Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə92/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   85   86   87   88   89   90   91   92   93

325
“MILLƏTÇI... millətçiliyin tərəfdarı. 
MİLLƏTÇİLİK, - a; m. 1. Milli üstünlük və öz millə-
tini başqaları ilə müqayisə etməkdən  irəli gələn, ümum-
bəşəri maraqları  və  dəyərləri milli maraqlara qurban 
verən ideologiya və siyasət.  Faşist ideologiyası millətçilik 
üzərində qurulmuşdu... 
2. Milli üstünlük hisslərinin, milli antaqonizm, milli 
özünə qapanma ideyalarının təzahürü...”)
–  Şıke, belə bir hadisə olmuşdu. Dövlət dili təəssübkeşləri 
böyük toplantı keçirtdilər, - mən söhbətə davam etdim. – İkinci gün 
bir şələ qazax rus dilli qəzetdə yazmışdı: “Qazax dilinin problem-
ləri barədə qatı millətçi Muxtar Şaxanov danışdı”.  Ötən  əsrin 
otuzuncu illərində Axmet Baytursınov, Jusipbek Aymauıtov, Maq-
jan Jumabayev və ədəbiyyatımızın başqa klassikləri yalnız doğma 
dilimizlə bağlı problemləri qabartdıqları üçün, başqa sözlə, doğma 
dilimizi müdafi ə etdiklərinə, qoruduqlarına görə “qatı millətçi” elan 
edilərək güllələnmişdilər. Vaxtilə onların damğalandığı ittihamlar 
indi mənim üstümə yönəldilib. Bu komediyaya fi kir vrin. Növbəti 
böyük toplantıda (iştirakçılar arasında mənə “qatı millətçi” damğası 
yapışdıran həmin jurnalist də var idi) mən söz alıb dedim: “Bur-
da olan bir şələ qazax məni “qatı millətçi” adlandırıb.  Əgər məh-
kəməyə müraciət etsəm onu darmadağın edərəm. Bundan başqa 
mənəvi zərərə görə onun boynuna bir neçə milyon tenge də qoymaq 
olar. Çünki mən heç bir mətbu orqanda, heç bir telekanalda, heç bir 
toplantıda, heç bir görüşdə öz millətimi başqalarından üstün tut-
mamışam və “qatı millətçilik” nümayiş etdirməmişəm. Məgər mən 
nə vaxtsa rus dili və ya hansısa başqa dilə qarşı çıxmışammı? Mən 
heç vaxt yaradıcılığımda, məqalələrimdə, çıxışlarımda humanizm 
istiqamətindən dönməmişəm. Vaxtilə dilimiz və millətimizlə bağlı 
problemləri mən rus xalqının böyük şəxsiyyətləri: Nobel mükafatı 
laureatı Andrey Saxarov, Rusiya Fedarasiyasının birinci prezidenti 
Boris Yeltsin, şairlər, rus ədəbiyyatının klassikləri Yevgeni Yevtuşen-
ko və Andrey Voznesenski ilə müzakirə etmişəm və onların hamısı 
mənə dəstək veriblər. Rusiyanın Yekaterinburq şəhərində isə gənclər 
“Muxtar  Şaxanov klubu” açıblar və  mənim “Sivilizasiyanın yan-


326
lışlığı” və “Cəzalandıran yaddaşın kosmoformulu” adlı əsərlərimdə-
ki humanizm ideyaları ətrafında diskussiyalar, məktəbli konfransları 
və başqa tədbirlər keçirirlər. Amma, öz ölkəmdə  bəzi rəhbərlərin 
fi kirləri əleyhinə çıxaraq qazax dilinin problemləri barədə danışan 
kimi, bir çox rusdilli nəşrlər məsələnin mahiyyətinə varmadan 
mənə “qatı millətçi” damğası yapışdırırlar. Rusiyada dövlət dilinin 
müdafi əsi uğrunda mübarizə aparanlara əsl vətənpərvər kimi ehtiram 
bəsləyirlərsə, bizdə rəzil hala düşən dilimizi qorumaq istəyənləri qa-
zax-kosmopolitlərin çoxu “qatı millətçi” adlandırır. Qazaxıstandan 
başqa harda belə ədalətsizlik var?”
Bütün toplaşanlar mənim sözlərimi coşqun alqışlarla qa-
rşıladılar. Mənə “qatı millətçi” deyən kosmopolit-qazax camaat qa-
rşısında məndən üzr istədi. 
– Rəqiblərin nə qədər çalışsalar da “qatı millətçi” adını heç vaxt 
sənə yapışdıra bilməyiblər. Heç vaxt ruhdan düşmə! – Aytmatov əli-
ni çiynimə vuraraq dedi. 
Və budur, bizim gözlərimiz qarşısında vaxtilə Çingiz Aytma-
tovun haqqında həyacan təbili çaldığı manqurtlaşdırma faciəsinin, 
müasir qloballaşmanın quruluş verdiyi yeni versiyası oynanılır. 
Birləşmiş Millətlər Təşkilatı və YUNESKO nə vaxtadək susmaqda 
davam edəcək? Yoxsa bu təşkilatların rəhbərlərinin də ağzı nə yolla 
isə yumulub? Əsas məsələ - bu tələlərdən yan keçən yol haradadır? 


327
AYTMATOVLA VİDA
Qırğızıstan prezidenti K.Bakiyevlə
“qirğizistan milləti” barədə söhbət
Akayevin telefon zəngi və Qirğiz Everestinin
“Ata-Beit” qəbristanliğinda dəfni
 
Aytmatovlar – ata və oğul  2008-ci il mayın 14-də səhər Mosk-
vaya istiqamət almış  təyyarənin göyərtəsində oturmuşdular.  Orda 
bəzi işləri yoluna qoyduqdan sonra tatar qardaşlarımızın dəvəti ilə 
Kazana uçmalı idilər. Axı Aytmatovun anası Naqima Xamzayevna 
tatar idi. Bəlkə  də Aytmatov Eldarı anası  tərəfdən olan qohumlar-
la yaxından tanış etmək istəyirmiş. Kazanda Aytmatovun qanında 
şəkərin səviyyəsi kəskin yüksəlir (o şəkərli diabetdən əziyyət çəkir-
di) və o, huşunu itirir. Sonra onu təyyarə ilə Nürnberqə (Almaniya) 
aparırlar. Bunu biləndə  mən özüm də Prezidentin İşlər  İdarəsinin 
xəstəxanasında müalicə olunurdum. Böyük oğlum Kuanışı çağırıb 
Nürnberqə bilet almağı tapşırdım.  İki gündən sonra uçmalı idim. 
Amma, həkimlər səhhətim pis olduğu üçün və uçuş vaxtının uzun-
luğunu nəzərə alıb bunu qəti qadağan etdilər. Buna görə də telefon 
vasitəsilə onun həyat yoldaşı Məryəm və oğlu Eldarla tez-tez əlaqə 
saxlamadan başqa çarəm qalmadı. Aytmatovun tam huşsuz vəziyyət-
də olduğu və yalnız nəfəsinin qaldığını eşidəndə qəhər məni boğdu, 
öz köməksizliyimdən bilmədim nə edim. 
10 iyun 2008-ci il. Ruhən mənə yaxın olan yazıçılardan və si-
lahdaşlarımdan biri Kudiyar Bilal, oğlu Rauan və gəlini Gülnar pala-
taya daxil oldular. Çarpayıdan durub onları qarşıladım. Sonra yerimə 
oturan kimi taxta çarpayı sınıb yerə çırpıldı. Ürəyim sanki nəyinsə 
baş verəcəyini hiss edib sancdı... Bir müddət sonra Çingiz Aytmat-
ovun artıq aramızda olmadığını xəbər verən iki nəfərdən mobil tele-
fonuma  zəng gəldi... Bu təsadüf idimi? Yoxsa təbiətin hansısa sirli 
qüvvələri bu yolla mənə xəbər yollayırdılar?  İndiyədək bu dərdin 
ağırlığından özümə gələ bilmirəm və Dost, Qardaş, Dahi Yazıçı it-
kisinin dəhşətini sanki sonadək dərk etməmişəm... 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə