrinin inkişafına əhəmiyyətli töhfə vermişdi. Onun iki 
dramı – “Əfəndi Abutalıb” və “Abay - hakim” Qırğız akademik dram 
teatrında səhnələşdirilmiş  və böyük tamaşaçı  rəğbəti qazanmışdı. 
“Abay - hakim” dramının premyerasında Aytmatov sıxış edərək iste-
dadlı dramaturqun yaradıcılığını yüksək qiymətləndirmişdi. Sonra 
Şıken onun hekayələr kitabına ön söz də yazmışdı. Həmin matəm 
mitinqində hiss olunurdu ki, Raxımjan böyük yazıçının ölümü ilə 
barışa bilmir. O, ağlamaqdan gözləri şişmiş vəziyyətdə, dərin kədər 
içində dayanmışdı. Rusiyadan, Özbəkistandan, Tatarıstandan da 
xeyli yazıçı  və alimlər gəlmişdilər. Danışmaq istəyənlər çox old-
uğu üçün Qırğızıstan rəhbərliyi qərar verir: “Hər respublikadan bir 


331
nəfər danışacaq”. Qazaxıstan prezidenti adından yalnız dövlət katibi 
Kanat Saudabayev danışmalı idi. Amma, qırğız qardaşlar “Aytmat-
ovun yaxın dostları adından” danışmaq üçün mənə də söz verdilər. 
Mən Aytmatovun ölümünə həsr etdiyim “İki Çingiz və manqurtluq 
faciəsi” şeirimi oxudum: 
İki Çingiz ömür sürdü bu unutqan aləmdə
İki xaqan möhür basdı zamana.
İkisi də hünəriylə atəşiylə parladı
Birinin əlində qılınc, biri ruhlar fatehi.
İkisi də milyonlarla insanların övladı,
İkisini də unutmaz ulu qırğız dağları.
Biri şöhrət zirvəsinə qılıncıyla dırmanan,
Yer üzünü qana boğan ulu xaqan – Çingiz xan.
Digərinin tək silahı könülləri fəth edən,
Zülmə qarşı mədəniyyət sənəti.
Hər ürəkdə inci kimi parlayan,
Çağdaş Manas, böyük  ədib Çingiz can.
Onun ucadadır “manqurt” masalı,
Buna görə könlümüz çox tasalı. 
Manqurtlaşmaq günümüzdə yenilik,
Bütün xalqa yayıldı bu dəlilik.
Necə qurtularıq biz bu zillətdən?
Nə gözlənir manqurtlaşan millətdən?
Dil ulu anadır, unutmaq olmaz!
Unudanlar gec-tez anlar suçunu.
Bu anlamazların heç nəyi qalmaz,
İnsan oğlu dildən alır gücünü.
Dilini unudan millət yox olur,
Aytmatovlar bunun üçün savaşır.


332
Sən ölmədin, Çingiz ağam, ölmədin!
Hər əsərin ölkəmizdə minarə.
Yeddinci ruh alov-alov bağrında,
Dostum, ağam getdi, qaldım biçarə.
Ovulmaz könlümdə açılan yara!..
Sən xalqları birləşdirən körpüsən...
Sən Manassan, Mana kimi bəxtlisən,
Dərman oldun manqurtların dərdinə.
Torpaqda əbədi yuxuya daldın,
Tanrı dağlarında Çingiz dağ oldun! 
Aytmatovun dəfnində olduğu qədər böyük insan kütləsini mən 
nə Qırğızıstanda səfi r kimi çalışdığım on il ərzində, nə də sonralar 
iştirak etdiyim başqa böyük toplantılarda görməmişəm.  Hamının gö-
zləri yaşlı idi. İndiyə kimi “Uçurum üzərində ovçu fəryadı” kitabını 
sinəsinə  sıxmış bir rus qarısının sözləri yadımdan çıxmır. Böyük 
yazıçını  dəfn etmək üçün “Ata-Beit” qəbristanlığına tərəf  gedən 
insan selinin içərisində o, hönkür-hönkür ağlayırdı. Mənə baxıb o 
ucadan dedi: “Allah sizə can sağlığı versin. İndi Aytmatovun sağ 
qalan ən yaxın mənəvi dostu sizsiniz. Ona görə də baş sağlığımızı 
qəbul edin...”
Çingiz Torekuloviçin atasının da dəfn edildiyi “Ata-beit” 
qəbristanlığının mürəkkəb tarixi var...
Güllələnmiş 137 insanın qalıqları arasında 53 ildən sonra yal-
nız Torekul Aytmatov, Çingizin atasının güllələnmə yolu ilə ölüm 
hökmünə məhkum edilməsi barədə kağız parçaları çürüməmiş qalıb. 
Bunun arxasında nə sirr gizlənir?  Əgər bu kağız parçaları tapılma-
saydı heç kim, heç vaxt güllələnmiş digər 136 nəfər haqqında da 
heç nə bilməyəcəkdi. Bu hadisənin təfərrüatlarını bilmək üçün bu 
mövzuda “Uçurum üzərində ovçu fəryadı” kitabındakı söhbətimizə 
müraciət edək:  


333
“ŞAXANOV.  ...1938-ci ilin soyuq payızında Bişkek 
yaxınlığında, Çon-Taşın dağətəyi hissəsində yerləşən NK-
VD-nin (DİXK - Daxili Işlər üzrə Xalq Komissarlığı) isti-
rahət evinin yanına bir neçə yük maşınında çoxlu insan 
gətirib güllələdilər və cinayətin izini itirmək üçün əvvəl-
cədən qazılmış  xəndəklərdə basdırdılar. Amma, İstirahət 
evinin qarovulçusu Abıkan Kıdıraliyev kənardan bunu 
görmüşdü. Uzun illər  ərzində  ağsaqqal günahsız insan-
ların öldürüldüyü yerə gedərək dualar oxuyurdu. Qo-
canın Bübüra adında qızı var idi ki, 1928-ci ildə doğul-
muşdu, yəni sizinlə yaşıd idi. Atası Bübüraya bərk-bərk 
tapşırmışdı: “Yadında saxla, qızım, bu yerdə çoxlu insan 
basdırıblar. Vaxt gələr bunu hamıya danışarsan. Hələliksə 
heç kimə bir kəlmə də...” Qırğızıstan müstəqillik əldə edib 
demokratiya yoluna qədəm qoyduqda isə Bübüsara xala 
həmin hadisə barədə Dövlət Təhkükəsizliyi Komitəsinə 
məktub yazır. Komitədə  şöbə müdiri olan Bolot Abdrax-
manov peşə  ləyaqətlərinin ləkələnməsini istəməyən bəzi 
həmkarlarının müqavimətinə baxmayaraq ərazinin qa-
zılmasına nail olur. Faciə yerində 137 nəfərin qalıqları 
aşkarlanır. Onların arasında üzərində sizin atanız To-
rekul Aytmatovun da güllələnməsi hökmünün qeyd olun-
duğu üç vərəq yarıçürümüş kağız tapılır. Arxiv sənədlərin 
müəyyənləşdirməyə imkan verdi ki, həmin gün sizin atanı-
zla bərabər qırğız xalqının tanınmış simaları Cusup Ab-
draxmanov, Kasım Tınıstanov, Erkinbek Esenamanov, 
İmanalı Aydarbekov, Bayalı  İsakeyev, Asanbay Caman-
sarıyev, Osmonkul Alıyev, Sıdık Çonbaşev də  qətlə yeti-
riliblər. 
Bu dərd və kədər məkanına “Ata-Beit” (“Əcdadların 
müqəddəs məkanı”) adı verdilər. Qalıqların yenidən dəfn 
edilməsi üzrə  təntənəli matəm mərasimində respublika 
prezidenti Əskər Akayev də iştirak edirdi. Xüsusi olaraq 


334
bu mərasimdə iştirak etmək üçün siz də Lüksemburqdan 
gəlmişdiniz və nitq söylədiniz. İştirakçıların sözlərinə görə, 
bu hadisəyə biganə qala bilən bir nəfər də yox idi. Preziden-
tin xüsusi fərmanı ilə 1995-ci ildən başlayaraq noyabrın 25-i 
repressiya qurbanlarının anım günü elan edildi. Mərasim-
də biz bir yerdə idik. Sonu görünməyən insan axını var idi. 
Sizin bacılarınız – Lüsiya və Roza əllərində matəm çələngi, 
ağlamaqdan gözləri qızarmış şəkildə bizə tərəf gəlirdilər. 
Gənclər isə qürurla əllərində cavan, əbədi olaraq 35 yaşın-
da qalmış qara saç, gözlərindən sanki ətrafdakı bütün in-
san kütləsini ovunduracaq qədər mehribanlıq yağan bir 
insanın portretini aparırdılar. Bu Torekul Aytmatovun 
şəkli idi. Öldürüləndə o, sizdən -  ağ saç, həyatın bütün sın-
aqlarından ləyaqətlə çıxmış, şöhrətin zirvəsinə yüksəlmiş, 
atasının fəxr edə biləcəyi oğuldan iki dəfə cavan idi.
 
AYTMATOV. Hə, 53 ildən sonra 137 nəfərin qalıqları 
arasından tapılan atamın ölüm hökmü məni sarsıtmışdı. 
Möcüzədir ki, atamın döş cibində olan bu üç kağız parçası 
insan sümüklərinin, dəmirin də yoxa çıxdığı bir müddət - 
yarım əsrdən də çox keçməsinə baxmayaraq çürüməmişdi. 
Allah böyükdür! Gec də olsa ədalət yerini tapdı. Qoy bir 
də heç kimə bizim o illərdə keçirdiyimiz yuxusuz gecələr 
qismət olmasın,  heç kim bizim kimi alçaldılmasın, Allah 
heç kimə bizim keçirdiyimiz hissləri - ədalətsizliyə qa-
rşı gücsüzlüyünü anladığın üçün içəridən ürəyi dağlayan 
ağrı-acını yaşamağı nəsib etməsin”. 
Bir dəfə “Ata-Beit”-ə gedərkən yolda Aytmatov dedi: “Muxtar, 
bilmirəm niyə, amma sanki hansısa sehrli qüvvə məni “Ata-Beit”-ə 
çəkir, bəlkə ona görə ki, mənim atam burda dəfn olunub?”
Üç-dörd aydan sonra o, bu sözləri təkrarən dedi. Yəqin bu in-
tuisiya imiş... Budur, indi də biz onun nəşini “Ata-Beit”-ə, vaxtilə 
onun atasının da əbədi məskunlaşdığı məkana aparırıq...


335
Bu yaşıma kimi yüzlərlə, minlərlə, hətta on minlərlə adam-
la söhbət eləmişəm, dövlət işləri və ya ictimai işlərlə bağlı 
məsləhətləşmişəm, onların çoxu ilə bir yerdə yeyib-içmişəm, sevin-
mişəm, kədərlənmişəm... Mənəvi silahdaşlarım da çox olub.  Amma, 
qırğız xalqının bu böyük oğlundan başqa heç kimlə qəlbimin, şüuru-
mun dərinliklərində gizlənən, yeddinci hiss səviyyəsində duyduğum 
məsələlər barədə çox məzmunlu söhbətlər aparmamışam. Biz 
bir-birimizin üzərinə heç vaxt yazmadığımız, amma düşüncələrim-
izə hakim kəsilən o qədər fi kirlər, ideyalar və sirrlər axıdırdıq ki... 
Onu qara torpağın ağuşuna verərkən qəlbimə kədərli, ilahi bir sakit-
lik çökdü. Elə bir hiss keçirirdim ki, sanki kimsə  məni ucsuz-bu-
caqsız səhralıqda tək-tənha  qoyaraq gedib. 
Qırğız Everesti... və onun qarşısını kəsmək istəyən qara bulud-
lar, - biz bu xatirələrdə bunlar barədə danışdıq. İndi əzəmətini bütün 
dünyanın etiraf etdiyi bu Qırğız Everestinin heç kimin ləkələyə 
bilməyəcəyi başqa həyatı başlayıb. İnanırıq ki, bu gün təkcə qırğız 
dağları  və qazax çöllərində deyil, bütün dünyada maddi sərvətlər, 
yəni “qarın” maraqlarının ön plana keçdiyi, insanı insan edən mənəvi 
dəyərlərin isə arxa sıralara sıxışdırıldığı bir dövrün sonu çatacaq. 
Və onda heç şübhəsiz ki, Qırğız Everestinin yeni erası başlayacaq. 
Hələliksə o, fəth etdiyi mənəviyyat və intellekt zirvəsindən qayğılı 
və fi kirli halda bizi seyr edir... 
Avqust 2010 – may 2011.


336
İÇİNDƏKİLƏR
Vəli Əkbər.  Özünə baxış üçün güzgü. (Muxtar Şaxanovun 
«Həqiqət formulu və sevgi everestinin fəthi» kitabı barədə»). .......
.........................................................................................................3
Unikal xasiyyət.  ........................................................................... 6
Brejnevə 73 alqiş. Sov.IKP MK Siyasi Bürosunun 
 taqətsiz qocalari və Suslovun qəzəbi. ........................................ 8
«…Allah saxladı, az qala Qırğızıstanın prezidenti olacaqdım».         
....................................................................................................... 14
Saykal. ......................................................................................... 17
AY - ayaqqabi yalayanlar, Xruşov və Kim Ir Sen, 
Aytmatovun Türkmənbaşiya zəng etməsi, Səddam Hüseynin 
portretləri, adamyeyən prezidentlər və ya bizdə də Türkmənbaşini 
Allahla bir edən Jutdiyev kimilər çoxdur. .................................18
Qopmuş düymə. ........................................................................... 55
İki prezidentlə birlikdə və ya Jambılın 
bayramında kədər. ....................................................................... 57
Çingiz Aytmatovun “Çingizxan” rok qrupu ilə səhv salınması. 
20 dəqiqənin 8 dəqiqə ilə əvəzlənməsi, YUNESKO-nun forum-
larında mənzum hesabatlar və alman torpağında “azarkeşlər”    
....................................................................................................... 59
Etjemes Eşimov ........................................................................... 73
Yevtuşenkonun poeziya axşamı. Aytmatovla mən “Yat, sevgilim” 
və “Hər görkəmsiz olan – mənasız deyil” şeirləri söylənərkən 
necə yuxuladıq. ....................................................... .................... 75
“Literaturnaya qazeta”- da təqdimat. Moskva biznesmenlərinin 
bağişladiği iki mənzil. Almatıda A.Voznesenski, C.Eşberi 
və mənim keçirdiyimiz, amma camaatın gəlmədiyi poeziya gecə-
si.  .................................................................................................. 85
Yaltaqlığın acısı barədə Heydər Əliyevlə söhbət.   ................... 90
«Bacarsan, bağışla…»  ................................................................ 99


337
Süleyman Dəmirəllə açıq söhbət və Aytmatovun layiq görülmədi-
yi Nobel mükafatı...................................................................... 101
Almatıda yaradıcılıq axşamı... Baurjan Momışulı barədə 
xatirələr və aşiq qadınların məktubları  ...................................107
Şımkentdə Aytmatov adına məktəb. Niyə at insandan daha 
mərddir?..................................................................................... 117
İslam Kərimov və qohum qan genofondu. .............................. 133
Stokholmdan gətirilmiş ilan əti. ............................................... 137
Corc Sorosla görüş. Tükənməz var-dövlətin problemi. 
28 milyardın sahibi piyada gəzir və ya həqiqi xoşbəxtlik zirvəsinə 
aparan yeganə yol. .................................................................... 139
Kral və onun xanımı. Səksənbayların və Doxsanbayların doğul-
ması halları. Dekabr üsyanını yatırmaq üçün yetimlərdən təşkil 
olunan hərbi dəstə ..................................................................... 151
Çingiz Aytmatov Çingizxanla bağlı 
mübahisələrdə. ........................................................................... 165 
Musrepovun iki qəhrəmanlığı və uğursuz məhəbbəti barədə.
Qeyri-adi zövqün bəlası  və ya Hacımukanlar və bildirçin iste-
dadı barədə düşüncələr. “Cinayətkarların” DYP əməkdaşları 
tərəfi ndən saxlanılması. ............................................................ 200
Iki nəfərin dostluğu. SSRI prezidentindən Konstitusiya  
Məhkəməsinə şikayət və Qorbaçov qazax xalqından necə 
üzr istədi. Raisa Maksimovna ilə söhbət və Yeltsin haqqında 
xatirələr ...................................................................................... 219
Infarkt. Aytmatovun, Dəmirtaşın və Türkiyə 
hökumətinin köməyi. Mariya Urmatovnanın
 Bübüsara barədə fi kirləri ........................................................ 250
Aytmatovun böyük məhəbbəti. ................................................ 255
Həqiqət və manqurtlaşdırmanın sirri. .................................... 280
Aytmatovla vida. Qırğızıstan prezidenti K.Bakiyevlə 
“qırğızıstan milləti” barədə söhbət. Akayevin telefon zəngi və 
qırğız Everestinin “Ata-Beit” 
qəbristanlığında dəfni............................................................... 325


338
Muxtar Şaxanov
HƏQİQƏT FORMULU 
VƏ MƏHƏBBƏTİN  
EVEREST  ZİRVƏSİ
Dostum-qardaşım Ç.Aytmatov barədə esse

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə