Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


dərhal kəsilir. Bu insanın taleyində köklü dəyişikliklər baş



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə90/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   85   86   87   88   89   90   91   92   93

317
dərhal kəsilir. Bu insanın taleyində köklü dəyişikliklər baş 
verir. Bunu qazax millətinin öz doğma dilində danışmayan, 
milli xüsusiyyətlərdən ayrı düşən bu günkü nümayəndələri-
nin simasında da müşahidə etmək olar. 
İnformasiya-genetik məkanda hər xalq, etnos və ayrı-
ayrı fərdlərin öz ernergetik kodu var və bu da elmi cəhətdən 
təsdiqlənib.  Əgər öz fi kir  və arzularınızı başqa dildə bildi-
rirsinizsə, deməli dilini doğma dil kimi qəbul etdiyiniz özgə 
millətin bəxt ulduzunu daha da şölələndirirsiniz. 
2007-ci ildə  mən dünyanın 20 dilinə  tərcümə edilm-
iş və planetimizin humanist yönümlü qabaqcıl şəxsiyyətləri 
tərəfi ndən dəstəklənən konsepsiyanı  dərc elətdirdim. 
“Köksüzləşmə  təhlükəsi konsepsiyası”-nı rus ədəbiyyatının 
95 yaşlı patriarxı, artıq başqa dünyaya köçmüş S.Mixalkov, 
məşhur  şair – klassik Y.Yevtuşenko, Rusiya Elmlər Aka-
demiyası  Şərqşünaslıq  İnstitutunun direktoru R.Rıbakov, 
Qırğızıstandan Çingiz Aytmatov, Azərbaycan parlamentinin 
deputatı, tanınmış yazıçı Anar, Almaniyadan Fridrix Xitser, 
Rumıniya parlamentinin senatoru, Avropa Parlamenti As-
sambleyasının üzvü A.Paunesku, Yaponiyanın Qazaxıstanda 
Fövqəladə və Səlahiyyətli səfi ri İ.Tetso, Ukraynanın xalq şai-
ri, deputat İ.Draç və daha 34 ölkənin görkəmli simaları: 
Qloballaşma dövründə 
Çoxları düşünür ki, 
Başımı niyə ağrıdım
Adi məsələ atrafında? 
Hansı dildə 
Düşünə biliriksə,
Bilikləri qavramaq üçün
Ünsiyyət, ya işləmək üçün
Hansı dil rahatdırsa
O dildə də danışaram. 


318
Amma, insan
Təbiətən
Bir prinsipə tabedir. 
Bir nəfəri biz sevməsək
Hamını sevə bilmərik.
Yalnız öz anasını 
Bütün qəlbi ilə sevən
Başqa anaların da 
Hissini, dərdini anlaya bilər. 
Kim öz dilini,
Xalqının min illik
Adət- ənənəsini, 
Ruhunu sevirsə,
Yalnız o, 
Başqa dillərə də  
Başqa torpağa da,
Bir millətə də
Hörmət edə bilər
Özgə mədəniyyətə
Dəyər verər.  
Bu adi həqiqətin
Hesaba alınmaması
Həyatın çox vacib
Əsaslarını laxladar. 
Həm də şübhəsiz ki, 
Şəxsi azadlıq zamanı 
İnsanlara qarşı laqeydlik
Çox vaxt eqoizm doğurur.
Müstəqilliyi məhdud xalqın
Başqa millətlərə hörmətsizliyi isə
Daha təhlükəli və faciəvidir.
Çünki, qaynayıb-qarışmamaq


319
Axarı olmayan suyun 
Taleyini yaşamaq deməkdir.
Cəmiyyətin iqtisadi inkişafı
Milli mənliyi saxlamaqla
Mənəvi dəyərlərə söykənməlidir. 
Bu hər sivil bir ölkənin 
Şüarına çevrilməlidir. 
Proqressiv təcrübə ilə 
Bölüşmək də çox vacibdir. 
Və nə qədər çox dil bilsək 
Xalqları birləşdirərik,
Fikirlər üçün məkanı genişləndirərik. 
Amma, bütün bunlar qətiyyən 
Öz dilimizə kölgə salmamalıdır. 
Bizim xoşbəxtliyimiz 
Əcdadlarımızın 
Qanı-təri bahasına qazanılıb. 
Doğma dildən 
Imtina etsən
Bu dildə düşünməsən,
Danışmasan
Öz kökünlə 
Ruhən, mənən əlaqəni itirərsən. 
Öz dilini bəyənməmək, 
Doğma anadan imtina etməyə bərabərdir. 
Bu tarixi satqınlıqdır.
Mənəviyyatı pozar, 
gələcəyimizi şübhəyə alar.  
Lap on dil, qüz dil bilirsən, 
Daxili zəifl iyini bu heç cür azlda bilməz


320
Əgər öz xalqının dili, 
Ruhu və mənəviyyatı 
Sənin köməyin olmasa. 
Təbiət misal göstərir:
Qızılqumda jantak bitir,
Dəvə tikanı deyirlər, 
Bu bitki suya çatmaq üçün
Düz otuz metrəyədək
Dərinliyə kök buraxır. 
Toz tufanları qalxanda,
Qum təpələr yaradanda,
Səhralıqda hər şey yerin dəyişəndə
Yalnız onlar – dəvətikanı
Öz yerində qala bilir.
Öz kökü üstdə dura bilir.
Kanbak isə - süpürüm 
Lap balaca kökü ilə 
Azacıq yel əsən kimi
Qopur yerdən
Külək onu hara qovsa, ora gedər. 
Dərin mənəvi kökü olmayan insanlar
Cəmiyyətə təhlükədir, problemdir…” 
 
2007-ci il mayın  7-də  Köksüzləşmə  təhlükəsi konsep-
siyası” Qazaxıstanın Parlament evində, deputatlarla yanaşı 
bəzi başqa dövlətlərin nümayəndələrinin də  iştirak etdiyi 
toplantıda müzakirə edildi. Qazaxıstan Respublikası Par-
lamenti majlisinin sədri O.Muxamedjanov, Təhsil və Elm 
naziri  J.Tuymebayev konsepsiyaya dəstək ifadə etdilər. Səs 


321
çoxluğu ilə konsepsiya qəbul olundu, Birləşmiş Millətlər 
Təşkilatı  və YUNESKO-ya ünvanlanan mürciətdə isə belə 
fi kirlər var: 
“XXI  əsr bizim qarşımızda  əvvəllər  əhəmiyyət 
vermədiyimiz və ya müxtəlif səbəblərdən haqqında 
danışmadığımız yeni mənəviyyat problemlərini qab-
ardıb. Onlardan biri - əcdadları əsrlər boyu müstəm-
ləkə boyunduruğu altında olan xalqların taleyidir. 
Müxtəlif formasiyaların təsiri altında onlar assimilya-
siyaya məruz qalaraq öz dillərini və mədəniyyətlərini 
tədricən itirirlər. 
Linqvistlərin hesablamalarına görə 2004-cü ilin 
noyabr ayına dünyada 6809 dil qalıb.  Yer kürrəsində 
ən çox dil  8  dövlətdə toplanıb. Bunlar İndoneziya, 
Braziliya, Meksika, Kamerun, Hindistan, Rusiya, 
Çin və ABŞ-dır. Birinci yerdə isə sərhədləri daxilində 
845 dil mövcud olan Hindistandır. Sonrakı yeri tutan 
Papua-Yeni Qvineyada əhali 600 dildə danışır. Dünya-
dakı dillərin 90 faizi əhalisinin sayı 100 000-dən  şox 
olmayan xalqlara məxsusdur, 357 dildən istifadə edən-
lərin sayı isə 50 nəfərdən də azdır. 46 dil var ki, bun-
ların da hərəsində yalnız bir nəfər danışır. Əlbəttə bu 
dilləri ölü dillər hesab etmək olar, çünki artıq hansısa 
xalqın, etnosun, dövlətin ünsiyyət vasitəsi kimi funk-
siyalarını itiriblər. Kiçik millətlərin  əksəriyyəti qlob-
allaşma  əleyhinə birgə mübarizə etmək  əvəzinə, hər 
biri ayrı-ayrılıqda maddi maraqlarının ödənməsi 
üçün çalışır. Alimlərin fi krincə sayı ən azı bir milyon 
olan xalq öz mövcudluğu uğrunda mübarizə apararsa, 
doğma dilini müdafi ə edərək qoruya bilər. 
Əgər qazax xalqı kimi assimilyasiyaya məruz qa-
lan xalqların talelərini araşdırsaq görərik ki, 300 il 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə