Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə87/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

308
Renaldo Qasparini, 
İtaliyanın «Renko» şirkətinin prezidenti
(«Aykın», 25 noyabr 2005 il.) 
“Bizi kreollar, yəni şələ qazaxlar məhv edəcək. Belə 
presedent varmı? Bəli. Elə Latın Amerikası doğma dili 
olmadan yaşayır. Yaxud suverenlik alan, amma doğma 
dillərini itirən irlandlar. Bizdə də belə təhlükə var. Burda 
əsas təhlükə rispərəstlərdən gəlir”. 
Azimbay Qali
 («Qazaxıstan milləti – təhlükəli ideya».
«Jas kazak», 26 dekabr 2008 il.)
İmkan yaranıb ki, kosmopolitləşdirilmiş insanların 
az bir hissəsini deyil, böyük əksəriyyətini dövlət dili-
ni öyrənməyə qanunla məcbur edək. Məsələn, Rusiyada 
dövlət dilini, yəni rus dilini bilməyən insana bu ölkənin 
vətəndaşlığı verilmir. Aydındır ki, dövlət dilini bilmədən 
o, heç süpürgəçi işi də tapa bilməz. Bizim ölkəmizdə isə 
dövlət qulluğunda çalışan qazaxların 70 faizi dövlət dilini 
bilmir, həm də onların çoxu öz millətinə etinasız yanaşan 
manqurtlardır. Onlar uşaqlarına da çalışırlar ki, qazax 
dilini öyrətməsinlər. Çünki, dövlət dilini nə qədər az bilsən
vəzifəcə bir o qədər də yuxarı yüksələ bilərsən. İkincisi isə 
onlar çox gözəl bilirlər ki, hakimiyyət ancaq sözdə dövlət 
dilinin tətbiqi sahələrinin genişləndirilməsini arzulayır, 
əslində isə  qətiyyən bunu istəmir. Ona görə  də, hazırda 
ölkənin  əsas  şəhəri Astanada qazax uşaqlarının 47 faizi 
rus məktəblərində təhsil alır. Əlbəttə, millətin və dilimizin 
taleyini uçuruma sürükləyən belə biabırçı halları hakimi-
yyət gizli saxlamağa çalışır. 
Bəli, insanlar indiyədək hakimiyyətin yuxarı 
pillələrindəki rəhbərlərin bu məsələ ilə bağlı  fəliyyətinin 


309
qeyri-müəyyənliyi üzündən çaş-baş vəziyyətdə qalıblar və 
nə edəcəklərini bilmirlər. Onların mühitində yayılmış bəzi 
informasiyalara görə hakimiyyətdə olanların böyük hissəsi 
islamdan imtina edərək başqa dinə keçiblər. Əlbəttə, əgər 
din dəyişilirsə, doğma dilə qarşı olan təəssübkeşlik hissi də 
yoxa çıxır. Bəlkə dövlət dili ətrafında oynanılan bu oyunun 
bu qədər uzanması elə bununla əlaqədardır? 
Müasir qazaxlar yalnız o vaxt doğma dillərini öyrən-
məyə başlayacaqlar ki, dövlət dilini bilməyənlərin dövlət 
qulluğunda işləməsini qadağan edən qanun qəbul olunsun. 
Sivil ölkələrin təcrübəsi də göstərir ki, yalnız məcburi təd-
birlər manqurt-kosmopolitləri öz köklərinə qayıtmağa va-
dar edə bilər. 
Əgər müəyyən  şərtlər daxilində yuxarıda haqqında 
danışdığımız itin və  pələnglərin davranışında meydana 
çıxan qanunauyğunluq və formalaşmış instiktləri nəzərə 
alsaq, onda bu günkü qazax kosmopolitlərinə yazığımız 
gəlməlidir. Çünki, qazax-kosmopolitlər rus dilidə sevinir, 
rus dilində ağlayır, rus dilində yuxular görürlər. Onların 
bütün varlıqlarına bu böyük dil hakim kəsilib. Hətta, 
sən demə rus dilində danışıq manerası, bu dildə  tələffüz 
edilən sözlər və  səslərin titrəyişi nəticəsində ümumi sima 
və sifət  əzaları ciddi dəyişikliyə  məruz qalır.  Mən özüm 
xarici görünüşə baxıb, öz doğma dilindən uzaqlaşan kos-
mopolitləri asanlıqla tanıya bilirəm. Bununla belə onların 
arasında öz şüurlarına təhsil, elm, iqtisadiyyat, texnika ilə 
bağlı dünyalar yerləşdirə bilən, mənəvi intellektə malik 
istedadlı adamlar da az deyil.  Böyük səy göstərilməlidir 
ki, dövlətimizin və millətimizin rifahı naminə bu qrupu 
öz təbii ikişaf istiqamətinə yönəltmək mümkün olsun. Biz 
bu adamları özümüzdən uzaqlaşdırmamalı, amma, tez-tez 
xatırlatmalıyıq ki, öz millətinə etinasız yanaşmaq, doğ-
ma dilini qəbul etməmək insanın öz anasını unutmasına 


310
bərabərdir. Bu qrupu qollarımız arasına almaq müasir 
vətəndaşlıq borcumuzdur və bunu qətiyyən unutmaq ol-
maz. 
İvan İlyinin qızıl sözləri: “Kosmopolit dövlət – amorf, 
formasız kütlədir. İnsan da belə... Milliyyəti olmayan insan  
növü bilinməyən ağac kimidir” – bizim beynimizdə daim 
qalmalıdır. Qurani-kərimdə isə belə sözlər var: “Aranız-
da qarşılıqlı münasibətlər qurmanız üçün sizi millətlərə və 
soylara böldük”. Daha bir yerdə belə yazılıb: “Allah hər 
şeyi yaradıb, 18 min kainatdan tutmuş, dərilərin müxtəlif 
rənginə və fərqli dillərə kimi”.  Oxşar fi kirlərə başqa dinlər 
də də rast gəlinir. 
“Ksenoqlosiya” – XX əsrin  əvvəlində fransız  fi lolo-
qu və parapsixoloqu, Nobel mükafatı laureatı  Şarl Rişe 
tərəfi ndən tətbiq edilən termindir. Qədim yunan dilində 
“ksenon” – özgə, “qlosso” isə dil deməkdir. 
1930-cu ildə Nyu-Yorkda tanınmış  həkim-terapevtin 
üç yaşlı əkiz oğulları bir-biriləri ilə hər gün əcnəbi dilində 
danışırlar. Buna mat qalan valideynlər baş sındırırlar – nə 
edək?  Nəhayət uşaqları Kolumbiya universitetinin xarici 
dillər fakültəsinin mütəxəssislərinə göstərirlər. Amma, on-
lar da balacaların sirrini aça bilmirlər. Sonda yalnız qədim 
dillər üzrə mütəxəssis, professor Makdafi ya müəyyən edə 
bilir: uşaqlar öz aralarında  İsa Məsih dövründə mövcud 
olmuş aramey dilində danışır. 
Dünyada yuxarıdakına bənzər qəribə hadisələr çox 
olur. Onlardan biri – 1979-cu uldə anadan olmuş rusiyalı 
Natalya Beketova 120 dildə danışa və yaza bilir. Həmçinin 
yer üzündən çoxdan itmiş dillərdə  də... Bütün dünyanın 
alimləri belə möcüzələri izah etməkdə acizdirlər. 
Bizim dövrümüzdə, maddiyyatın ön plana keçdiyi
böyük xalqların kiçikləri əzdiyi, hər il yer üzündən 24 dilin 
silindiyi bir zəmanədə kim bilir, bəlkə Uca Yaradan özü un-


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə