Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


utqan insana yaddan çıxmış dillərin forma və məzmununu



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə88/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   85   86   87   88   89   90   91   92   93

311
utqan insana yaddan çıxmış dillərin forma və məzmununu 
xatırladır...
Böyük dövlətlərin müstəmləkələr  ələ keçirmək 
məqsədilə yeritdikləri təcavüzkar siyasət nəticəsində başqa 
xalqın dilinin, dininin və mənəvi dəyərlərinin məhv edilmə-
si faktları azdırmı? Tarixə  nəzər salsaq insanı heyrətdən 
donmağa vadar edən çoxlu hadisələr görərik. Müstəmləkəçi 
millətçiliyin əsasını qoyanlar ingilislərdir. 1559-cu ildə Lon-
donun gələcək yepiskopu C.Eyomer bütün dünyanı  təəc-
cübləndirən bir kəşf edir. O, Allahın ingilis millətinin nü-
mayəndəsi olduğunu elan edir. Uzun illər ərzində ingilislər 
Allahla soydaş olmaları ilə fəxr ediblər. Yepiskop Eyomer 
isə onları italyan, alman, fransız kimi yox, öz soydaşı kimi 
yaratdığı üçün, ingilisləri Allaha dönə-dönə  şükr etməyə 
çağırırdı. Belə  şarlatanlıq ingilisləri müstəmləkələrində-
ki xalqlara zülm verməyə, onların ruhunu əzməyə ruh-
landırır. Bir irqi qrupun digəri üzərində zorakılığı geridə 
qalmış xalqlara qayğı, sivilizasiya daşıyıcısı missiyası kimi 
təqdim edilməyə başladı. Bir vaxtlar Rusiyanın kansleri 
Qorçakov da Qazaxıstanın və Orta Asiyanın işğalını bu 
ölkələri mədəniyyətsizlik və  vəhşilkdən qurtarmaq üçün 
məcburu addım adlandırmışdı. Təəssüf ki, bir millətin 
digəri üzərində zorakılığı hələ də davam edir. 
Alimlərin proqnozlarına görə qloballaşma şəraitində 
yalnız o dillər itməyəcək ki, onda bir milyondan çox insan 
danışır. Əgər nəzərə alsaq ki, dünyada mövcud olan dillərin 
90 faizi sayı 100 000-dən çox olmayan xalqlara məxsusdur, 
bu kiçik xalqları necə böyük təhlükə gözlədiyini  təsəvür 
etmək çətin deyil. 
...Qloballaşma prosesi artıq boğaza dirənib. Artıq neçə 
ildir ki, müstəqilik, amma, Qazaxıstan hələ  də milli ide-
ologiyasız yaşayır. Əgər belə mürəkkəb bir zəmanədə hələ 
də qazax millətinin qorunması ilə bağlı strateji plan tərtib 


312
edilməyibsə buna nə demək olar? Əgər Rusiyaya baxsaq 
görərik ki, orda rus millətinin, onun dilinin və ruhunun 
inkişafı məqsədilə çoxlu layihələr, planlar qəbul edilib. 
Bizim rəhbərlərin  fi krincə isə qazax xalqına diqqət 
ayırmaq millətçilikdir, yanlışlıqdır. Halbu ki, biz qanı qa-
nımızdan olan şələ qazaxların və kosmopolitlərin nəyin 
bahasına olursa olsun ulu kökümüzə, milli ruhumuza qa-
yıtması üçün tam yeni plan tərtib etməliyik. Estoniya insan 
haqları institutu Rusiyanın düzgün olmayan milli kursu 
ilə bağlı belə bir bəyanat yayıb: “Bu məqsədlər üçün qəbul 
edilmiş metodlar sovet rejimində olduğu kimi demokrati-
yanın məhdudlaşdırılmasıdır. Dillə bağlı, mədəniyyətlə bağlı 
hüquqların pozulmaqda davam etməsi göstərir ki, çoxmillətli 
ölkənin “sıx birləşməsinə” onun xalqlarının assimilyasiyası 
yolu ilə nail olmaq istəyirlər.  
Bu siyasəti yürütməklə Rusiya hakimiyyəti qeyri rus 
xalqların öz iqtisadi, sosial və  mədəni inkişafl arını  sərbəst 
seçə bilmək hüququnu məhdudlaşdırır. Belə siyasət  İnsan 
Haqları üzrə Deklarasiyanın 1, 19 və 26-cı maddələrini, 
Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Paktın 1 və 
2-ci maddələrini və İqtisadi, Sosial və Mədəniyyət Hüquqları  
üzrə Beynəlxalq Paktın 2-ci maddəsini pozur”.
Azsaylıxalqların hüquqlarının belə kobudcasına po-
zulduğu bir vaxtda BMT və YUNESKO-nun susmasını an-
lamaq olmur.
...Biz hesab edirik ki, Birləşmiş Millətlər Təşkilatı və 
YUNESKO nəhayət laqeydlik yuxusundan ayılaraq keçmiş 
Sovet  İttifaqının tərkibində olan və öz kosmopolitlərinin 
əlindən məhv olmaq təhlükəsi ilə üzləşən xalqların tərkib-
ində baş qaldırmış manqurtluq hərakatına humanizm 
baxımından lazımi qiymət verməlidirlər. Yalnız o zaman 
vaxtilə cunqarların və afrikalıların icad etdiyi üsuldan 


313
daha mürəkkəb müasur manqurtlaşdırma, milliyyətdən 
məhrumetmə mexanizminin sirri (alimlər bu günə kimi bu 
barədə danışmaqdan və ya yazmaqdan qorxurlar) açılmış 
olar.
Burda qeyd olunan fi kirlərin  əksəriyyətini Aytmatov da canlı 
efi rdəki çıxışında dəstəklədi. Sonradan məlum oldu ki, Rusiya Fed-
erasiyasının Türkiyədəki səfi ri  mənim milli məsələlərlə bağlı Ru-
siyanın ünvanına kəskin tənqidlərlə dolu olan çıxışımı rus dilinə 
tərcümə etdirərək birbaşa prezident Vladimir Putinə göndərib. Ru-
siya rəhbərliyinin mənim barəmdə xoşagəlməz sözləri də qulağıma 
çıtıb. Bundan hələ xeyli əvvəl Qazaxıstan Respublikası Parlamenti-
nin məclisində mən Rusiya Fedarasiyasının azsaylı xalqlara təzyiqini 
tənqid edərək hətta Stalin, Xruşov və Brejnevin də xalqın etirazların-
dan çəkinərək bu cür özbaşınalıqlara yol vermədiyini demişdim.   
Tezliklə Astanada Qazaxıstan Respublikasının 15 illiyinə 
həsr olunmuş  təntənəli ziyafətdə ölkəmizin prezidenti Nursultan 
Nazarbayev məni kənara çəkərək Rusiya prezidenti Vladimir Puti-
nin ona zəng etdiyini və mənim barəmdə danışdığını dedi. 
Vladimir Putinlə  Rəsul Həmzətovu və  məni “Moskva” meh-
manxanasının kafesində Anatoli Sobçak tanış etmişdi. Mən o vaxt 
SSRİ-nin xalq deputatı idim və SSRİ Ali Sovetinin üzvü kimi Krem-
ldə işləyirdim. Bizim aramızda ruhi-mənəvi dəyərlər məzmununda 
söhbət oldu. Anatolo Sobçak  Boris Yeltsinin xahişi ilə bir nüfuzlu 
hüquqşünas kimi mənə Alma-Atadakı 1986-cı il dekabr üsyanı ilə 
bağlı məsləhətlərlə böyük köməklik göstərmişdi. Sonradan Sobçak 
Leninqradın meri seçildikdən sonra isə Vladimir Putun onun müavi-
ni olmuşdu. “Moskva” mehmanxanasındakı o görüşdən sonra bizim 
yollarımız kəsişməmişdi. 
İndi Rusiya dövləti keçmiş Sovet İttifaqının Qorbaçovla Yeltsi-
nin qarşıdurması vaxtı itirilmiş ərazilərini yenidən vahid məkanda 
birləşdirmək istəyir. Bunu artıq suveren olan ölkələrin bəzi rəh-
bərləri də arzulayır ki, bu da geniş ictimaiyyətə  bəllidir. Bu oyun 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə