Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


ərzində  əvvəlcə çar Rusiyası rejimi, sonra isə Sovet



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə91/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   85   86   87   88   89   90   91   92   93

322
ərzində  əvvəlcə çar Rusiyası rejimi, sonra isə Sovet 
İttifaqı totalitar sistemi tərəfi ndən həyata keçirilən 
millətin simasızlaşdırılması siyasətinin nəticələri hələ 
də aradan qaldırılmayıb.  İndiyədək bu burulğandan 
çıxa bilməyən qazaxlar elə bir vəziyyətə gəlib çatıblar 
ki, onların təxminən 60 faizi bir-biri ilə nə küçədə, nə 
işdə, nə  də ailəsində öz doğma dilində danışa bilmir. 
Məlumdur ki, hər bir millət üçün doğma dil həm də 
anadır, bu dili itirmək isə doğma anadan imtina etmək 
qədər faciəvidir. Anaya qarşı hörmətsizlik, etinasızlıq, 
ondan imtina edilməsi çox mənfi  nəticələrə səbəb olur 
və alimlər bunu inkar etmirlər”. 
Ən qəribəsi isə budur. Uzaq və yaxın tariximizdə doğma 
dilimizə, milli ruhumuza etinasız münasibəti ilə öz xalqına 
çox bəlalar gətirən, açıq şəkildə bu iki böyük dəyərə qarşı çıx-
an satqın qazaxlar olub. Əgər onların həyat yoluna nəzər sal-
saq aydın olar ki, bu insanların hamısının sonu faciəvi olub. 
Bunu təsadüf hesab etmək düzgün deyil. 
- Bu adamların həyatının faciəvi sonluqla bitməsi, onları Al-
lahın cəzalandırması barədə dediklərinin sübutları var? – Aytmatov 
soruşdu. 
- Oktyabr inqilabından sonra sovet hakimiyyətinin qurulduğu 
vaxtlarda Alibi Cangildin adlı bir fəal-ağsaqqal var imiş, - mən ded-
im. – Bu adam  rus qardaşlarımızın yanında özünü yaxşı eləmək və 
Sovet İttifaqının siyasətinə son dərəcə sadiq bir beynəlmiləlçi old-
uğunu göstərmək üçün soyadını dəyişərək “Stepnov” edir. O, doğma 
dili və millətinə qarşı  çıxmağı özü üçün adətə çevirir. Alixan Bo-
keyxanov bu ağsaqqalın  müsəlmanlıqdan xristian dininə keçdiyini 
də deyir. Doğma dilimizin tarixini öyrənən, “Dövlət dili” ictimai 
hərakatı ilə əməkdaşlıq edən tədqiqatçı-alimlər öz sözləri, əməlləri 
ilə xalqına böyük ziyan vuran və  həyatları faciə ilə  nəticələnən 


323
qazaxların siyahısını  tərtib edib. Öz xalqına “daş atan” insanların 
talelərini araşdırarkən biz heyrət doğuran faktlara rast gəldik. Daha 
iki misal. Toktasın Berkimbayev adlı bir fəlsəfə elmləri namizədinin 
yaxşı “iti qələmi” var idi.  Həm də mənim yerlim idi – Otrar ray-
onundan. Arada bir-birimizi qonaq çağırır və  dərdləşirdik. Amma, 
sonra bu yerlim mənə xeyli ziyan vurdu. O, silsilə məqalələr yazaraq 
1986-cı ilin dekabr üsyanını bacardığı qədər bəlağətlə tənqid edir, 
hadisələrin qurbanı olmuş Kayrat Rıskulbekov, Ləzzət Asanova və 
başqalarının xatərəsinə hörmətsizlik ifadə edirdi. Milli dirçəliş  və 
doğma dilimizin qorunması kimi ümumxalq dəstəyi qazanmış id-
eyanın qara qəpik qədər faydası olmadığını bildirirdi. Hakimiyyət-
dəki rəhbərlərdən birinin sifarişi ilə yazılan bu məqalələr seriyası 
ardıcıl olaraq “Akikat” jurnalının 17 nömrəsində çıxdı. Toktasının 
bu əməli Dekabr üsyanının araşdırılması üzrə xüsusi komissiyanın 
hadisələrə yekun qiymət verərək öz işini yekunlaşdırmasından 10 
il sonra həyata keçirildi. Çox az adamlar oldu ki, alimin bu əməlinə 
təəccüblənməsinlər. Bir dəfə Otrarda olanda məni müşayiət edən 
yoldaşlarım az qala zorla bir falçının yanına apardılar. Gələcəkdən 
danışan falçı dedi: “Sizin bir yerliniz hakimiyyətdən kiminsə fi tnəsi 
ilə çoxlu qan axıdılan mürəkkəb və müqəddəs hadisə barədə pis sö-
zlər yazıb. O, həmin hadisələrin ölmüş və diri iştirakçıları tərəfi ndən 
lənətlənib. Aydın görürəm ki, o iki aydan sonra torpaq altında ola-
caq”. Ən təəccüblüsü isə budur ki, qarının dedikləri düz çıxdı. Başqa 
bir misal kimi kosmopolit Nurbolat Masanov barədə danışım (Ayt-
matovla söhbət zamanı mən dilimizin qatı düşməni olan Nurbolatın 
dediklərinin yalnız qısa məzmununu danışmışdım). Həyatdan çox 
tez köçən bizim bu qan qardaşımızın vaxtilə mətbuatda çap olunan 
və mənim “Dilsizləşdirmənin anatomiyası” kitabıma daxil etdiyim 
nitqi belə səslənirdi: 
“Qazax dili ölüb. Əgər siz onu saxlamaq istəyirsinizsə, onda o, 
ya muzey eksponatı, ya da kommunikasiya dili ola bilər. Sonuncu 
üçün dünyanın bütün biliklərini qazax dilinə tərcümə etmək lazım-


324
dır ki, bu da maliyyə baxımından mümkün deyil. Qazaxıstanın bu 
qədər pulu yoxdur. Nəticə belədir – xilas edilməsi mükün olmayan 
bir şeyi xilas etməyə çalışmaq lazım deyil”.
 
Başqa kosmopolit soydaşımız bir az da irəli getmək istəyib: 
“Qazax dili – qonaqlıq, mahnı  və aytıs (deyişmə) dilidir. O, 
həmişə mətbəxlərdə olub, elə orada da qalacaq. Qurumuş ağaca 
bayram çiçəkləri bağlamazlar. Orda matəm çələngi olmalıdır...” 
(Vladimir Nusipxanov. «İzvestiya-Qazaxıstan», 15 oktyabr 2002 il.).
Bundan böyük dərd olarmı ki, mənəviyyatımıza tuşlanan daşı 
başqa millətlərin nümayəndələri yox, öz qazax-kosmopolitlərimiz 
atsınlar? Ötən il mətbuatda bir alimin fi kirlərini oxuyub çox təəc-
cübləndim. Məlum olub ki, 110-150 il arası yaşayan uzunömürlülərin 
hamısı ancaq doğma dillərində düşünüb-danışırmışlar. Onların 
arasında kosmopolit olmayıb. 
– Şıke, bununla bağlı sizə bir sual vermək olar? 
– Ver.
– Rus kimi doğulan, sonradan isə öz millətinin dilinə və ruhuna 
qarşı çıxış edən adam tanıyırsınızmı? – sakit tərzdə soruşdum. 
    -Yox, belə bir rusun olması barədə heç nə eşitməmişəm. Həm 
də belə rusun başına ruslar özləri oyun açardılar. Belə mənəviyyatsız, 
əqidəsiz manqurtları təkcə Baltikyanı ölkələrdə yox, heç qonşu Öz-
bəkistanda da tapmaq mümkün deyil, - o, gülümsədi. 
– Hakimi mütləqlər üçün milliyyətsizliyin və  mənəviyyatsı-
zlığın qürur mənbəyinə çevrildiyi Qazaxıstanda isə öz dilinə nifrət 
edən milyonlarla adam var, - mən kədərlə dedim. – Gəlin “millətçi” 
sözünün mənasını araşdıraq. 
– Adətən öz millətini başqalarından üstün tutanları millətçi ad-
landırırılar, elə deyil? – Aytmatov soruşdu. 
(Bu suala cavab olaraq o gecə mən 1998-ci ildə Sankt-Peterbur-
qda nəşr olunan “Rus dilinin böyük məna lüğəti”-ndə növbəti sətir-
ləri oxudum:


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə