Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə89/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   85   86   87   88   89   90   91   92   93

314
necə bitəcək, nəticə necə olacaq? Bunu bu gün bütün dünya diqqətlə 
izləyir. 
13 may 2008-ci ildə Çingiz Aytmatov zəng etdi və bildirdi ki, 
oğlu Eldarla birlikdə Bişkekdən gəlib ki, onun “Əlvida Gülsarı” 
əsəri  əsasında çəkilmiş eyni adlı  bədii  fi lmə musiqi yazan Kuat 
Şildebayevin yeni albomunun  təqdimat mərasimində iştirak etsin. 
“Mümkün qədər tez gəl. Mən səni girişdə gözləyirəm”, - dedi. Mən 
cavab verdim ki, heç cür gələ bilmirəm, çünki, dünən yol qəzasında 
“Jalın” jurnalının əməkdaşı Jibek Bakirovanın qardaşı həlak olub və 
biz bütün kollektivlə ona başsağlığı verməyə gedirik. Bir qədər son-
ra Aytmatov yenə zəng vurdu. “Muke, - dedi, - sən bir qədər sonra
ya da axşam gedə bilmərsən yasa? Xahiş edirəm... Həm də bir prob-
lem var, danışmalıyıq”. 
Mən razılaşdım. “AlemArt” ictimai fondunun qarşısında Çingiz 
Torekuloviç, Eldar və daha bir neçə nəfər məni gözləyirdilər. İçəriyə 
daxil olduq. 
Mən bilirdim ki, Kuat Şildebayev “Mustafa Çokay”, “Otrarın 
süqutu”, “Stalinə  hədiyyə”, “Uljan” və  “Əlvida Gülsarı”  fi lm-
lərinə musiqi yazmış istedadlı bəstəkardır. O, həm də Aytmatovun 
“Manqurt haqqında əfsanə” romanının motivləri əsasında rok mu-
siqi də yazmışdı. Bu dəfə “AlemArt” ictimai fondunun dəstəyi 
ilə  bəstəkarın “Adam”, “Emşan”, “ProtoAdam” və  bəzi başqa 
əsərlərindən ibarət olan üç albomun təqdimatı nəzərdə tutulmuşdu. 
Çıxış edənlərin hamısı qazaxlar idi, amma Bolat Atabayevdən başqa 
hamısı dövlət dilimizə necə ikrah hissi ilə yanaşdıqlarını göstərdilər. 
Mən elə təzəcə bununla bağlı narazılığımı bildirməyə başlamışdım 
ki, mənim öz dilinə hörmət etməyən kosmopolitlərə münasibətimi 
yaxşı bulən Aytmatov dedi: 
- Deyəsən albomla bu tanışlıq uzun çəkəcək. Bəlkə çıxaq küçədə 
bir az danışaq? 
Çıxışa doğru getdik. Heç kim demədiki: “Hara gedirsiniz?” 
Sakitcə girişin qarşısındakı meydançada gəzişməyə başladıq. 
- Muxtar, - bir az sonra Aytmatov dedi, - sənin Türkiyədə can-
lı yayımda “doğma dildə danışmamaq və düşünməməyin zərəri” 


315
barədə dediklərin məni də dərindən düşünməyə vadar edib. İndi də 
səni  əsəbiləşdirdi ki, qazaxlar bir yerə toplaşıb, amma heç biri öz 
doğma dilində danışmır.  Əlbəttə, mən səni busu düşürəm. Amma, 
niyə sənin qaldırdığın problem müstəqillik əldə edilən kimi, ya da 
heç olmasa on il bundan əvvəl qaldırılmamışdı? Ən acınacaqlısı isə 
budur ki, Orta Asiyanın görkəmli elm və ədəbiyyat xadimləri, lap elə 
sizin klassiklər Muxtar Auezov, Sabit Mukanov, Qapit Musrepov da 
belə ağlabatan təklifl ərlə çıxış etməyiblər. Axı o vaxt insanlar daha 
tez ayılardılar. İndi, iş işdən keçəndən sonra sən bu məsələni qab-
ardırsan. 
- Hə, amma bunun arxasında axı simasızlaşdırma, milliyyətdən 
məhrum etmə, ruslaşdırma siyasəti durur, və siz bunu yaxşı bilir-
siniz, - mən dedim. Başqa xalqları bizim ədəbiyyatımızla tanış etmə 
işində rus dilinin böyük xidmətləri olub. Siz axı qırğız dlində gözəl 
yazırdınız, sonradan rus dilində yazdığınız  əsərləriniz isə dünya 
tərəfi ndən qəbul edildi. Əlbəttə, məsələnin bu yaxşı tərəfi ni də biz 
qətiyyən untmamalıyıq. Amma, əgər əsrlərdən-əsrlərə və bu gün də 
qırğız dili, qazax dili sıxışdırılırsa buna necə əhəmiyyət verməmək 
olar? Bizim buna haqqımız varmı? Doğma dilimizə hörmət etməmək, 
ona qarşı biganə olmaq doğma anamızdan üz çevirməyə bərabər dey-
ilmi? Doğma dildə danışmamaq və düşünməmək – bu sizin də indi 
dediyiniz kimi özümüzə təhqirdir. Amma, bunu hətta, sizin adlarını 
çəkdiyiniz klassiklərimiz də  dərindən dərk etmirdilər. Auezov da, 
Mukanov da, Musrepov da, Mustafi n də, Tajibayev də, Esenberlin də 
öz uşaqlarına rus dilində təhsil veriblər. Öz milli adət-ənənələrindən, 
xalqının yaşam tərzindən ayrı düşən bu uşaqların çoxu nəinki, öz 
atalarının yazdıqları kitabları doğma dildə oxumayıblar, hətta başqa 
dillərin maraqlarını müdafi ə edib, başqalarının xeyri üçün çalışıblar. 
Bəziləri isə milli adətlərə görə öz rəhmətə gedən valideynlərinə du-
alar oxumaqdansa, başqa dini qəbul ediblər. 
- Sənin bu dediklərinlə razılaşmamaq mümkün deyil. Amma, 
siyasət belə idi. Əgər rus dilində təhsil almırdınsa, rus dilini mükəm-
məl bilmirdinsə, sən nəinki, böyük karyera qurmurdun, heç adi xid-


316
mətçi də işləyə bilmirdin, - Aytmatov dedi və fi krə getdi. – Sənin indi 
qaldırdığın bu problemlər isə nə gizlədək, heç kimin ağlına gəlmirdi. 
Bir neçə ölkənin qabaqcıl  şəxsləri sənin  şeirlərdən ibarət “Köksü-
zləşmə  təhlükəsi konsepsiyası” traktatını  həvəslə  dəstəkləyiblər. 
Berlində Fridrix Xitser bir qrup alman aliminin qarşısında sənin bu 
konsepsiyanı yeni mövqelərdən şərh edib. Sən isə bir daha mənim 
üçün “Doğma dildə danışmamaq və düşünməməyin zərəri”-ni izah 
et. Qismət olsa, istəyirəm sənə  dəstək vermək üçün bu barədə bir 
məqalə yazım. 
Mən  fi krimi toplayaraq, məsələnin məğzini Aytmatova izah 
etməyə başladım. Oxuculara hər  şeyin aydın olması üçün müasir 
dövrümüzün mənəviyyat problemlərinə həsr olunmuş “Doğma dildə 
danışmamaq və düşünməməyin zərəri və kosmopolit axınla qarşısı 
kəsilən dillərin taleyi” adlı traktatdan bir hissəni təqdim edirəm:
“Təbiətdə köksüz bircə ağac va ya bitkinin də olmadığı 
kimi, insan da öz əcdadları ilə görünməyən köklərlə bağlıdır. 
Alman alimləri belə bir eksperiment keçiriblər. 
Doğulandan dərhal sonra hələ bircə söz də  eşitməmiş 
10 alman, 10 ingilis və 10 fransız körpəni bir palatada yer-
ləşdirib və ağızlarına əmzik veriblər. Əvvəlcə alman dilində 
danışaraq xoş sözlər işlədib, həyatda yaxşı yol arzulayıblar. 
Bu vaxt ingilis və fransız körpələr deyilənlərə reaksiya ver-
məyiblər. Alman uşaqlar isə canlanıb, üzlərində müsbət 
emosiyalar yaranıb və onlar həvəslə  əmziklərini sormağa 
başlayıblar. Həmin sözlər ingilis, fransız dillərində səsləndi-
riləndə isə bu millətdən olan körpələr alman uşaqların 
hərəkətlərini təkrarlayıb. 
Bu nədir? Hər bir kəsin valideynləri,  əcdadları var. 
Çoxdan bu dünyadan köçmüş əcdadlar və onların bu günkü 
xələfl əri arasında  fi kir-duyğuların informasiya-genetik ax-
ını vasitəsilə gözə görünməyəm əlaqə yaranır. Əgər kimsə öz 
doğma dilində danışmağa, düşünməyə son qoyursa, bu əlaqə 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə